Ermənistan rus telekanallarını tamamilə bağlayacaq
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Uzun müddətdir ki, Rusiya kanallarının Ermənistanın milli multipleksiyasından çıxarılması məsələsi fəal şəkildə müzakirə olunur".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Keçmiş" qəzeti yazır.
KİV etibarlı mənbələrinə əsaslanaraq qeyd edir ki, bu proses yeni ildən qüvvəyə minə bilər:
""Hakim “Mülki Müqavilə” partiyasına yaxın mənbələrimiz bildirir ki, Paşinyan hökuməti Ermənistanda Rusiya telekanallarını birdəfəlik bağlamaq qərarı ilə bağlı yekun qərar qəbul edib. Mənbəmizin sözlərinə görə, proses yanvarda başlayacaq. Yeri gəlmişkən, hakimiyyətin qanuni “boşluqlar” və “multipleks olmayan” Rusiya kanallarının, xüsusən də “informasiya-siyasi” adlanan kanalların yayımını məhdudlaşdırmaq variantları tapmağa çalışdığı barədə məlumatlar var”, - nəşr qeyd edir.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















