Icma.az
close
up
RU
Ermənistana dəstək verən qüvvələr və düyünə düşən Zəngəzur dəhlizi İrəvan üzərinə götürdüyü öhdəliyi niyə yerinə yetirmir? KONKRET

Ermənistana dəstək verən qüvvələr və düyünə düşən Zəngəzur dəhlizi İrəvan üzərinə götürdüyü öhdəliyi niyə yerinə yetirmir? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikcə regionda gərginlik davam edir. 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndini yerinə yetirməkdən boyun qaçıran İrəvan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə bir başa bağlantısına mane olur və bölgədə disbalans yaradır. Hər dəfə müxtəlif bəhanələr uyduran Ermənistan baş naziri Nikol Paşinyan bütün hallarda dəhlizə qarşı çıxış edir və Zəngəzurdan keçəcək bu yolun açılmasına imkan vermir. 10 noyabr üçtərəfli bəyənatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Azərbaycan və Rusiya Prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imza atdığı həmin sənəd qüvvədədir və Ermənistan üçtərəfli bəyanatdan imzasını geri götürməyib. Deməli, üzərinə öhdəlik götürən bir ölkə ona əməl etməyə borcludur. Əks təqdirdə, başqa variantlar nəzərdən keçirilə bilər. Zəngəzur dəhlizinin açılmasına mane olan digər amillər də mövcuddur. İran Ermənistan ərazisindən keçən bu marşurut xəttini özünün qırmızı xətti hesab edir. Digər tərəfdən də Fransa Azərbaycanı Türkiyə ilə birləşdirən quru yolun açılmasına qarşıdır. Üstəlik, Ermənistanla ABŞ arasında bağlanan strateji tərəfdaşlıq haqqında xartiyada nəzərdə tutulan bəndlər də Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçündür. Sadəcə yolun Ermənistanın nəzarətində olmasını və ora erməni silahlı qüvvələri və Qərb hərbçilərinin nəzarət etməsini  istəyən qüvvələr Azərbaycandan Azərbaycana keçidi öz əllərində saxlamağa çalışırlar.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Zəngəzur dəhlizindən danışarkən bizə qarşı edilən bir sıra ədalətsizlikləri xatırladıb ki, bu da səbəbsiz deyil. Həmən ədalətsizlikləri edənlərin son zamanlardakı davranışlarından da görürük ki, deyəsən əvvəlki xislətləri yenə qalmaqdadır.

KONKRET.az xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev özünün “Facebook” səhifəsində bu barədə açıqlama paylaşıb. Həmin paylaşımda deyilir:

“Tarixin istehzasına baxın ki, Qərbi Zəngəzuru qanunsuz şəkildə Azərbaycandan alıb Ermənistana verənlər, hayları bizim regiona köçürüb onlara burada forpost funksiyası daşısa da, dövlət yaradanlar indi ağıllarına gətirmədikləri bir reallıqla üzləşiblər. Ermənistanın üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinin səbəblərindən biri elə məhz orada gediş-gəlişə Rusiyanın nəzarət etməsini istəməməsi ilə bağlıdır. Halbuki bunun həmən sənəddə əksini tapması bir yana, əgər Rusiya olmasaydı, Azərbaycandan Azərbaycana gediş-gəliş üçün hər hansı dəhlizə ehtiyac qalmayacaqdı.Amma dəhlizli, yaxud dəhlizsiz fərq etmir- ölkəmizin bir hissəsindən digər hissəsinə gediş-gəliş maneəsiz olmalıdır ki, bugünkü müşavirədə cənab Prezident yenidən onu vurğuladı.

Qarşı tərəfdə doğrudan da tranzit ölkəyə çevrilmək, haqqında ağızdolusu danışdıqları “Sülh qovşağı” layihəsində nəzərdə tutulanların heç olmasa bir hissəsini reallaşdırmaq istəyirlərsə, onda cənab İlham Əliyevin bununla bağlı dediklərinin üzərində düşünməli, Azərbaycan izn verməsə onun sadəcə kağız parçası olaraq qalacağını dərk etməlidirlər. Edəcəklərmi, azacıq da olsa, xislətlərindən, buferlik funksiyasından əl çəkərək, subyektlik sərgiləsələr, yəni öz milli maraqlarını üstün tutsalar bəli. Fransanın, “Zəngəzur dəhlizi sizin maraqlarınıza uyğun deyil” deyən digərlərinin diqtəsi ilə hərəkət etsələr çətin.

Fikrimcə, cənab Prezident Azərbaycanın “Zəngəzur dəhlizi sizin maraqlarınıza uyğun deyil” deyənlərlə birgə reallaşdırdığı yeni layihənin Etmənistanı “baypas” etdiyini, yəni dalanda saxladığını həm də hayların bir də düşünüb-daşınmaları üçün diqqətə çatdırırdı.

Əgər onlar bütün bu xəbərdarlıqlardan və ayıldıcı açıqlamalardan düzgün nəticə çıxarsalar, Zəngəzur dəhlizi açılacaq, çıxarmasalar açdırılacaq”.

 Doğurdan da regionda maraqlı geosiyasi vəziyyət yaranıb. Ermənistandan alət kimi istifadə edən bəzi dövlətlər Cənubi Qafqazda öz maraqlarını təmin etməkdən ötəri, İrəvanı ən çirkin oyunlara cəlb etməkdən  çəkinmirlər. Paşinyan isə Qərb qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdə davam edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri