Icma.az
close
up
RU
“Əsas məsələ tələbələri maraqlandırmaqdır“ Universitetlərdə dərs müddəti azaldılmalıdır?

“Əsas məsələ tələbələri maraqlandırmaqdır“ Universitetlərdə dərs müddəti azaldılmalıdır?

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Universitet tələbələrinin bir qismi 90 dəqiqəlik akademik dərs saatının 60 dəqiqəyə endirilməsinin tərəfdarıdırlar. Tələbələrin bu istəyinə qoşulan müəllimlər də az deyil. Onların fikrincə, dərsin ilk yarım və ya bir saatından sonra tələbələrin diqqəti azalır və onlar müəllimi effektiv şəkildə dinləyə bilmirlər. Nəticədə yorğunluq və diqqət dağınıqlığı, informasiya itkisi tədrisin keyfiyyətinə mənfi təsir göstərir. "Mühazirə dərsləri 80, seminar və praktika dərsləri isə 60 dəqiqə təşkil edilə bilər", - kimi təkliflər səslənir.

Ancaq bu keçidə hələ hazır olmadığımızı, keçid üçün ciddi araşdırmalara və müzakirələrə ehtiyac olduğunu söyləyənlər də var.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Tələsməməli və işin asanına qaçmamalıyıq"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, bu cür qərarlar qəbul edərkən ciddi düşünmək lazımdır: "Çünki belə qərarların qəbulu bəzi problemlər də yarada bilir. Ona görə biz maksimal dərəcədə tələsməməli və işin asanına qaçmamalıyıq. Son vaxtlar tendensiya odur ki, hər şey asanlaşsın. Universitetlərə qəbul daha asanlaşdırılsın, dərs saatları daha da azaldılsın və s. Mən düşünürəm ki, bu, gələcəkdə bizə yaxşı heç nə vəd etmir. Özüm də universitetdə dərs deyirəm və 90 dəqiqəni çox hesab etmirəm".

Tədris sistemində islahatlar haqqında düşünməliyik

"Məlumdur ki, insanlar hər hansı bir işə ortalama bir saatdan çox diqqətlə fokuslanmaqda çətinlik çəkirlər. Amma Azərbaycan ali məktəblərində mövcud olan 95 dəqiqə (45 dərs + 5 dəqiqə + 45 dərs) elə də pis deyil", - deyə Kembric Universitetinin professoru Qərib Mürşüdov bildirir. Onun fikrincə, dərsin müddətini azaltmaq üçün tədris sistemində ciddi islahatlar lazımdır: "Məsələn, tədris və tədqiqat inteqrasiya ola bilər. Bu, həm keyfiyyətli dərslərin verilməsinə, həm də sənayedə lazım olan mütəxəssislərin hazırlanmasına kömək edər. Mövcud sistemi bir az dəyişdirərək ümumilikdə yaxşı nəticə almaq çətin olacaq". Professor yaşadığı ölkənin təcrübəsindən danışaraq bildirir ki, İngiltərə universitetlərində bir və ikisaatlıq mühazirələr olur: "İkisaatlıq mühazirə olanda ortada tənəffüs var. Əslində dərslər 50 və ya 45+10+45 olur. Bu, dərsdən asılıdır və müddət dəyişə bilər. Qeyri-adi hallarda, qonaq mühazirəçi olsa, mühazirə tənəffüslə iki saatdan çox da ola bilər. Praktika və məşğələlərlə birlikdə dərsin üç saat da davam etməsi mümkündür. Əsas məqsəd dərslərin uzunluğu yox, tələbələrin öyrənməsidir. Daha yaxşı olardı ki, bizdə təhsilin təşkili və təhsillə sənaye arasında əlaqələr müzakirə olunsun".

"Əsas məsələ dərsin deyilmə tərzidir"

Azərbaycan Tibb Universitetinin professoru, həkim-cərrah Adil Qeybullanın fikrincə, Türkiyə modeli bizim üçün ən optimal ola bilər: "Amma bir şeyi nəzərə almaq lazımdır ki, dərsin deyilmə metodikası var: istər 90 dəqiqə olsun, istər 60 dəqiqə. Əsas məsələ dərsin deyilmə tərzi - tələbələri maraqlandırmaqdır. Dərs elə deyilər ki, tələbə auditoriyada yuxulaya bilər, və ya dərs elə deyilər ki, tələbələrdə maraq oyatsın və vaxtın necə keçib getməsi unudulsun. Bundan da çox şey asılıdır".

"Yeni nəslin bir şeyə diqqəti fokuslama dəqiqəsi azalıb"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Xalidə Həmidova bildirir ki, vaxtilə dərslər mühazirə, seminar, fərdi məşğələ kimi bölünüb, amma tədricən fərqli məzmun yaranır: "Tələbə saatlar və ya saatlara uyğun kreditlər toplamalıdır. Artıq biz beynəlxalq səviyyədə kreditlər toplamağın fərqli, alternativ yollarını görürük. Bizdə standart dərs modelləri olduğu və bütün universitet şəraitimiz bu şəkildə qurulduğu üçün hələ də prosesi ənənəvi modeldə davam etdirməyə məcbur oluruq". X.Həmidova hesab edir ki, tədris prosesini təşkil etmək üçün mühit vacib rol oynayır:

"Bu mühitin tələbəyə təsiri, həmçinin müəllimin 90 və ya 60 dəqiqəni necə doldurması vacib amildir. Mühitin və dərs metodikasının düzgün qurulması, dərsin nə qədər çəkməsinin o qədər də əhəmiyyətli olmamasını təmin edə bilər". X.Həmidovanın fikrincə, hazırkı tələbələrin psixoloji durumu baxımından da bu təkliflər araşdırılmalıdır: "Əlbəttə, yetişməkdə olan uşaqları təhlil edəndə görürük ki, yeni nəslin dərsdə oturma, bir şeyə diqqəti fokuslama dəqiqəsi azalıb. Lazım olan materialları toplaya biləcək fərqli obyektlər olduğu üçün həyatları rəngarəngdir. Bu baxımdan, onların 90 dəqiqə bir yerdə qalmaları problem yaradır. Məlumat obyektləri sürətlə dəyişir. Bu dəyişiklik auditorial saatın formal təhsil sistemindən qeyri-formal təhsil sisteminə sürətli keçidinə gətirib çıxaracaq". X.Həmidovanın fikrincə, fənn və peşəyə uyğun da dərs dəqiqələri dəyişə bilər: "Fikrimcə, prosesdə saatın azaldılması və daha da aktivləşdirilməsi məqsədəuyğun olardı. Dərsin vaxt baxımından tənzimlənməsi, diqqət və idrak yükü, dərs saatlarının mənfi təsiri, beynəlxalq təcrübə nəzərə alınmalıdır. 60 dəqiqəlik dərs təklifinin üstünlükləri düşünülməli və ölkə üzrə optimal nəticənin necə olacağı araşdırılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Mart 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri