Icma.az
close
up
RU
Ermənistanda hakimiyyətdə olan bütün qüvvələr faşizm ideologiyasına xidmət edib ŞƏRH AZƏRTAC

Ermənistanda hakimiyyətdə olan bütün qüvvələr faşizm ideologiyasına xidmət edib ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə mesajlarından biri də Ermənistanda əsrlər boyu hökm sürən faşizm ideologiyasının ifşası və ona son qoymaq tələbi oldu. Azərbaycan sülh prosesini hüquqi cəhətdən gələcək üçün sığortalamağa görə irəli sürdüyü şərtlərə sadiqliyini saxlayır və konkret təkliflər irəli sürərkən qətiyyətli mövqeyini arqumentlərlə əsaslandırır. Ermənistanın konstitusiyasındakı ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması, Minsk qrupunun ləğvi başlıca sülh şərtlərimizdəndir. Bizim mövqeyimiz olduqca aydın, beynəlxalq hüququn prinsiplərinə uyğundur. Özünü demokrat hesab edən Ermənistan baş naziri Nikol Paşinyan isə yenə də ampluasına sadiq qalaraq söz oyunu ilə məşğuldur. Ritorik çıxışların ustası kimi tanınan Paşinyan hər zaman dolaşıq, ziddiyyətli, anlaşılmaz ifadələri ilə kütləni ələ almağa cəhd edir. Təbii ki, o, bu cür çıxışları ilə erməni cəmiyyətini ovsunlaya bilər, amma xarici siyasətdə, diplomatiyada belə söz oyunları keçmir. Sülh, hər şeydən öncə, bütün inkişaf prosesindən geri qalan, daxili siyasi təlatümlərdən əziyyət çəkən, qonşuları ilə münasibətləri rəvan olmayan Ermənistana lazımdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Ermənistanın qonşuları ilə, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərini nizama salmaqdan başqa çıxış yolu qalmayıb: “Ermənistanı dəstəkləyən ölkələrdəki siyasi hakimiyyətlər dərin böhran içərisindədir. ABŞ-ın 51-ci ştatı olmaq təhlükəsi qarşısında qalan Kanadanın özünün müstəqilliyi sual altındadır. ABŞ prezidenti Co Bayden seçkilərdə uduzdu, Makronun nüfuzu həm ölkədə, həm də beynəlxalq aləmdə Fransanın özünü iflasa yuvarladır, Bəşər Əsədin taleyi hər kəsə bəllidir. Ermənistanın regiondakı əsas dəstəkçisi İran indi heç özünü müdafiə etmək gücündə deyil. Ermənistanın əsas havadarı olan Qərbin Ukrayna və Gürcüstandakı mövqeyindın də dərs çıxarmaq vaxtıdır. Türkiyə və Azərbaycan isə günü-gündən güclənir, beynəlxalq siyasətdə vahid güc kimi çıxış edir. İki qardaş dövlət birlikdə qarşıya qoyulan bütün məqsəd və hədəflərə çatmaq gücündədir. Bizim gücümüz təkcə iqtisadi və hərbi potensialımızda deyil, həm də fəaliyyətlərimizin, tələblərimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğunluğudur. Azərbaycan ədalətin, sabitliyin, inkişafın tərəfdarıdır. Biz bunu həm 2020-ci ilə qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizdə, həm 44-günlük Vətən müharibəsində, həm də 2023-cü ildə həyata keçirdiyimiz antiterror tədbirlərində sübut etmişik. Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş tikinti-quruculuq işləri, abadlıq da rəsmi Bakının niyyətindən xəbər verir. Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa uyğun olduğu üçün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul etdi. Dünyanın ən inkişaf etmiş dövlətlərindəki ermənipərəst hakim komandalar belə, Cənubi Qafqazdakı prosesləri dəyişdirə bilmədilər. ABŞ, Fransa kimi ölkələr səhv etdiklərini artıq anlayırlar. Odur ki, ayrı-ayrı kanallar vasitəsilə Bakıya “əməkdaşlıq”, “dialoq” təklifi edirlər. Biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Bayden administrasiyasının Azərbaycana qarşı ədalətsiz siyasətini aradan qaldıracağına, ikili standartlara son qoyacağına ümid edirik. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmayıb. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Bayden administrasiyası dünyada Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı. Donald Tramp isə bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. O, ailə dəyərlərinə, mənəviyyat məsələlərinə xüsusi diqqət yetirir. Biz ümid edirik ki, Trampın hakimiyyəti dönəmində Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq mümkün olacaq. Hətta bu əlaqələri strateji səviyyəyə qaldırmaq mümkündür. Göründüyü kimi, Ermənistanın bel bağladığı qüvvələr bir-bir tarixin arxivinə gömülürlər və bu dəyişikliklər qonşumuzu bərk narahat edir. Çünki onlar məhz xaricdəki havadarlarına arxalanaraq revanşist siyasətlərini həyata keçirməyə çalışırlar. 600 il öncə irəli sürülən faşizm ideologiyası çoxdan çürüyüb, Paşinyan yeni dövrün yeni diqtələri haqda düşünmək, ya yaşamaq, ya da məhv etmək seçimi qarşısındadır”.

Mehriban Vəliyeva Ermənistanda siyasi ideologiyanın faşizm üzərində qurulduğunu sübut edən kifayət qədər faktların mövcud olduğunu qeyd edib: “İkinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş, türk qanı tökməkdən həzz alan, tsexakronizmin banisi Qaregin Njdeyə pərəstiş ideologiyası aradan qalxmayınca, xəstə düşüncələr sağalmayınca yeni düzəndə köhnə baxışla irəliləmək erməni xalqını məhvə sürükləyəcək. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın Qarabağda törətdikləri cinayətlər, Levon Ter-Petrosyanın 31 il əvvəl bir qrup hərbçinin işrirakı ilə keçirilən toplantıda etdiyi çıxış da faşist ideologiyasına xidmət etdiklərini bir daha sübut etdi. Ter-Petrosyan çıxışında erməni xalqının 600 illik problemi həll etdiyini, Ermənistan və Qarabağı digər millətlərdən təmizlədiklərini, 170 min azərbaycanlının Ermənistandan qovduqlarını, Azərbaycanda yaşayan soydaşlarının problemlərinin həll etdiklərini, Azərbaycan ərazilərini zəbt etdiklərini, “Miatsum” hərəkatının mahiyyətini, Qarabağın isə zəbt edildikdən sonra boş danışıqlarla illərlə uzadılmasını acıq-aydın bəyan etdi. O, silahlıları Ağdam şəhərini işğal etmələri münasibəti ilə təbrik edir, babalarının arzularını reallaşdırdıqları üçün qürür duyur. Göründüyü kimi, Ermənistanda siyasi hakimiyyətdə olan bütün qüvvələr bir qayda olaraq faşizm ideologiyasına xidmət ediblər, “yeni ərazi” tamahında olublar. Ağır məğlubiyyətə uğrayandan sonra Paşinyan erməni cəmiyyətini aldatmaq üçün “mən bilmirdim ki, öncəki prezidentlərin dövründə danışıqlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində aparılıb” ifadəsini işlədib. Gülməlidir. Bir ölkə üçün taleyüklü məsələ üzrə aparılan danışıqların mahiyyətini bilməyən, özünü siyasətçi hesab edən biri necə hakimiyyətə iddia edə bilər? “Qarabağ Ermənistandır, nöqtə” deyən adam bu gün “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” söyləməklə demokrat olurmu? Təbii ki, Azərbaycan Ermənistanda əsl demokratik qüvvələrin hakimiyyətdə olmasının tərəfdarıdır. Təəssüflər olsun ki, hələ İrəvanda belə qüvvələr yoxdur. Paşinyan gələcəkdə özünə heykəl qoydurmaq istəyirsə, güc toplayaraq özü-özünü aşa bilsin, Njdenin heykəlini sökdürüb xalqı xəstə ideologiyadan xilas etsin. Unutmasın ki, müasir dövr faşizm ideologiyasını çoxdan çözüb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri