Icma.az
close
up
RU
Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır

Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsini həzm edə bilməyən Ermənistan və ona havadarlıq edən dövlətlərin ölkəmizə qarşı müxtəlif planlar hazırladıqları atılan addımlarda özünün aydın ifadəsini tapır. Bu reallıq inkaredilməzdir ki, 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin ilk günündən Fransa kimi dünyaya “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə çalışan, amma özləri bu prinsipləri maraqlarına uyğun kobud şəkildə pozan dövlətlər Ermənistanı açıq-aşkar silahlandırmaları ilə diqqətdə oldular. Bütün hallarda məqsəd regionda vəziyyəti gərginləşdirmək, gündəmdə olan sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaqdır. Ermənistanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə gündə bir arxa, dayaq axtarışına çıxması hər zaman yeni planların çızılmasına, vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Mühüm reallıqlardan biri Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin qarantı olması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifi etməsidir. Lakin hazırda sülh müqaviləsinin imzalanması üçün imkanlar mövcud olsa da Ermənistan yeni dəstəkçilərinin himayədarlığı ilə ölkəmizə qarşı yeni müharibəyə hazırlaşır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Ermənistanda revanşizm əhval-ruhiyyəsi mövcuddur. Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması və yeni müharibəyə hazırlaşması diqqətdən kənarda qala bilməz. Bugünümüzün reallıqları bizə 30 illik işğal dövrünü yada salmağa çağırış edir. İşğalçı dövlətin himayədarları dəstəkləri ilə keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına gətirib çıxardılar. Zamanında Ermənistana bu dəstəklər olmasaydı, ədalət və beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozduğuna, BMT qətnamələrinə məhəl qoymadığına görə işğalçıya təzyiqlər göstərilsəydi 44 günlük Qarabağ müharibəsi baş verməzdi. Ermənistanın imitasiya naminə danışıqlara qatılması bu güclərin dəstəklərinin nəticəsi idi. İşğalçı dövlət bununla yeni ərazilər uğrunda müharibə planı hazırlamaq üçün vaxt qazandı. Təbii ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun belə sürətli əks-hücum əməliyyatı ilə üz-üzə qalacağını düşünmürdülər. 44 günlük İkinci Qarabağ müharibəsi nahaq yerə həqiqət anı kimi dəyərləndirilmir. İkinci Qarabağ müharibəsində bir daha kimin ədalətin, haqqın, kimin işğalçı dövlətin tərəfində olduğu açıqlandı. Tarixi Zəfərimizdən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrə rəşadətli ordumuzun verdiyi dərslər də bəllidir. Hadisələrin gedişi ötən ilin sentyabr ayında birgünlük antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Prezident İlham Əliyevin çıxışlarında da bu çağırış əsas yer tutur ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsini, lokal antiterror tədbirlərini unutmasınlar.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa istiqamətə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır.

Milli Məclisin deputatı onu da qeyd edib ki, yeni müharibə planında Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür. Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın silahlanması, Fransanın təcavüzkara silah verməsi, Hindistandan silah alınması, Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək niyyəti işğalçının və onun himayədarlarının müharibə planlarından xəbər verir. Bununla yanaşı, Avropa İttifaqının Ermənistanda hərbi missiyası, Qərbin Azərbaycan Ordusunun, hərbi hissələrimizin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi də hazırkı dövrün reallıqları sırasındadır. Vəziyyətin bu şəkildə davamı regionda vəziyyətin gərginləşməsinə aparır. Dünyada və bölgədə sülhün, təhlükəsizliyin tam təmin edilməsinə, davamlı inkişafa biganə yanaşan bəzi güclər nə zamanədək ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədəcəklər, ikili standartlara əsaslanan siyasətlərindən əl çəkməyəcəklər, bu gərginliklər mütəmadi baş verəcək. Məhz buna görə də Azərbaycanın qazandığı uğurlarla kifayətlənməyib daim irəli baxması, dövlətimizin başçısı İlham Əliyevin “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” çağırışı ölkəmizə qarşı müxtəlif planlar hazırlayan bəzi güclərə ciddi mesajdır. Ölkəmizin tarixi Zəfərə, suverenliyinin tam bərpa edilməsinə nail olmasına baxmayaraq hərbi qüdrətimizin artırılması bu gün də əsas prioritetdir. Dövlətimizin başçısının bu çağırışını da xatırlatmaq istərdik: “Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri