Icma.az
close
up
RU
Ermənistan seçkiləri: Böyük güclərin savaşı, Bakının dəyişməz şərtləri

Ermənistan seçkiləri: Böyük güclərin savaşı, Bakının dəyişməz şərtləri

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ermənistan seçkiləri və Cənubi Qafqazın gələcəyi, xarici aktorların maraqları fonunda yeni geosiyasi mərhələ

Ermənistanda seçkilər yaxınlaşdıqca ölkə daxilində ictimai-siyasi proseslər yeni və daha mürəkkəb mərhələyə qədəm qoyur. Hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr təkcə daxili elektoratla deyil, eyni zamanda regional və qlobal güclərlə hesablaşmaq məcburiyyətindədirlər. Bu ilin iyun ayında keçiriləcək parlament seçkiləri yalnız Ermənistanın daxili siyasi kursunu deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcək təhlükəsizlik və sülh arxitekturasını müəyyən edəcək əsas siyasi hadisə kimi qiymətləndirilir.
Məhz bu səbəbdən Ermənistan seçkiləri bölgədə marağı olan bütün xarici aktorların diqqət mərkəzindədir. Rusiya, İran, ABŞ, Avropa İttifaqı, Türkiyə və Azərbaycan bu prosesə fərqli prioritetlər və alətlərlə yanaşır. Seçkilərin nəticəsi regionda sülhün möhkəmlənməsi və ya yeni gərginliklərin yaranması baxımından həlledici olacaq.

Rusiya: təsir imkanlarını qorumaq cəhdi
Moskva üçün Ermənistan Cənubi Qafqazda son dayaq nöqtələrindən biri hesab olunur. Son illər Rusiyanın bölgədə mövqelərinin zəifləməsi Kremlin İrəvandakı proseslərə daha sərt və dolayı yollarla müdaxiləsini şərtləndirib. Rusiya Ermənistanda əsasən siyasi müxalifət və kilsə üzərindən təsir mexanizmlərini işə salmağa çalışır. Məqsəd ABŞ və Qərbin bölgədə mövqelərinin möhkəmlənməsinin qarşısını almaq və Ermənistanı yenidən öz orbitində saxlamaqdır.

Moskva üçün Paşinyan hakimiyyəti etibarlı tərəfdaş sayılmır. Bu səbəbdən seçkilər ərəfəsində daxili sabitliyi pozmaq, Paşinyanın legitimliyini sarsıtmaq və alternativ siyasi fiqurları önə çıxarmaq Kremlin əsas strategiyalarındandır.

İran: ikili oyun və təhlükəsizlik narahatlığı
Sosial-iqtisadi və maliyyə böhranı ilə üzləşən, daxildə etiraz dalğaları yaşayan İran da Ermənistan seçkilərinə xüsusi önəm verir. Tehran üçün əsas narahatlıq Zəngəzur istiqamətində formalaşan yeni nəqliyyat və təhlükəsizlik reallıqlarıdır. İran da Rusiya kimi siyasi müxalifətə və kilsəyə dəstək verir, lakin bununla yanaşı Paşinyan komandası ilə əlaqələri tam qırmamağa çalışır.
Bu ikili siyasət Tehranın manevr imkanlarını qorumaq məqsədi daşıyır. İran anlayır ki, Paşinyanın tam kənarlaşdırılması Qərbin bölgədə mövqelərini daha da gücləndirə bilər ki, bu da Tehranın maraqlarına uyğun deyil.

ABŞ və Avropa: Paşinyan faktoruna açıq dəstək
ABŞ və Avropa İttifaqı Ermənistan seçkilərində daha açıq və koordinasiyalı mövqe sərgiləyir. Vaşinqton və Brüssel Paşinyanı bölgədə Rusiya və İran təsirini zəiflədən əsas siyasi fiqur kimi görür və onun hakimiyyətdə qalmasında maraqlıdır.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfəri, aparılan danışıqlar və xüsusilə Zəngəzur bölgəsində həyata keçirilməsi planlaşdırılan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi bu dəstəyin praktiki göstəricisidir. İmzalanan sənədin detalları göstərir ki, Zəngəzurdakı layihənin təhlükəsizliyi faktiki olaraq ABŞ tərəfindən təmin ediləcək. Bu isə Moskva və Tehranın prosesə müdaxilə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Paşinyanın bundan sonra Rusiyaya ünvanladığı mesajlar, xüsusilə Azərbaycan və Türkiyə sərhədlərinə dəmir yollarının çəkilməsi məsələsində daha sərt mövqe sərgiləməsi onun əvvəlki dövrlərlə müqayisədə daha inamlı davrandığını göstərir. Bundan əlavə olaraq Rusiyanın Ermənistandakı “5-ci kolon”u hesab edilən siyasi müaxlifət  və kilsəyə qarşı hücumu da bunun tərkib hissəsidir.

Türkiyə: regional sülhün açar oyunçusu
Ankara Ermənistan seçkilərində açıq şəkildə Paşinyan komandasına dəstək verən aktorlardan biridir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamaları bunu açıq şəkildə təsdiqləyir. Fidan Paşinyanın rəy sorğularında lider olduğunu və onun konstruktiv yanaşmasının dəstəkləndiyini bəyan etməklə, həm beynəlxalq ictimaiyyətə, həm də erməni cəmiyyətinə açıq mesaj verib.
Türkiyə hesab edir ki, Paşinyan bölgədə real sülhün əldə olunmasında və regional əməkdaşlıq formatlarının qurulmasında maraqlıdır. Zəngəzur Dəhlizi məsələsi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Ankara bu dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Orta Dəhlizin funksionallığı baxımından strateji layihə hesab edir.

Azərbaycan: yekun sülhün şərtləri dəyişməzdir
Azərbaycan üçün Ermənistan seçkiləri birbaşa regional sülh prosesinin gələcəyini müəyyən edir. 8 avqust 2025-ci il Vaşinqton razılaşması və sülh sazişinin paraflanmasının taleyi məhz bu seçkilərdən asılıdır.
Bakı üçün əsas şərtlər dəyişməz qalır: Zəngəzur Dəhlizinin açılması, Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması.
Paşinyan Zəngəzur məsələsində danışıqları sürətləndirsə də, konstitusiya dəyişikliyi məsələsini seçkilərdən sonraya saxlayıb. Bununla belə, mart ayında yeni konstitusiya layihəsinin hazırlanacağı və referendum yolu ilə qəbul ediləcəyi vəd edilib. Bakı isə yekun sülhü təkcə Ermənistan hakimiyyəti ilə deyil, bütövlükdə erməni xalqı ilə imzalamaqda israrlıdır.

Ankara və Bakının açıqlanmayan  iki saatlıq danışığı
Azərbaycan və Türkiyə arasında aparılan qapalı danışıqlarda da bu məsələlər əsas müzakirə mövzularından biridir. Hakan Fidan və Ceyhun Bayramov arasında iki saatlıq telefon danışığında Zəngəzur Dəhlizi, TRIPP layihəsi, Ermənistan seçkiləri və regional sülh məsələlərinin ətraflı müzakirə edilməsi bunu təsdiqləyir.
Bakının son addımları  humanitar jestlər, iqtisadi güzəştlər və siyasi mesajlar Paşinyanın sülh tərəfdarı mövqeyini gücləndirməyə yönəlmiş addımlar kimi qiymətləndirilə bilər.
Seçkilər yaxınlaşdıqca Ermənistanda və regionda gözlənilməz siyasi gedişlərin şahidi olmaq mümkündür. İrəvanın qarşısında real seçim var: ya Bakının irəli sürdüyü qətiyyətli şərtləri qəbul edərək dayanıqlı sülhə doğru addımlamaq, ya da regional təcrid və daha dərin böhranla üzləşmək. Son dövrlərdə İranda və bölgənin digər hissələrində baş verən proseslər göstərir ki, alternativlər getdikcə azalır.

Ermənistan üçün yeganə çıxış yolu sülhdür. Bu sülhün açarı isə Bakının şərtlərindən keçir.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri