Icma.az
close
up
RU
Ermənistanın silahlanması Azərbaycanla sülh müqaviləsi gündəminə zərbə vura bilər

Ermənistanın silahlanması Azərbaycanla sülh müqaviləsi gündəminə zərbə vura bilər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan Müdafiə naziri Suren Papikyan bildirib ki, Ermənistan müdafiə münasibətlərinin şaxələndirilməsi prosesini başa çatdırıb və yalnız yeni nəsil silahlar əldə edir. "2022-ci il müdafiə münasibətlərimizi şaxələndirmək qərarına gəldiyimiz il oldu. Bu, həm konkret münasibətlərə, həm də silah və hərbi texnikanın alınmasına aiddir. Biz yalnız yeni nəsil silahlar əldə edirik", - deyə Papikyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, "problem aradan qaldırılıb, şaxələndirmə əldə edilib". Eyni zamanda, Papikyan bildirib ki, bu, Ermənistanı militarizasiya etməkdən getmir. "Ölkəmizin müdafiə qabiliyyətini artırmaq üçün hər şey edilir. Ermənistan ordusundan və silahlarından yalnız ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün istifadə edəcək. Silahlı qüvvələrimizdən Ermənistan sərhədlərindən kənarda istifadə etmək niyyətimiz yoxdur", - deyə o qeyd edib. Nazir həmçinin bildirib ki, Ermənistan öz hərbi sənayesini fəal şəkildə inkişaf etdirir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info8 xəbər portalına açıqlamasında bildirib ki, hər hansı bir ölkənin silahlanması, xüsusən Suren Papikyanın ifadə etdiyi kimi, yeni nəsil silahlarla silahlanmasının iki mənası ola bilər: "Ya bu ölkə kənardan təhdidlərə özünü müdafiə etməyə çalışır, ona görə həmin ölkə müdafiə silahları daha çox alır, ya da bu ölkə müharibə etməyə hazırlaşır. Hansısa ölkəyə qarşı işğalçılıq siyasəti həyata keçirməyə çalışır. Belə olanda həmin ölkə daha çox hücum silahları alır".

Hikmət Babaoğlu

Deputatın fikrincə, hazırda Ermənistanda, iki vəziyyətdən biridir: "Ya Ermənistan yeni revanşist müharibəyə hazırlaşır, ya da kənardan təhdid hiss edir. Kənardan təhdid mənbəyi kimi gördüyü Azərbaycanın müharibə etmək kimi bir fikri yoxdur. Çünki Ermənistanın ən zəif vaxtında belə Azərbaycan Ermənistana hücum etmədi. Kənardan təhdid olmadığına görə Ermənistanın silahlanmasının bir mənası yoxdur. Əslində, silahlanmamalıdır.

Belə olan halda ikinci variantı nəzərdən keçirək. Deməli, Ermənistan mövcud reallığı qəbul etmir, yenidən revanşist müharibəyə hazırlaşır. Ona görə də ən müasir yeni nəsil silahlar alır. Məntiqi nəticə ondan ibarətdir ki, hazırda Ermənistan sülhü deyil, müharibəni daha çox üstün tutur. Əks təqdirdə, iki ölkə arasında Amerika Birləşmiş Ştatlarında paraflanmış sülh layihəsi sənədindən sonra Paşinyanın komandasının ən sadiq üzvlərindən biri olan Papikyan müharibəyə hazırlıqla bağlı bəyanat verməzdi. Demək ki, Ermənistan paraflanmış sənədi və onun müddəalarını şübhə altına alır. Azərbaycan faktiki olaraq Ermənistanın quru nəqliyyat blokadasından çıxarıb, Azərbaycan üzərindən Ermənistana yüklər daşınır. Ona görə də bu cür açıqlamalar məhz indiki vaxtda edilirsə, bu, əlbəttə ki, sülh gündəminə həm də zərbə vurmuş bir açıqlamadır. Ermənistan doğrudan da sülhəmi hazırlaşır, yoxsa müharibəyəmi? Ermənistan bir daha mövqeyini dəqiqləşdirməlidir".

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Oktyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri