Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Ermənistanın diplomatik çəngəli: Eyni anda 2 stulda necə oturmaq olar? ŞƏRHLƏR

Ermənistanın diplomatik çəngəli: Eyni anda 2 stulda necə oturmaq olar? ŞƏRHLƏR

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ermənistan eyni vaxtda bir neçə ağanın xoşuna gəlməyə çalışaraq növbəti dəfə diplomatik sıxıntıya düşüb. İndi Vaşinqtonun, Brüsselin və hətta Parisin İrəvana ayırmağa vaxtı olmasa da, Rusiyadan ayrılma kursu artıq müəyyənləşib. Ermənistan təcili olaraq riskləri minimuma endirmək barədə düşünməlidir. Bunu Moskvada da başa düşürlər- Rusiya diplomatlarının Ermənistanı KTMT-də tam iştirakını bərpa etməyə çağıran son bəyanatları və Aİİ-dən ayrılma təhlükəsi barədə xəbərdarlıqları birbaşa bunu göstərir.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib: “Rusiya Ermənistanla istənilən səviyyədə qarşılıqlı əlaqəni alqışlayır, lakin KTMT çərçivəsində münasibətlərin dərinləşməsini və normal olmasını istəyir”.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın risklərin miqyasını başa düşəcəyinə və Ermənistan cəmiyyətinə Aİİ üzvlüyünün bütün üstünlükləri və təşkilatdan ayrılması halında itkilərin miqyasının izah ediləcəyinə ümid etdiyini bildirib.

Kremlin Ermənistana qarşı hazırkı strategiyası nədir və İrəvan siyasi “parçalanmış” vəziyyətdən çıxmaq üçün hansı üsullardan istifadə edəcək? Bu suallara əcnəbi politoloqlar Caliber.Az-a verdikləri şərhlərdə cavab verməyə çalışıblar. Eksperlərin fikirlərini oxucularımıza təqdim edirik.

Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanski qeyd edib ki, rusiyalı diplomatların son bəyanatları Rusiya Federasiyasının Ermənistana münasibətdə gələcək addımları barədə düşünməyə vadar edir.

"Qərb qüvvələrinin regionda genişlənən təsirini nəzərə alsaq, Rusiyanın narahatlığı başa düşüləndir. Ermənistanın Aİ-yə doğru irəliləməsi Rusiyanın təsir dairəsində olan digər ölkələri öz geosiyasi istiqamətlərinə yenidən baxmağa vadar edə biləcək presedent yaradacaq. Bu, Rusiyanın Cənubi Qafqazda və daha geniş postsovet kontekstində mövqeyini zəiflədə bilər.

Ermənistan öz milli maraqlarını nəzərə almalı və xarici siyasətini optimallaşdırmaq yollarını axtarmalıdır. Aİ-dən asılılıq, xüsusən də dəyişən geosiyasi mühitdə fəsadlarla dolu ola bilər. Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizlik problemi getdikcə pisləşir. Ermənistan öz təhlükəsizliyini və iqtisadi inkişafını təmin etmək üçün Rusiya ilə əməkdaşlıq və Aİ ilə münasibətləri inkişaf etdirmək arasında balans tapmalıdır.

Başa düşmək vacibdir ki, Ermənistanın gələcəyi onun Aİ-dən müstəqil və praqmatik xarici siyasət yürütmək qabiliyyətindən asılıdır. Təbii ki, Kreml Ermənistanı öz təsir dairəsində saxlamaq üçün ona diqqətlə yanaşacaq”,- politoloq vurğulayıb.

Onun fikrincə, rusiyalı diplomatların indiyə qədərki bəyanatları yalnız Kremlin Ermənistanla sabit münasibətlərə can atmasından və onun Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermək istəməməsindən xəbər verir. Rusiya üçün Ermənistan Cənubi Qafqazda müttəfiq və Aİİ-də tərəfdaş kimi mühüm geosiyasi rol oynayır.

“Rusiya Ermənistana təzyiq göstərəcək, ondan “eyni vaxtda iki kresloya əyləşmək” deyil, geosiyasi oriyentasiyası ilə bağlı qərar verməsini tələb edəcək, eyni zamanda Ermənistan cəmiyyətini Aİİ və KTMT-yə üzvlüyün üstünlüklərinə inandırmağa çalışacaq, onları Aİ ilə yaxınlaşmanın potensial itkiləri ilə müqayisə edəcək.

Ümumiyyətlə, Kremlin siyasəti Ermənistanı öz təsir dairəsində saxlamaq, onun qərb istiqamətinə getməsinin qarşısını almaq və Rusiyanın Cənubi Qafqaz regionunda mövqelərini gücləndirmək məqsədi daşıyır. Paşinyanın Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya gəlmək qərarı müəyyən nikbinlik yaradır. Burada Ermənistanın xarici siyasət oriyentasiyasının dəyişməsi istiqamətində konkret addımların atılmasını gözləmək lazımdır. Paşinyanın Moskvaya səfəri dialoq və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün fürsətdir. Ümid edək ki, bundan qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və qarşılıqlı faydalı həllərin tapılması üçün istifadə olunacaq”, - deyə A.Tixanski yekunlaşdırıb.

“Soxnut” Ümumdünya Yəhudi Agentliyinin fəxri səfiri, israilli politoloq və jurnalist, Cənubi Qafqaz üzrə ekspert Roman Quryeviç hesab edir ki, Ermənistanın hərəkətləri açıq və daimi xəyanət siyasətidir.

“Tarixən Ermənistan həmişə özü üçün müttəfiq seçib, lakin onun fikrincə, bu müttəfiqin mövqeyi zəifləyən kimi dərhal onun rəqiblərinə, hətta bəzən birbaşa düşmənlərinə doğru yönləndirilib.

Onun sərhədlərini RF sərhədçiləri qoruyur, Ermənistanda Rusiya hərbi bazaları var və bu ölkənin əksər silahları, köhnəlmiş də olsa, əsasən Sovet və Rusiya istehsalıdır. Ermənistan əvvəllər ifrat sədaqət nümayiş etdirdi, sözün əsl mənasında, hər yolla öz Rusiyanı razı salmağa çalışdı.

Ukraynada münaqişənin başlaması ilə vəziyyət dəyişdi. Ermənistan Avropa İttifaqının və Bayden administrasiyasının vədlərinə uyaraq Rusiyadan açıq şəkildə uzaqlaşmağa başlayıb. Fransadan silahlar gəlməyə başladı, Qərb hərbi mütəxəssisləri gəlməyə başladı, NATO və ABŞ ilə birgə təlimlər başladı.

Bütün bunlar Rusiyanın zəiflədiyi və artıq nəzərə alına bilməyəcəyi görüntüsü fonunda baş verdi. Amma bu, böyük yanlış fikirdir. Rusiya dünya səhnəsində ciddi maraqları olan fövqəldövlətdir. Onun roluna məhəl qoymamaq strateji səhvdir. Düşünmürəm ki, Ermənistanın bu cür hərəkətləri nəticəsiz qalacaq və Rusiya tərəfi bunu belə bağışlamağa hazırdır.

Amerika uzaqdadır, amma Rusiya yaxındadır. Ermənistan Baydendən aldığı dəstək kimi Trampdan da alacağına ümidlənməməlidir. Əksinə, ABŞ-ın Azərbaycanla əlaqələrinin güclənəcəyini gözləmək olar. Ermənistanla isə əksinə, münasibətlər daha da mürəkkəbləşəcək. Qərbin dəstəkləyəcəyinə əmin olan Ukraynanın taleyinə nəzər salsaq, bunun nəyə gətirib çıxardığını görərik. Ölkə qan içindədir.

Ona görə də əminliklə deyə bilərəm ki, Rusiya ilə mübahisə etmək Ermənistanın maraqlarına uyğun deyil. Siyasətdə müdriklik və ardıcıllıq vacibdir, öz ölkəsi üçün faciəyə çevrilə biləcək ani qərarlar deyil”- deyə R. Quryeviç bildirib.

Tərcümə - Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri