Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırdı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrə İraqda səfirliklərinin açılması ilə bağlı çağırış edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad əs-Salihi Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında çıxışı zamanı danışıb.
O qeyd edib ki, İraqın TDT-də müşahidəçi üzv kimi iştirakı da vacibdir:
"Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT üzvlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də Azərbaycan kimi Bağdadda səfirlik açın".
Mərahim Nəsib

Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırdı
07 Dekabr 2024 18:02
Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırıb
07 Dekabr 2024 12:20
Rəsmi Bakı bizə dəstək oldu, digər türk dövlətlərini də... Ərşad Salehi
07 Dekabr 2024 12:16
Türkün dostu türkdür Ərşad Salehi
08 Dekabr 2024 22:22
