Ermənistanda tutulan hərbçimiz istintaqa ifadə verdi
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ermənistanda tutulan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev istintqa ilkin ifadə verib.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan yerli KİV-ə müsahibəsində deyib.
Armen Xaçatryan azərbaycanlı hərbçinin dəyişdirilməsi imkanını bu mərhələdə real hesab etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, əvvəlcə istintaq başa çatmalı və Nəsimi Musayevin əməllərinə hüquqi qiymət verilməlidir, bundan sonra məsələ dövlətlərarası münasibətlər çərçivəsində müzakirə oluna bilər.
Erməni deputat bildirib ki, azərbaycanlı əsgər artıq ilkin ifadə də verib:
“O, ilkin ifadə verib, amma xəbərdar olduğum qədər indi müalicə olunur, yaralanıb və əminəm ki, hələ daha ətraflı ifadələr də verəcək” – deyə deputat qeyd edib.
Qeyd edək ki, Ermənistan sərhədini naməlum şəraitdə keçdikdən sonra Sünik vilayətinin Sisian rayonundakı Şəki kəndində tutulan Nəsimi Musayev barəsində 2 ay müddətinə həbsqətimkan seçilib.
Onu Şəki kəndinin qadın sakini bıçaqla yaralayıb.
Nəsimi Musayev bu gün Sisian xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə köçürülüb.
Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri oktyabrın 1-də Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Oktyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















