Icma.az
close
up
RU
Ermənistanın yalnız konstitusiyanı dəyişməsi KİFAYƏT ETMİR

Ermənistanın yalnız konstitusiyanı dəyişməsi KİFAYƏT ETMİR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb. “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” adlı saziş preambula və 17 maddədən ibarətdir.

Bir müddət əvvəl sazişin preambula və 15 maddəsinin razılaşdırıldığı, yerdə qalan 2 maddə üzrə danışıqların davam etdiyi açıqlanmışdı. Sözügedən maddələr sərhəddən üçüncü ölkələrə məxsus qüvvələrin çıxarılması və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsi ilə bağlıdır. Artıq hər iki tərəf maddələri razılaşdırıb.

Ancaq sülh sazişi hələ də imzalanmağa hazır deyiıl. Çünki sülh sazişinin daha dayanıqlı olması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməli, öhdəlik götürməlidir. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaları aradan qaldırmalıdır.

Bakı hesab edir ki, Ermənistanın hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının qalması, iki ölkə arasında normallaşma prosesinə ciddi maneə törədir.

Ermənistanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, əsas qanunda istinad edilən Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də keçmiş Ali Sovetin birinci sessiyasında qəbul edilib. 12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

1990-cı ildə qəbul edilən sənəd Türkiyə və Azərbaycanı düşmən kimi görən siyasi ideologiyanın məhsuludur. Elə bunun nəticəsidir ki, bəyannamədə təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Belə ki, bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. “Qərbi Ermənistan” dedikdə isə ermənilər Türkiyə Respublikasının şərqində yerləşən 6 vilayəti (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) nəzərdə tuturlar. Yəni “Qərbi Ermənistan” dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə torpaqlarıdır.

Modern.az xatırladır ki, Ermənistanın yalnız Konstitusiyasında deyil, digər qanunvericilik aktlarında da Azərbaycana qarşı iddialar yer alır. Onlardan bir neçəsini təqdim edirik:

- Ermənistanın "Xarici Siyasət Konsepsiyası" (2007, son dəyişikliklər 2020)

Bu sənəddə Ermənistanın Qarabağa yönəlik siyasətinin əsas istiqamətləri müəyyən edilir.Sənədin bəzi hissələrində "Dağlıq Qarabağın erməni xalqının öz müqəddəratını təyin etməsi hüququ" kimi ifadələr yer alır ki, bu da Azərbaycanın ərazi bütövlüyünə ziddir.

-  Ermənistanın "Vətəndaşlıq haqqında Qanunu" (1995, son dəyişikliklər 2020)

Bu qanun Ermənistan vətəndaşlığının verilməsi prosesini tənzimləyir və Qarabağda yaşamış ermənilərin Ermənistan vətəndaşlığı almaq hüququnu təsdiqləyir. Qanunda açıq şəkildə göstərilir ki, Qarabağda doğulmuş və ya burada yaşayan ermənilər avtomatik olaraq Ermənistan vətəndaşı sayıla bilər.

- "Diaspora və Erməni Soyqırımı haqqında Qanun" (2007)

Ermənistan hökuməti xaricdə yaşayan ermənilərin "tarixi torpaqlara qayıtmaq hüququ" olduğunu vurğulayır ki, bu da dolayısı ilə ərazi iddialarına haqq qazandırır.

-  "Administrativ-Territorial Bölgü Haqqında Qanun" (1995, son dəyişikliklər 2019)

Bu qanunda Ermənistanın inzibati ərazi bölgüsü müəyyən edilir. Lakin bəzi rəsmi sənədlərdə Azərbaycanın Qarabağ bölgəsinə qeyri-rəsmi şəkildə istinadlar edilir.

Beləliklə, Bakı təkidlə tələb edir ki, yalnız konstitusiyada deyil, digər qanunvericilik aktlarında da ərazi iddiaları aradan qaldırılmalıdır. Mövcud qanunvericiliyə görə, Ermənistan konstitusiyası yalnız referendumla dəyişdirilə bilər, ancaq digər qanunların dəyişməsi üçün parlament səsvermə keçirmək kifayətdir. Belə olan halda Ermənistan sülhə addım atmaq üçün nəyi gözləyir…

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see261

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see211

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see154

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see146

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see137

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see137

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see137

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see136

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see135

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see132

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see129

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see126

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see126

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see126

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see125

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri