Icma.az
close
up
RU
Ermənistanda mövqelərin tikilməsi, onun qorxusunu göstərir

Ermənistanda mövqelərin tikilməsi, onun qorxusunu göstərir

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Ermənistanın müdafiəsini açıq şəkildə gücləndirir. Paris münaqişənin bitmədiyini və yeni toqquşma riskinin qaldığını iddia edir. Eyni zamanda Ermənistan sərhəddə yeni mövqelər qurur və mühəndis işləri aparır.

Belə olduğu halda Ukrayna məsələsindən sonra oxlar Cənubi Qafqaza çevrilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, Avropanın, o cümlədən Fransanın indiki şəraitdə özünü düşünməkdən başqa çarəsi yoxdur:

"Ukraynaya yardım göstərməyə, Ukraynanı xilas etməyə cəhdlər göstərilir və bu gün məlumdur ki, Kiyevə yığışıblar, digər tərəfdən Amerika Birləşmiş Ştatlarını dilə tutmağa çalışırlar. Yaxın günlərdə həm Fransanın, həm də Böyük Britaniyanın liderləri Trampla görüşə gedəcəklər. ABŞ-nin tutduğu mövqe onları ağır duruma salıb. Ukrayna danışıqlardan kənarda saxlanılır. Əsas danışıqlar ABŞ və Rusiya arasında gedir və müəyyən razılaşmaya gəlib onu Ukraynaya, eyni zamanda Avropaya qəbul etdirmək istəyirlər. Çox təəssüf ki, bu gün Rusiya ABŞ-yə həm Avropa ölkələri, həm də Ukraynadan daha yaxındır.

Üstəlik, Avropanın təhlükəsizliyinin əsas ağırlığını öz üzərinə götürən ABŞ artıq bu işi görmək istəmir və Ukraynanın da gələcək sülh sazişindən sonra təhlükəsizliyinin təmin olunmasının əsas ağırlığını Avropa ölkələrinin üzərinə salmaq istəyir. Dünən Almaniyada keçirilən növbədənkənar parlament seçkilərində hakimiyyətdə olan Sosial Demokrat Partiyası məğlubiyyətə uğrayıb. Ultra sağlar - Almaniya üçün Alternativ Partiyası gözlənildiyindən də artıq səs yığıb. Yəni Avropa Birliyinin, onun lider ölkəri - Almaniya və Fransanın problemləri həddindən artıq çoxdur". 

Politoloqun fikrincə, Ermənistanda gedən işlər onların qorxularını göstərir:

"Əgər Ermənistan ərazisində müəyyən mövqelərin tikilməsi ilə bağlı iş gedirsə, bu, onların daha çox öz təhlükəsizliyi barədə düşüncələrini, qorxularını göstərir. Onsuz da Ermənistanda uzun müddətdir belə qorxu hakimdir və öz güclərini də yaxşı bilirlər. Azərbaycanın gücünü də yaxşı bilirlər. Bu səbəbdən mən hesab eləmirəm ki, Qərb ölkələri, ilk növbədə Fransa Ermənistanla bağlı nəsə ciddi planlar hazırlamış olsun. Bu gün Fransanın əsas problemi, ilk növbədə meydanda Amerika Birləşmiş Ştatlarının yardımı olmadan vuruşmaq barədə qara-qara düşünən Ukraynaya hansısa şəkildə kömək etmək və onu heç olmasa bir müddət Rusiya qarşısında saxlamaqdır. İkinci tərəfdən öz təhlükəsizlikləri barədə düşünürlər. Amerika onların üzərindən əlini çəksə, həm Fransanın, həm də digər ölkələrin vəziyyəti yaxşı olmayacaq. Çünki bu günə kimi Rusiyaya güvəniblər. Onların, ilk növbədə Fransanın Ermənistana hansısa şəkildə kömək etmək imkanları çox deyil".

Türkan İSGƏNDƏRLİ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri