Icma.az
close
up
RU
Əsil kərə yağını necə ayırd etmək olar?

Əsil kərə yağını necə ayırd etmək olar?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlər ölkədə qida təhlükəsizliyi ilə bağlı narahatlıq yaradan məsələlərdən biri də bazarlarda kərə yağının saxtalaşdırılması hallarının artmasıdır.

Alıcıların güvənini sarsıdan bu hal xüsusilə kərə yağı adı altında bitki və qarışıq yağların satışa çıxarılması ilə özünü göstərir. Qida Təhlükəsizliyi Agentliyinin Bakı və bölgələrdə apardığı nəzarət tədbirləri isə problemin miqyasının düşündüyümüzdən daha geniş olduğunu göstərir.

Paytaxtın Səbail rayonunda yerləşən “İvanovka” ticarət obyektində keçirilən son yoxlama da bunun bariz nümunəsidir.Yoxlama zamanı satışda olan kərə yağlarından götürülmüş nümunələrin laborator nəticələri məhsulun tərkibində heyvani yağ əvəzinə bitki yağlarının istifadə olunduğunu üzə çıxarıb. 

Bundan əlavə, süd məhsullarının baytarlıq sənədlərinin, düzgün etiketlənmənin olmaması, kəsmikdə isə mikrobioloji uyğunsuzluq, enterotoksigen “E.coli” bakteriyasının aşkar edilməsi təhlükənin yalnız aldadıcı etiketlə məhdudlaşmadığını göstərir.

Agentlik tərəfindən məhsullar satışdan yığışdırılıb, obyektin fəaliyyəti ilə bağlı inzibati protokol tərtib edilib. Hazırda həm Bakıda, həm də İsmayıllının İvanovka kəndində bu məhsulların istehsal və satış zəncirinə daxil olan digər ünvanlarda da genişmiqyaslı yoxlamalar davam etdirilir.

Bəs kərə yağının saxta olub-olmadığını vətəndaş necə müəyyən edə bilər? Əsil kərə yağını necə ayırd etmək olar?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, bazarda kərə yağının saxtalaşdırılması, xüsusilə bitki yağları, palma yağı və marqarinlə qarışdırılması son illər ciddi şəkildə artıb:

“Bu səbəbdən istehlakçıların ən çox verdiyi sual kərə yağının saxta olub-olmadığını necə müəyyən etməyin yollarıdır. Əsl kərə yağını tanımaq üçün bir neçə praktik üsul mövcuddur. Otaq temperaturu testində əsl kərə yağı yumşalır, amma formasını qismən qoruyur, saxta yağ isə daha gec yumşalır, kənarları əvvəlcə əriməyə başlayır və bəzən səthində “su” damcıları görünür. 

Qoxu testində əsl kərə yağının təzə südlü-kremli qoxusu olur, lakin saxta yağlarda ya qoxu olmur, ya da marqarin və bitki yağına xas kəskin qoxu hiss edilir. Su testində 1 çay qaşığı kərə yağı qaynar suya atıldıqda əsl kərə yağı bir parça kimi əriyir və suyu bulanıq etmir, saxta yağ isə suyu saraldır, səthdə yağlı ləkələr yaradır və hissələrə ayrılır.

Ərimə testi də fərqi göstərir ki, əsl kərə yağı tavada əvvəl köpüklənir və tədricən rəng alır, saxta yağ isə çox az köpüklənir və kəskin bitki yağı qoxusu verir. Soyuducudan çıxarıldıqda da fərq aydın görünür, əsl kərə yağının rəngi bərabər sarı olur, saxta yağlarda isə çox vaxt tünd-sarı və ağ ləkələr müşahidə edilir”.

Ekspert qeyd edib ki, düzgün seçim etmək üçün alıcı bəzi məqamlara diqqət etməlidir:

“Etibarlı marka və istehsalçıdan alınmayan, etiketiz, kəsilmiş və “ev yağı” adı ilə satılan məhsullara güvənmək çətindir. Etiketdə süd yağı (minimum 82 %) və süd məhsulları – krem və qaymaq qeyd olunmalıdır. Saxtalaşdırılmış yağların tərkibində isə bitki yağı, palma yağı, emulqator, rəngləndirici və konservantlar olur.

İstehsal və son istifadə tarixi də mühüm məqamdır ki, rəngi dəyişmiş, donmuş və köhnə yağ risklidir. Burada qiymət də əsas göstəricidir, çünki kərə yağı real bazar dəyərindən xeyli ucuz ola bilməz”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri