Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ermənistanda sülh kursu qalib gələcəkmi və Paşinyanı gələnilki seçkilərdə nə gözləyir?

Ermənistanda sülh kursu qalib gələcəkmi və Paşinyanı gələnilki seçkilərdə nə gözləyir?

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Vaşinqtonda imzalanmış bəyannamə sayəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə hamınızı təbrik etmək istərdim”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O, görülən işlərə görə kabinet üzvlərinə təşəkkür edib və qeyd edib ki, Vaşinqtona yola düşməzdən əvvəl hökumətin, Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibinin, Ermənistan prezidentinin, deputatların və regionların rəhbərlərinin iştirakı ilə bəyannamənin mətninin müzakirələri və təhlili aparılıb.

“Bunun nəticəsində biz bu addımı atmağın zəruri olduğu qənaətinə gəldik”,- deyən baş nazir qarşıda hələ çox iş olduğunu vurğulayıb.

Paşinyan həmçinin bəyan edib ki, vətəndaşlar gələn ilin yayında keçiriləcək seçkilərdə seçim etməli olacaqlar.

"Mən "sülh" və "müharibə" arasında demək istəmirəm, daha yumşaq deyəcəyəm - sülhlə sülhün yoxluğu arasında. Ona görə də mən müraciətimdə açıq şəkildə bildirdim ki, sülhə gündəlik qayğı lazımdır və bu, bizim hər birimizin öz yerində, o cümlədən vətəndaşların, o cümlədən öz siyasi mövqelərinə diqqət yetirməklə birlikdə həll etməli olduğumuz vəzifədir".

Baş nazir əmin edib ki, hakimiyyət Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması və ratifikasiyası üzərində gündəlik işləyir və çalışacaq.

"Mən yeddinci sinifdən Qarabağ hərəkatında iştirak etmişəm. 2025-ci ilin martında isə Milli Məclisin tribunasından çıxış edərək qeyd etdim ki, baş nazir kimi öz təcrübəmə və təhlillərimə əsaslanaraq belə qənaətə gəldim ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik", - o, jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, bu bəyanat Ermənistana bu prinsip əsasında rəhbərlik edəcəyini bəyan etdikdən sonra verilib.

"Ermənistan vətəndaşları bunun baş verməməli olduğuna inanırlarsa, mən özüm də onları inqilaba səsləyirəm. Hesab edirəm ki, mən tarixdə öz ölkəsinin vətəndaşlarını elan edilmiş strategiya ilə razılaşmadıqları təqdirdə inqilaba çağıran ilk və yeganə baş nazirəm. İkinci belə bir hadisədən xəbərim yoxdur. Amma fakt odur ki, bizim vətəndaşlarımız inqilab etməyiblər, çünki mənim kimi, onlar da sülh yolu ilə bu qərarın qəbul edilməsi praktikasındadır”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, çoxları “Qarabağ hərəkatı”nı başqa cür qəbul edir, onu Ermənistanın suverenliyinə, dövlətçiliyinə və müstəqilliyinə xələl gətirə biləcək əlverişli rıçaq kimi görür. "Və biz etiraf etməliyik ki, bu rıçaqdan səmərəli istifadə edilib. İndi sülh erası gəlib çatıb və Ermənistan vətəndaşları bunu məmnunluqla qəbul ediblər. Bunun üçün kifayət qədər sübutlar var və bunu təkzib edə biləcək heç bir fakt yoxdur", - baş nazir yekunlaşdırıb.

Məşhur ekspertlər Paşinyanın açıqlamalarının mənasını Caliber.Az-a açıqlayıb. Şərhləri oxucularımıza təqdim edirik.

Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Hmayak Hovannisyan əmindir ki, baş nazirin sözləri onun səmimi mövqeyini, eləcə də “Vətəndaş Sazişi” tərəfinin mövqeyini əks etdirir.

"2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri bu bəyanatların Ermənistan Respublikası vətəndaşlarının əksəriyyətinin rəyi ilə nə dərəcədə üst-üstə düşdüyünü göstərəcək. Seçicilər bu gün parlamentdə sabit çoxluğa malik olan, faktiki olaraq onlara sərbəst şəkildə baş nazir üçün faydalı olan qanun və qərarlar qəbul etməyə imkan verən Paşinyanın və onun partiyasının fəaliyyətinə qiymət verməli olacaqlar.

Ermənistanda parlament idarəetmə forması var və hazırkı rəhbərliyin kursunun real qiymətini məhz parlament seçkiləri verəcək. Reytinqinin aşağı düşməsinə baxmayaraq, Paşinyan hələ də digər namizədləri qabaqlayır. Burada əsas rolu Serj Sarkisyanın göstərişi ilə Respublika Partiyasının hakimiyyəti dövründə qəbul edilmiş və Paşinyan hakimiyyətə gəldikdən sonra düzəliş etmədiyi seçki qanunu oynayır. Məhz bu qanun ona hakimiyyəti saxlamağa imkan verir”,- ekspert qeyd edib.

Ovannisyanın fikrincə, əvvəlki hakimiyyətin uğursuz idarəçiliyinə görə məsuliyyət yükündən qurtula bilməyən titul müxalifətinin zəifliyi indiki baş nazirin mövqeyini yalnız gücləndirir.

"Bu qanun hakim partiyaya səslərin təxminən 15%-ni alsa belə, sabit səs çoxluğu yaratmağa imkan verir. Ona görə də təsadüfi deyil ki, onun müəllifi Serj Sarkisyan bu gün bəyan edir ki, Nikol Paşinyandan yalnız küçə təzyiqi ilə qurtulmaq olar, demokratik seçkilər yolu ilə deyil. O, Paşinyana nə hədiyyə qoyub getdiyini çox gözəl bilir".

Vaşinqtonda paraflanan sülh sazişinə gəlincə, Hovannisyan onun effektivliyinə inandığını bildirib.

"Xalqlarımız heç vaxt münaqişə etmək istəməyiblər. Müasir tarixdə ən populyar erməni siyasətçisi olan Karen Dəmirçyanın yaxın adamı kimi mən tam məsuliyyətlə qeyd edə bilərəm ki, münaqişənin ssenari müəllifləri Mixail Qorbaçov və Aleksandr Yakovlev olub. Onlar təcrübəli və müdrik liderləri hakimiyyətdən uzaqlaşdırıblar- Heydər Əliyev və Karen Dəmirçyanı. Bu gün gələcəyin yaxşılığı naminə biz düşmənçiliyə son qoymağa, sülhə yol açmağa borcluyuq”, - ekspert vurğulayıb.

Erməni analitik və publisist İşxan Verdyan qeyd edib ki, əgər siz özünüzü informasiya səs-küyündən yayındırıb İrəvan həyatına nəzər salsanız, görərsiniz: insanlar normal həyat sürürlər, baş nazirə qarşı kütləvi etirazlar yoxdur.

"Əleyhinə olanlar hər dəfə hamıya çoxdan məlum olan eyni kiçik tərəfdarlar qrupunu toplayırlar. Üstəlik, bu kütlənin onurğasını əsasən qarabağlılar təşkil edir. Ona görə də cəmiyyətin əksəriyyəti Nikol Paşinyandan razıdır və onun təşəbbüslərinə mane olmayacaq. Bu da baş nazirə həm xarici, həm də daxili siyasətdə ciddi nəticələr əldə etmək üçün əlverişli şərait yaradır.

Vaşinqton razılaşmalarından sonra Rusiyanın Ermənistanda təsiri zəifləyib və bununla yanaşı, revanşist müxalifətin resursları da azalıb. O, “şimal mühafizəçisi”nin dəstəyi olmadan reallıqla üzləşməli olacaq. Bu şəraitdə dinc dialoq prosesi daha sürətlə gedə bilər”,- o hesab edir.

Verdyan vurğulayıb ki, əsas problem “Qarabağ klanı” və ona bağlı olan daşnaklardır.

"Onlar Paşinyanın sülh təşəbbüslərini pozmağa yönəlmiş zəhərli ritorikaları yaymaqda davam edirlər. Onların məqsədi sadədir- Azərbaycanı gözdən salmaq və yeni münaqişəyə yol açmaq.

Paşinyan özü də bunu tam dərk etmir. O, gənclik illərindən Qarabağ hərəkatında iştirak edib və onun dünyagörüşünün qalıq təhrifləri bu günə kimi qalmaqdadır. Bu, məsələn, Qarabağ ermənilərinin Qarabağa qaytarılmasının qeyri-mümkünlüyü və ya ermənilərin hətta cinayətlərə görə Azərbaycan həbsxanasında ola biləcəyinin tanınması ilə bağlı sərt mövqedə özünü göstərir. Bu, şübhəsiz ki, qərəzdir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Paşinyan “sülh erası”nın başlanğıcından danışır, lakin suallar qalır: o, praktikada bunun nə demək olduğunu başa düşürmü? O, ermənilərin düşmən saydıqları insanlarla ünsiyyətə girməyə hazırdırmı? Onun öz münasibəti prosesi nə dərəcədə ləngidir?

"Sülh müqaviləsi sabah və ya bir neçə ildən sonra imzalana bilər- münaqişənin simvolik sona çatması kimi. Amma sənədin özü problemi həll etmir. Daha önəmlisi cəmiyyətin bu müqavilənin nəyi nəzərdə tutduğunu və hansı reallığı bərqərar etdiyini anlamaq istəyidir. Sülh prosesinin uğuru sazişin mətnindən deyil, onun həyata keçirildiyi andakı cəmiyyətin daxili vəziyyətindən asılı olacaq", - Veryan bildirib.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri