Icma.az
close
up
RU
Ermənistanın mina terroru: Azad edilmiş ərazilər tez bir zamanda təhlükəsiz hala gələcək

Ermənistanın mina terroru: Azad edilmiş ərazilər tez bir zamanda təhlükəsiz hala gələcək

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanın azad edilmiş ərazilərində hələ də ən böyük problem minalarla bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

Məlumdur ki, ölkəmiz minalarla mübarizə istiqamətində ciddi tədbirlər görür. Ermənistanın işğalı zamanı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində geniş miqyasda mina və partlamamış hərbi sursatlar yerləşdirilib. Müharibədən sonra ərazilərin minalardan təmizlənməsi ölkənin prioritet məsələlərindən biri olub. Mina təhlükəsi bölgəyə qayıdış prosesini ləngidir, kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsinə mane olur.

Hazırda Azərbaycan hökuməti minaların təmizlənməsi tədbirlərini hansı istiqamətdə davam etdirir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən general-leytenant Yaşar Aydəmirov bildirib ki, bu sahədə ən böyük yük Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin üzərinə düşür:

"Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi üzrə keçirilən “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bu məsələyə toxunaraq bildirib ki, mina problemi ölkə üçün hələ də əsas çağırışlardan biridir. Azərbaycan hökuməti minaların təmizlənməsi istiqamətində ciddi tədbirlər görür. ANAMA və aidiyyəti dövlət qurumları, o cümlədən, Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində genişmiqyaslı minatəmizləmə əməliyyatları aparır. Bununla yanaşı, dövlət tərəfindən minatəmizləmə sahəsinə daha çox vəsait ayrılır, yeni texnologiyalar tətbiq olunur və beynəlxalq təcrübədən istifadə edilir".

Yaşar Aydəmirov, general-leytenant

Generalın sözlərinə görə, Ermənistan tərəfinin mina terroru dünya ictimaiyyətinə bəllidir. Onların bu qəsbkar addımı həm müharibə, həm də post-müharibə dövründə Azərbaycan xalqına ciddi ziyan verib:

"Azərbaycanın azad edilmiş ərazilərində minaya düşmə halları mütəmadi olaraq baş verir. 2020-ci ilin noyabrından etibarən minaların partlaması nəticəsində yüzlərlə hərbçi və mülki şəxs həlak olub və yaralanıb. Bu, mina probleminin nə qədər təhlükəli olduğunu bir daha sübut edir. Həmçinin, Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışını təmin etmək üçün ciddi tədbirlər görür. Lakin mina təhlükəsi bu prosesin sürətini ləngidir. Minatəmizləmə işləri tamamlanmadan bölgələrdə yaşayışın bərpası çətinləşir”.

Müsahibimiz qeyd edib ki, minaların yaratdığı təhlükə təkcə yaşayış məntəqələri ilə məhdudlaşmır. Kənd təsərrüfatı sahələrinin böyük hissəsi minalanmış vəziyyətdədir. Bu, regionda iqtisadi fəaliyyətin bərpasını çətinləşdirir:

“Eyni zamanda, yolların, elektrik və su təchizatı sistemlərinin qurulması üçün də minatəmizləmə işlərinin aparılması vacibdir. Ümumiyyətlə, Ağdam ərazisindən başlayaraq Kiçik Qafqaz sıra dağları ərazisinə qədər mina təhlükəsizliyi ilə bağlı ciddi işlər görülməlidir, proseslər isə öz axarında davam edir".

Y.Aydəmir bildirib ki, Azərbaycan hökuməti minatəmizləmə işlərini sürətləndirmək üçün daha çox vəsait ayırmağı planlaşdırır:

"Bu illər ərzində ANAMA-nın texniki imkanlarının genişləndirilməsi və yeni minatəmizləmə avadanlıqlarının alınması nəzərdə tutulur. Qeyd edim ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müasir texnologiyaların tətbiqi artırılacaq. Minatəmizləmə işlərinə daha çox peşəkar mütəxəssislərin cəlb edilməsi üçün xüsusi təlim proqramları təşkil ediləcək. Əhalinin mina təhlükəsindən qorunması məqsədilə maarifləndirmə kampaniyaları genişləndiriləcək, Azərbaycan Ermənistanın mina terroru ilə bağlı beynəlxalq təşkilatlarda hüquqi addımlar atmağı davam etdirəcək. Azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrasını sürətləndirmək üçün təhlükəsiz zonaların yaradılması da mühüm addımdır. Ümumi məqsəd ən tez zamanda azad edilmiş əraziləri tam təhlükəsiz hala gətirmək və dayanıqlı inkişafı təmin etməkdir".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Yanvar 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri