Icma.az
close
up
RU
Ermənistanda qeyri stabil vəziyyət

Ermənistanda qeyri stabil vəziyyət

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paşinyan tələb edir, kilsə isə geri çəkilmir...

Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Nikol Paşinyan hakimiyyəti ilə kilsə arasındakı ziddiyyətlər dərinləşməkdə davam edir. Buna paralel olaraq isə rəsmi İrəvan ölkədə bəzi islahatların aparılmasını zəruri sayır - xüsusilə, Ermənistanın Elektrik Şəbəkəsinin milliləşdirilməsi ilə bağlı addımlar birmənalı qarşılanmır. Bəzi siyasi qüvvələr bu addımı “anti-Rusiya” məqsədilə atıldığını bildirirlər. Hətta bu məsələ, Ermənistan parlamentində böyük qalmaqala səbəb olub.

Qanun dəyişdi, parlamentdə əlbəyaxa dava düşdü...

Vurğulandığı kimi, Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib - yekun oxunuşda Ermənistanın elektrik şəbəkələri şirkətlərinin milliləşdirilməsinə imkan verən düzəlişlər paketi qəbul olunub. Layihənin lehinə 65 deputat, əleyhinə isə 27 deputat səs verib. Layihəyə tərəfdar çıxanlar yalnız hakim partiyanın üzvləri olub. Qəbul edilən qanunvericilik dəyişiklikləri zərfinə “Energetika haqqında” və “Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası haqqında” qanunlara dəyişikliklər daxildir.

Paralel olaraq isə parlamentin iclasında “Ermənistan Elektrik Şəbəkəsi” QSC-nin milliləşdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı qalmaqallı vəziyyət yaranıb. Deputat Ovik Aqazaryan (iqtidaryönlü Mülki Müqavilə partiyasının keçmiş üzvü, bu yaxınlarda partiyadan xaric edilib - red.) Elektrik Şəbəkəsinin milliləşdirilməsinin əleyhinə çıxıb: “Vaxtilə İrəvan Konyak Zavodu özəlləşdirilməsəydi, bu gün Ermənistanda üzümçülük olmazdı. Su təsərrüfatı sistemi özəlləşdirilməsəydi, bu gün ölkədə su qıtlığı yaşanardı. Rusiya tərəfini bizim təxribatlarımıza uymamağa çağırıram”, - deyə deputat bildirib.

Aqazaryanın sözləri keçmiş partiya yoldaşlarının etirazı ilə qarşılanıb. Xüsusən də Arman Eqoyan çıxışdan sonra Aqazaryanın fikirlərini “rəzalət” adlandırıb - iki deputat arasında mübahisə yaranıb, daha sonra Aqazaryan Eqoyana tərəf su butulkası atıb. İclasa sədrlik edən Milli Məclisin vitse-spikeri Akop Arşakyan Aqazaryanı nizam-intizama riayət etməyə çağırıb. Arşakyan Aqazaryanın iclas zalından çıxarılmasını tələb edib və onun müzakirələrdə iştirakını qadağan edib. Arşakyan Eqoyana da xəbərdarlıq edib.

Qeyd edək ki, Aqazaryan 2024-cü ilin dekabrına qədər “Vətəndaş sazişi”nin üzvü olub, lakin həmin ay partiyadan kənarlaşdırılıb. 2025-ci ilin yazında o, yeni siyasi partiya yaradaraq baş nazir Nikol Paşinyanın impiçmenti təşəbbüsü ilə çıxış edib.Paşinyan istefa

tələb edir...

Hakimiyyətin revanşist anti-qərb qüvvələrə qarşı demarşı ilə yanaşı, kilsə ilə mübarizəsi də ön plandadır. Artıq bir neçə aydır davam edən kilsə - iqtidar qarşıdurması səngimir. Baş nazir Paşinyan açıq şəkildə kilsənin “yenilənməsi” çağırışları səsləndirir. O, bütün ermənilərin katolikosu üçün növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyini bəyan edib və bu barədə sosial şəbəkədə yazıb. “Növbədənkənar seçkilər birmənalı şəkildə keçirilməlidir”, - o qeyd edib.

Qeyd edildiyi kimi, may ayının sonundan bəri Paşinyan ermənilərin katolikosu II Qaregin və erməni apostol kilsəsinin arxiyepiskoplarına qarşı sərt bəyanatlarla çıxış edir, katolikosdan subaylıq andını pozması ilə bağlı məlumatlar səbəbindən taxtdan çəkilməsini tələb edir. İyun ayının sonunda İrəvanda erməni apostol kilsəsinin 2 arxiyepiskopu həbs edilib. Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan hakimiyyəti ələ keçirməyə çağırışda, “Müqəddəs mübarizə” etiraz hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan isə Ermənistanda terror aktları planlaşdırmaqda və hakimiyyəti ələ keçirməkdə ittiham olunur. Arxiyepiskoplardan əlavə daha 15 nəfər həbs edilib.

Kilsədən demarş - Qaregin gənclərə müraciət etdi...

Hakimiyyətin bu davranışlarının qarşısında kilsə də geri çəkilmir - iyulun 3-də II Qareginin təşkilatçılığı ilə “Xristian ailəsi - erməni kimliyinin sütunu” devizi altında ümumerməni ziyarətinin açılış mərasimi keçirilib. Erməni Kilsəsinin Ümumdünya Gənclər Birliyinin yaradılmasının 25-ci ildönümünə həsr olunan və iyulun 2-dən 7-dək keçiriləcək ümumerməni ziyarətində erməni kilsəsinin üzvləri və rəhbərləri, eləcə də Ermənistanın müxtəlif yeparxiyalarından və diasporadan olan 300-ə yaxın kilsəyə sadiq gənc iştirak edir. Bu tədbir həm də kilsənin “güc nümayişi” sayılır. Təsadüfi deyil ki, öz çıxışında II Qaregin kilsə tədbliğatının əsas ünsürləri üzərində dayınıb - o, daxili siyasi parçalanmaya və Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı başlatdığı kampaniyaya da toxunub, gəncləri “birlik və bütövlüyə” çağırıb.

Paşinyan isə “Telegram”da bildirib ki, kilsə 2025-ci ilin iyun ayında kafedralın zənglərini çalaraq xalqı toplaşmağa çağırıb. Lakin ruhanilərin və vətəndaşların sayı 1500 nəfəri keçməyib. “Ktriç Nersisyanın Katolikos iqamətgahını dərhal azad etməsinə dair başqa bir dəlil, başqa yol yoxdur!”, - Paşinyan vurğulayıb.

Bir çox siyasi mütəxəssislər Ermənistanda kilsə-hakimiyyət qarşıdurmasının gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə qədər davam edəcəyini yazır - hətta erməni KİV-ləri artıq Qareginin “siyasi seçim” qarşısında olduğunu, hansısa qüvvə ilə işbirliyinə gedəcəyini yazır. Paşinyan tərəfdarlarının son günlər daha da fəallaşmasının səbəbi də bununla izah edilir - bildirilir ki, Paşinyan bir çox Qərb diaspora təşkilatlarından və xarici dövlətlərdən kilsəyə yardım edilməyəcəyi ilə bağlı zəmanət alıb. Mübarizənin açıq fazaya keçidi də məhz bu səbəbdən baş tutub.

Konstitusiya müzakirələri başlayır...

Kilsə-hakimiyyət qarşıdurmasının kökündə həm də regional sabitlik məsələsinin dayanması sirr deyil - Ermənistanın ruhani dairələri ilə revanşistlərin işbirliyi ilk növbədə Azərbaycan ilə münasibətlərin normallaşması prosesini hədəfə alır. Onlar birinci növbədə sülh müqaviləsinin imzalanmasını ən azı ləngitməyə nail olmaq istəyirlər. Konstitusiya islahatı üzrə Şuranın uzun müddətdən sonra ilk iclası isə iki həftə sonra keçiriləcək. Bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan hökumətin iclasından sonra bildirib. Onun sözlərinə görə, Konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər, lakin müddət müzakirələrin gedişatından asılıdır. Nazir qeyd edib ki, layihənin müzakirəsi açıq ola bilər. “Mətn hazırlanma mərhələsindədir. Əsas konseptual müddəalar üzrə müzakirələr aparılacaq və yalnız bundan sonra sənəd ictimaiyyətə təqdim ediləcək”, - o bildirib.

Nazir, həmçinin əlavə edib ki, müzakirələrin yekununda layihədə əhəmiyyətli dəyişikliklər ola bilər. Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsinə mümkün düzəlişlər məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan hələ 2018-ci ildə konstitusiya islahatının zəruriliyindən danışsa da, sonrakı illərdə proses ləngiyib - Konstitusiya İslahatı Komissiyası 2019-cu ilin yayında yaradılıb və ilkin olaraq ədliyyə sistemində dəyişikliklərə və dövlət idarəçiliyinin yeni modelinə keçidə diqqət yetirib. Lakin son aylarda Konstitusiya dəyişikliyi ilə bağlı proses yeni yön alıb. Bakı sülh müqaviləsinin imzalanması üçün dəyişikliyi mühüm şərt kimi irəli sürüb. Haqlı olaraq irəli sürülən bu müddəa sülhün bağlanması üçün ən vacib şərt hesab edilir.

Martın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi üçün referendum keçirilməsi planlaşdırılır. Bununla yanaşı, baş nazir əlavə edib ki, onun komandasında referendumun 2026-cı ildə parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğunluğu barədə fikirlər səslənir.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see379

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see329

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see287

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

16 İyun 2026 18:28see267

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

16 İyun 2026 18:20see221

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see197

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see185

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see182

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see175

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see174

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see171

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see170

Fidan və Lavrov Bakı İrəvan sülh prosesini müzakirə ediblər

16 İyun 2026 18:05see168

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırıldı

16 İyun 2026 23:02see164

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see164

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see163

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see162

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see160

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see158

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri