Ermənistan seçkilərə xarici müdaxilənin qarşısının alınması üçün Aİ dən yardım istəyib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bugünkü iclasda Ermənistanı müzakirə edəcək.
APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.
“Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün həmin məsələ ilə bağlı Ermənistana necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib”, - Kallas bildirib.
Qeyd edək ki, bundan əvvəl Kaya Kallas 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















