Icma.az
close
up
RU
Əsərləri küçələrə atılan, fəhləlik eləyən sənətkar Heydər Əliyev onlara niyə gəlmişdi?

Əsərləri küçələrə atılan, fəhləlik eləyən sənətkar Heydər Əliyev onlara niyə gəlmişdi?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az görkəmli heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağıdı haqqında maraqlı faktları təqdim edir.

Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olub.

***

Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur.

***

Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb.

***

1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunub. Maddi problemlərə görə, məktəbi atmaq təhlükəsi yaranıb. Axırıncı sinifdə oxuyanda qəzetdə özünə iş tapıb. “Gənc işçi”yə, “Yeni yol”a plakatlar, karikaturalar çəkib.

***

Yataqxanada qalırmış, özü də prezident Heydər Əliyevin qardaşı Hüseynlə bir otaqda. Danışardı ki, otaqda çarpayımızı baş-başa qoymuşduq. O qədər darısqallıq idi ki, tərpənməyə imkan tapmırdıq. Hüseyn də çox imkansız idi. Yaxşı ki, o da “Kommunist” qəzetində işə düzəlmişdi.

***

Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirib. Oxuya-oxuya işləyib. Daş, sement daşıyıb ki, ehtiyac ucundan məktəbi yarımçıq qoymasın. Amma 3-cü kursdan sonra Bakıya qayıdıb. Bir günsə çəkdiyi plakatla müsabiqənin qalibi seçilib. Əsərin öz qiymətindən başqa 20 min rubl mükafat da alıb.

***

Evlənmək fikri yox imiş, deyərmiş ki, sənətkar azad olsa, yaxşıdı. 44 yaşına kimi fikrinin üstündə durub. Lakin sonradan Firəngiz xanımla ailə həyatı qurub.

Firəngiz xanım müsahibələrinin birində deyir:

“Mən Cəlalın tələbəsi olmuşam. Ona rast gələndə 15-16 yaşım vardı. Gözümdə dünyanın ən əlçatmaz adamı idi. O vaxt Cəlal Kirxada Sabirin heykəlini işləyirdi. Bacım da heykəltəraş idi. Məni emalatxanaya aparırdı ki, işləyəndən sonra palçıq heykəli sulayım, qurumasın. Cəlalın işlərinə baxıb fikirləşirdim ki, bu adam bunları necə yaradır? Vurğunluğum birinci onun sənətindən başladı. O isə mənə uşaq kimi baxırdı. Hələ bir dəfə qayıtdı ki, qızım, Sabirin heykəlini də sula. Hərdən bikarlıqdan mən də palçıqdan nəsə düzəldirdim. Demə, Cəlal mənə fikir verirmiş. Dedi, gəl, səni də rəssam eləyək. Başıma batdı, dərsə getməyə başladım. Məni öz sinfinə saldı. Get-gedə ailəmizlə də yaxınlaşdı. Kasıb idik deyə, bizə əl tuturdu. Bacıma çox kömək eləmişdi. İkinci kursda münasibətlərimiz dərinləşdi. Dərsdən çıxanda evə ötürürdü. Neçə dəfə mənə görə oğlanlarla dalaşmışdı ki, niyə ona baxırsız? Get-gedə ona sevgim yarandı. Əvvəl evli olduğunu bilirdim. 1960-cı ildə evləndik. Onda Cəlalın 46, mənimsə 20 yaşım vardı. Bir qızımız, bir oğlumuz oldu. Oğlumuz olanda daha çox sevinmişdi. Rəhmətlik uşaqları çox istəyərdi...”

Hətta evlərinə Heydər Əliyev də gəlib:

“Evimiz yox idi. Montindən emalatxana vermişdilər, elə orda da yaşayırdıq. Heç cür şərait, səliqə-sahman yarada bilmirdim. Hər yerdən toz-torpaq yağırdı. Cəlalda bir xasiyyət vardı, özünə görə heç kimə ağız açmazdı. Emalatxanaya bir adam gələn kimi paltar ipinə qədər yığışdırırdı ki, burda yaşadığımızı bilməsinlər. Bir dəfə emalatxanaya Heydər Əliyev gəlmişdi...

Nəriman Nərimanovun heykəli 10 iliydi ki, emalatxanada yatırdı. Deyirdilər ki, Kirovun heykəlindən böyük çıxıb. Heydər Əliyev gəldi, heykələ baxdı, bəyəndi. Dedi, ucaldılsın. Ev almağımızda da onun köməyi oldu. Amma emalatxanaya öyrəşdiyimizdən heç cür o evdə qala bilmirdik. Özü də səkkizinci mərtəbə. Mən birtəhər öyrəşdim. Cəlal o evdə heç qalmadı. Bazarlıq edirdi, birinci mərtəbəyə qoyurdu, düşüb götürürdüm. Həmişə deyirdi ki, uşaqlar bir gün ordan yıxılacaq. Evi ikinci mərtəbəyə dəyişəndən sonra da o, emalatxanada qaldı. Deyirdi, ev məni sıxır, həm də gecələr işləyirdi...”

***

Firəngiz xanımın dediklərinə görə, sənətkar yeyib-içməyi çox sevib. Hansısa işini bəyənən kimi dostlarını başına yığıb onlara qonaqlıq verərmiş:

“Axşam bizi restorana aparırdı. Kirxada işləyirdi. Kimsə Rəhim adlı rəssama qoyun gətiribmiş. O da qoyunu öz emalatxanasına salıb gedir. Qoyun bütün gecəni mələyir. Axırda Cəlal deyir ki, deyəsən, bu qoyunun kabab olmağı gəlib. Taxta hasardan aşıb qoyunu çıxardır. Kəsib kabab eləyir. Rəhimi də çağırır. İki kəlmədən bir soruşur ki, Rəhim, kabab xoşuna gəlir? Rəhim də deyir ki, əladı. Yeyib qurtarandan sonra sirri açır. Deyir, incimə, pulunu verəcəm. Sonra Rəhim də zarafata salıb qoyunun pulunu ondan üç dəfə alır. Hər dəfə maaş alanda Rəhim Cəlala deyirdi ki, sən qoyunun pulunu vermədin haa. O da pulu çıxarıb verirdi”.

***

Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış edib, müharibədən sonra insanların bədii obrazları üzərində işləyib. Heykəltaraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltaraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir. İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli (memar Ə.İsmayılov və Q.Əlizadə, 1958-ci il) Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. C.Qaryağdının monumental-dekorativ heykəltaraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli (1972), Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltaraşlığının qiymətli nümunələri sırasına daxildir.

***

Bakıda N.Nərimanovun, vaxtilə Lenin (indiki Azadlıq) meydanında qoyulmuş V.İ.Leninin heykəllərini də C.Qaryağdı yaratmışdı. Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.

***

1972-ci ildə Moskvada rəssamların qurultayı idi. Azərbaycandan bəzi rəssamlar təyyarəylə yola düşürlər. O, təyyarədən qorxduğuna görə onlara qoşulmur. Hamı gedəndən sonra öz maşını ilə yola düşür. Neçə gün dayanmadan yol gedir. Axır ki, özünü qurultaya çatdırır. Rəyasət heyəti səhnəyə çıxanda Tokay Məmmədov görür ki, Cəlal da burdadı, məətəl qalır. Heç kəs inanmır ki, Cəlal bu qədər yolu bu tezliklə gələ bilib. Amma iki ay əzələlərinin ağrısı onu incidib.

***

Bünyad Sərdarovun heykəlinə, təsadüfən, Bakının hansısa kəndində - maşın düzəldilən yerdə rast gəlib. Görüb ki, heykəli böyrü üstə bir küncə tullayıblar. Leninin heykəlini götürəndə də “ona baxa bilmərəm” - deyib. Heykəl bir müddət rəssamların kombinatının qarşısında atılıb qalıb. Sonra xırda-xırda doğrayıblar, ev tikənlər bir ucdan daşıyıb. Bu, keçmiş SSRİ məkanında Leninin ikinci yerə layiq görülüən heykəliydi. O vaxt həmin heykəli Sankt-Peterburqdan satın almaq istəyiblər. Azərbaycan hökuməti verməyib. “Natəvan” əsərisə keçmiş Şaumyan adına klubdan yoxa çıxıb. Oğru hələ də tapılmayıb.

***

Firəngiz xanım deyir ki, onlar hələ təzə evlənəndə Cəlal bəyin ürəyində mikroinfarkt yaranıb. Həmişə şüx gəzib, heç vaxt xəstəliyini büruzə verməyib. Sonuncu dəfə ailəsinə qonaqlıq verəndən sonra xəstələnib. Xəstəxanaya yerləşdirilib. 12 gün orda qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Böyük sənətkar 2001-ci ilin ilk günündə - 1 yanvarda fani dünyaya əbədi olaraq gözlərini yumub.

Qeyd: Materialda Səfurə Çərkəzqızının "Cəlal Qaryağdı:o adı daşıyınca" məqaləsindən istifadə olunub.

1-ci Uşaq Teatr Festivalı başlayır! "Şaxta Baba haradadır?" tamaşasının premyerası keçirildi Aynur Dadaşova: "Həyat yoldaşımın başqa qadınla danışığını eşitdim"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri