Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Əsaslı təmirdən çıxan məktəbdə nələr dəyişib? FOTO

Əsaslı təmirdən çıxan məktəbdə nələr dəyişib? FOTO

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Yay tətilinin iki ayını artıq geridə qoymuşuq. Bir aydan sonra ümumtəhsil,  ali və orta ixtisas təhsili müəssisələrində ilk zəng çalınacaq. Səhər saatlarından etibarən əlləri çiçəkli birincilər valideynləri ilə məktəbə üz tutacaq, zəng, şagird səsi ilə təhsil ocaqları yenidən canlanacaq, sinif otaqları işıqlanacaq.

Bəs görəsən ümumtəhsil müəssisələri yeni tədris ilinə necə hazırlaşır? Xüsusilə yeni tikilən və əsaslı təmir olunan məktəblər şagirdlərini ağuşuna almağa hazırdır? Şagirdləri bu məktəblərdə hansı yeniliklər gözləyir?

Redaktor.az xəbər verir ki, “Azərbaycan müəllimi” bütün bu suallara cavab tapmaq məqsədilə 2 il davam edən əsaslı təmirdən sonra 2026-2027-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulan Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbə yollanıb.. 

Məktəbin darvazasından həyətinə daxil oluruq və gözümüzün önündə müasir, yenicə təmirdən çıxmış orta ümumtəhsil müəssisəsini görürük. Təhsil ocağının girişinə aparan pilləkənlərə yaxınlaşırıq və ilk gözümüzə sataşan  əlil arabasından istifadə edən şagirdlər üçün quraşdırılan pandusa diqqət yetiririk. Bu, məktəbdə inklüziv sinfin mövcudluğundan xəbər verir.

Ümumtəhsil müəssisəsinin bəyaz,geniş, işıqlı dəhlizini görmək gözləri və qəlbi sevindirirdi. Dəhlizdə əllərində kabel və naqillərlə gəzən ustaları görüb hələ işlərinin tam yekunlaşmadığını təxmin edirik. Ustalardan məktəbdə davam edən işlər barədə soruşuruq. Bildirirlər ki, məktəbin elektrikləşdirilməsi, kabel çəkilməsi prosesi bitmək üzrədir və kosmetik təmir işləri gedir. Bu zaman dəhlizdə otaqların birindən 3 qadının çıxdığını görüb onlara yaxınlaşırıq. Məlum olur ki, onların üçü də direktor müavinidir.

İki korpusdan ibarət tədris ocağının birinci mərtəbəsini gəzməyə başlayırıq və ilk daxil olduğumuz texnologiya kabineti olur. Otaq, demək olar ki, hazır vəziyyətdədir. Partalar, zəruri mebel və avadanlıqlar yerləşdirilsə də məlumat verilir ki, bu hələ hamısı deyil. Birinci mərtəbədə yerləşən və ən müasir tələblərə cavab verən sinif otaqlarına, məktəbəhazırlıq qrupu üçün nəzərdə tutulan otağa, yeməkxanaya, idman zalına, eləcə də sanitar qovşağa baxış keçiririk. Bu zaman dəhlizdəki arxa girişdən məktəb direktorunun həyətyanı sahədə işləyən ustalara nəzarət etdiyini və tapşırıqlar verdiyini görürük. Yaxınlaşıb görülən işlərlə tanış oluruq. Qeyd olunur ki, hazırda məktəbin arxa həyətyanı sahəsinin asfaltlamasına  başlanılır. 

“Bütün işlərin avqustun sonuna qədər bitirilməsi nəzərdə tutulur”

Tikinti briqadiri Şahlar Qocayev diqqətə çatdırır ki, köhnə məktəb 2 il öncə dam örtüyündən tutmuş döşəməyə qədər sökülüb və ancaq kubik divarları – hörgüsü qalmışdı: “2024-cü ilin aprel ayından məktəbdə əsaslı təmir işlərinin görülməsinə başlanıldı.Belə ki, fasad yenilənib,yeni qazanxana tikilib, 2 su anbarı quraşdırılıb, santexnika işləri görülüb. Qapılar, pəncərələr, döşəmə dəyişdirilib, aqlay, rəngləmə işləri həyata keçirilib.

Məktəbin stadionu yenidən tikilib, dam örtüyü öncə betonlanıb, montajlanaraq dəyişdirilib. Elektrik avadanlıqları, ana xətləri tamamilə yenilənib, məktəbin çöl hissəsi işıqlandırılıb. İnternet xətləri qoyulub. Yeni su sistemi, kanalizasiya xətti çəkilib. Hazırda layihə üzrə tamamlama işləri gedir. Bütün işlərin avqustun  sonuna qədər bitirilməsi nəzərdə tutulur”.

“Yeni tədris ilində daha keyfiyyətli, uğurlu nəticələrlə təhsilimizin inkişafına töhfə verəcəyik”

Məktəbin direktoru Qədir Mikayılovla korpusun yuxarı mərtəbələrinə qalxırıq. Direktor rəhbərlik etdiyi təhsil müəssisəsi ilə bağlı bizə məlumat verir. Öyrənirik ki, məktəb 1971-ci ildə tikilib və layihə üzrə 1176 şagird yerlik nəzərdə tutulub. Hazırda məktəbdə 1938 şagirdin təlim-tərbiyəsi ilə 126 müəllim məşğul olur. Təhsil müəssisəsində 38 sinif otağı mövcuddur. Sinif komplektinin sayı isə 78-dir. Onlardan 62-si Azərbaycan, 16-sı rus bölməsidir.

"Şagirdlərimizin ali məktəblərə qəbulu ötən il 82 faiz təşkil edib.Bu ilin nəticələrinin daha yüksək olacağına ümidvarıq. Buraxılış imtahanlarında şagirdlərimiz Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə uğur əldə ediblər. 14 məzunumuz 600-dən yuxarı bal toplayıb. Yeni tədris ilində daha keyfiyyətli, uğurlu nəticələrlə təhsilimizin inkişafına töhfə verəcəyik”.

Məktəbdə aparılan təmir-tikinti işləri barədə də bizə geniş məlumat verən direktor qeyd edir ki, təhsil ocağı Elm və Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir olunur: “Məktəbimizdə əvvəllər məktəbəhazırlıq qrupu olmayıb. İndi isə çox gözəl məktəbəhazırlıq otağı hazırlanıb və balacaların  yolunu gözləyir. Ən müasir tələblərə cavab verən akt zalı, elektronlaşmış kitabxana, müəllimlər, psixoloq və tibbi heyət üçün  otaqlar, biologiya, fizika, kimya laboratoriyaları, gənclərin çağırışaqədər hazırlığı, texnologiya, “Rəqəmsal bacarıqlar” kabinetləri yaradılıb.

Parta və avadanlıqların bir hissəsi gətirilib, digər hissəsi ilə isə sentyabrın 15-nə qədər təmin olunacağıq. Bütün otaqlar işıqlandırılıb, internet xətti çəkilib.Məktəbin su problemi həll olunub. Məktəbimizdə 2020-ci ildən inklüziv sinif fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün ayrıca sanitar qovşaq istifadəyə verilib”.  

“Bu gözəl şərait üzərimizə daha böyük məsuliyyət qoyur”

21 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Sənəm Məmmədova məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı təəssüratlarını bizimlə bölüşərək bildirir ki, yeni tədris ilindən büsbütün yenilənən təhsil ocağında fəaliyyət göstərəcəklər:

"Bu, müəllim və şagirdləri  sevindirir. İşıqlı, səliqəli və müasir standartlara uyğun təchiz olunmuş sinif otaqları şagirdlərimizin dərsə marağını və motivasiyasını artıracaq, müəllimlərimizin isə daha böyük həvəslə fəaliyyət göstərməsinə stimul verəcək. Sinif otaqlarından fənn kabinetlərinə, geniş dəhlizlərdən idman zalına qədər məktəbin hər bir guşəsi şagirdlərimizin rahatlığı, təhlükəsizliyi və keyfiyyətli təhsil almaları üçün  yüksək zövqlə yenilənib. Bu gözəl şərait bizə yalnız qürur hissi yaşatmır,eyni zamanda üzərimizə daha böyük məsuliyyət qoyur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Avqust 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri