Ermənistan ordusunun batalyon komandiri olmuş İşxan Vahanyana 16 il həbs cəzası verilib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Ermənistanda məhkənə 44 günlük müharibə zamanı Ermənistan ordusunun təlim batalyonunun komandiri olmuş mayor İşxan Vahanyana 16 il həbs cəzası verilib və o, rütbəsindən məhrum edilib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Vahanyan istintaq müddəti ərzində təxminən 4 il həbsdə olduğuna görə, o, daha 11 il 10 ay həsbxanada qalacaq.
Bildirilir ki, Vahanyan döyüş meydanını özbaşına tərk etmə, habelə ehtiyatsızlıqdan ölümə səbəb olma maddələri ilə təqsirli bilinib.
İttiham tərəfinin məlumatına görə, 44 günlük müharibə zamanı Vahanyanın batalyonu Hadrut şəhəri yaxınlığında yerləşərkən o, yaralı olduğunu deyərək döyüş meydanını tərk edib və rabitə vasitələrini özü ilə aparıb.
İş materiallarına görə, nəticədə azı 16 hərbçi ölüb, 7 hərbçi əsir götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 Oktyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















