ErmənistanTürkiyə sərhədində iki ölkənin bir sıra qurumları görüş keçirib
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra qurumlarının nümayəndələri arasında görüş baş tutub.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan bildirib.
Görüş zamanı Ahurik-Akyaka dəmir yolu üzərindəki sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasına imkan verəcək texniki ehtiyaclar qiymətləndirilib. Görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi vurğulanıb.

