Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırıb
Icma.az, Report.az saytına istinadən bildirir.
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrə İraqda səfirliklərinin açılması ilə bağlı çağırış edilib.
“Report” xəbər verir ki, bu haqda İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Salehi Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı danışıb.
O qeyd edib ki, İraqın TDT-də müşahidəçi üzv kimi iştirakı da vacibdir:
“Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT dövlətlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də Azərbaycan kimi Bağdadda səfirlik açın”.
MƏLUMAT YENİLƏNİR...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















