Ermənistanda bayrağımızı təhqir etmək istəyən şəxsi cərimələdilər Video
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Ermənistanda sosial şəbəkələrdə İrəvan-Artaşat magistral yolu ilə hərəkət edən avtomobilin yük yerindən asılan Azərbaycan bayrağını əks etdirən video yayılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, avtomobilin yük yerindən Azərbaycan bayrağını asan şəxs Ermənistanın Masis rayon sakini olub.
Bildirilir ki, bu şəxsin hərəkəti sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar həmin şəxsin Azərbaycan təbliğatı apardığını bildiriblər.
Video sosial şəbəkələrdə yayılandan sonra həmin şəxs polis bölməsinə çağırılıb. O, polis bölməsində verdiyi ifadədə bildirib ki, məqəsədi Azərbaycan bayrağını avtomobilin baqajına bağlayıb, yerlə sürümək olub. Lakin, külək səbəbindən bayraq yerlə sürünməyib.
Ermənistan Daxili İşlər Nazirliyindən verilən açıqlamada isə bildirilib ki, sürücü maşının nömrələrini gizlətdiyi üçün cərimələnib.
Həmin görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:Təyyarəni qaçırmaq istəyən şəxsi güllələyiblər
18 Aprel 2025 07:54
Bakıda intihar etmək istəyən şəxsi polislər fikrindən yayındırdı
16 Sentyabr 2025 09:51
Ermənistanda iki bloger saxlanıldı Alen Simonyanı təhqir etmişdilər VİDEO
13 Noyabr 2025 10:13
1000 manat kredit götürmək istəyən şəxsi belə aldatdılar VİDEO
18 Avqust 2025 00:13
Ermənistanda Putin təhqir edildi Rusiyadan reaksiya
20 May 2025 20:31
Baxış sayı:65
Bu xəbər 04 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















