Icma.az
close
up
RU
Əsəd rejimi süqut etdi, üsyançılar Dəməşqi ələ keçirdi BBC

Əsəd rejimi süqut etdi, üsyançılar Dəməşqi ələ keçirdi BBC

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Bu gecə Bəşər Əsədin təyyarəsi havaya qalxıb, sonra radarlardan itib, təyyarənin raket atəşinə tutulması barədə məlumatlar yayılıb..."

Bazar günü, dekabrın 8-nə keçən gecə silahlı müxalifət dəstələri Suriyanın paytaxtı Dəməşqi ələ keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Nəşr öz mənbələrinə istinadən yazır ki, "hərbi nöqteyi-nəzərdən Dəməşq ələ keçirilib". Suriya Müdafiə Nazirliyi hərbi qulluqçulara rejimin süqut etdiyini elan edib.

Səhər saatlarında "Həyat Təhrir əş-Şam" qüvvələri və silahlı müxalifət dəstələri ilk dəfə olaraq televiziya ilə müraciətində bu barədə elan edib. "Dəməşq Bəşər Əsəddən azad edilib. Bütün dünyada olan suriyalı qaçqınlara deyirik: azad Suriya sizi gözləyir", - onlar bəyan edib.

Dəməşq boyunca Əsəd ailəsinin portretləri çıxarılır, onların heykəlləri uçurulur. İnsanlar meydanlara çıxaraq "Azadlıq!" və "Allahu-Əkbər!" şüarları səsləndirir.

Suriyanın hazırkı baş naziri Məhəmməd Razi əl-Cəlali bəyan edib ki, ölkəni tərk etmək niyyətində deyil və "bundan sonra da dövlət işlərinin idarə edilməsinə dəstək verməyə" hazırdır.

"Biz xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlıq etməyə hazırıq. Biz dövlətini qoruyub saxlamaq istəyən və Suriyanın bütün suriyalılara məxsus olduğuna inanan hər bir vətəndaşına əlimizi uzadırıq".

O, Səudiuyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına məlumat verib ki, üsyançıların komandiri Əbu Məhəmməd əl-Culani ilə təmasda olub və "cari vəziyyətin idarə edilməsi məsələlərini" müzakirə edib.

Sosial şəbəkələrdə əl-Cəlalinin silahlı yaraqlıların müşayiəti ilə evindən çıxdığını əks etdirən video yayılıb. Qeyd edilir ki, o, hakimiyyəti silahlı müxalifətə ötürmək üçün otelə yollanır.

Bu gecə Bəşər Əsədin təyyarəsi havaya qalxıb, sonra radarlardan itib. Təyyarənin raket atəşinə tutulması barədə məlumatlar yayılıb. Şahidlər partlayış səsinin eşidildiyini deyir. Bu məlumat yoxlanılır.

İnsan haqları üzrə Suriya Observatoriyasının rəhbəri məlumat verib ki, onun mənbələrinə görə, Bəşər Əsəd Dəməşqdən hələ axşam saat 9-da özəl təyyarə ilə uçmalı olub.

Lakin onun kiçik qardaşı, ölkədə nüfuzuna görə ikinci şəxs olan Respubıika Qvardiyasının komandanı Mahir Əsəd uçuşdan imtina edib və paytaxtda binaların damında snayperləri yerləşdirməyi əmr edib.

Səhər saatlarında İsrail Müdafiə Ordusunun mətbuat xidməti baş verənlər fonunda və üsyançıların bufer zonaya daxil olması ehtimalı nəzərə alınaraq Suriya səhəddində əlavə bölmələrin yerləşdirilməsi barədə məlumat verib. Ordu bəyan edib ki, İsrail Suriyada baş verənlərə müdaxilə etmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri