Icma.az
close
up
RU
Ermənistanın atəşinə Aİ missiyasının susqunluğu: Böyük güclər bölgədə yeni təxribatlara hazırlaşır

Ermənistanın atəşinə Aİ missiyasının susqunluğu: Böyük güclər bölgədə yeni təxribatlara hazırlaşır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ötən gün Azərbaycan Ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 3 dəfə atəşə tutulmasından sonra AB-nin bu ölkədəki missiyası sərhədə patrul göndərib.

 Bu barədə erməni mediası məlumat yayıb. 

AB missiyasının vəziyyətlə bağlı bəyanatında deyilir ki, vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur. 

Qeyd edək ki, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə üç dəfə məlumat yayıb. 

Eyni zamanda martın 17 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. 

Hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a bildirib ki, son zamanlar Azərbaycanın Ermənistandan gözləntiləri sülh sazişinin imzalanmasıyla bağlı olsa da, qarşı tərəfdə baş verənlər bunun əksini göstərir:


“Ermənistan tərəfinin eşelon bölmələri uzun sutka ərzində atəşkəsi Gorus istiqamətində üç hissədə pozdular. Təcrübə göstərir ki, ən kəskin zamanlarda belə Ermənistan atəşkəsi pozduğunu boynuna almır. Avropa İttifaqının missiyasını patrul kimi göndərirlər. Atəşkəs pozulduqdan sonra Avropa İttifaqı orada nə müəyyən edə bilər? Sülh sazişinin imzalanmasına maneə olacaq təhriklərdə Avropa İttifaqının missiyasının Ermənistanla paralel siyasət yürütdüyünü görürük. Avropa Birliyi buna görə də atəşkəsin pozulduğunu Ermənistan tərəfindən qeydə almır. Ermənistanın atəşkəsi pozmaqda məqsədi onların sülh sazişinin bağlanmasını vəkalət etdiyi ölkələrin iki tərəf tərəf arasında sabitliyin olmasını istəməməsindən irəli gəlir. Onlar sülh sazişi imzalanmadığı müddət ərzində isə Ermənistanı silahlandıracaqlar. Beləliklə Ermənistanı silahlandırmaqla özlərinə yeni dividentlər qazanacaqlar. Cənubi Qafqazda sülhün mövcudluğu Ermənistanı dəstəkləyən ölkələrə sərf etmir. Bundan sonra böyük güclərin sahədə yeni təxribatlara və atəşkəsi pozacağına əl atdığını görə bilərik. Çünki Ermənistan ərazisində bir çox fərqli ölkələrin belə təhriklərə yol verəcək qüvvələri var. Ermənistanda Amerikanın təlimatçılar qismində qüvvələri, Fransanın müşavirləri və Avropa İttifaqının missiyası mövcuddur. Eyni zamanda Rusiyanın Gümrü də 102-ci bazası yerləşir. Yəni o qədər fərqli qütbdən qüvvələr var ki, təxribatların hansı tərəfindən törədildiyini müəyyənləşdirmək çətindir. Ermənistan üçün ən normal variant tezliklə sülhə gəlməkdir. Lakin Ermənistanın atəşkəsi pozmaqla sülhdə maraqlı olmadığının şahidi oluruq. Əks halda Ermənistanın addımlarına ən yüksək səviyyədə Azərbaycan cavab verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri