Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

Dostu 6 bıçaq zərbəsi vurdu

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Tramp Harvarda 30 gün vaxt verdi

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

Əsl dövlət və xalq adamı

Əsl dövlət və xalq adamı

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çox hörmətli Artur müəllim!

İlk öncə Sizi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və uzun ömür arzulayıram.

Sizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinizə və dövlət qulluğunda müstəsna xidmətlərinizə görə Azərbaycan dövlətinin ən  Ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməyiniz uzun müddət Sizin rəhbərliyiniz altında işləmiş bir insan kimi məndə böyük  sevinc və qürur yaradır.

Bu Ali mükafatın şəxsən möhtərəm Prezidentimizin özü tərəfindən Sizə təqdim edilməsi Sizin Ulu Öndər Heydər Əliyev ideyalarına, dövlətimizin başçısına və dövlətçiliyimizə sadiq  olduğunuzun daha bir təsdiqidir.

Elə həmin gün Artur Rasi-Zadəyə zəng edərək təbriklərimi çatdırdım.

Uca ALLAH Prezidentimizi qorusun!

Qeyd etdiyim kimi, uzun müddət Sizin rəhbərliyiniz  altında çalışmış bir insan kimi bəzi fikirlərimi bölüşməyi özümə mənəvi borc bilirəm:

Siz Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli yetirmələrindən biri kimi yüksək peşəkarlıgınız, dərin bilikləriniz, yüksək təşkilatçılıq bacarığnız və prinsipiallığınız ilə həmişə fərqlənmisiniz. Buna görə də həm dahi Heydər Əliyev tərəfindən, həm də onun layiqli varisi cənab Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndilmisiniz. Bu xoşbəxtlik hər adama nəsib olmur, amma Siz Ulu Öndərimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ən etibarlı silahdaşı kimi  onların bu böyük etimadını qazanmış insansınız.

Sizin zəngin həyat yolunuz hamıya məlumdur. Fürsətdən istifadə edib gənc nəslə nümunə olan həyat yolunuzu bir daha xatırlatmaq istəyirəm. Qoy hamı bilsin ki:

Dövlət və ictimai xadim, ləyaqətli insan Artur Rasi-zadənin həyatı və fəaliyyəti  böyük  bir məktəbdir. Adi mühəndislikdən ölkənin Baş naziri vəzifəsinədək şərəfli yol keçmişdir. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ “AzİNMAŞ”-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.

1973–1975-ci illərdə “Azneftsənayemaş” birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə “AzİNMAŞ” Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur.

1978–1981-ci illərdə Azərbaycan SSRİ Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996–2003-cü illərdə Azərbaycan Respublikasının Baş naziri, 2003-cü ilin avqust–noyabr aylarında Azərbaycan Respublikası Baş nazirinın birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından 2018-ci il aprelin 21-dək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.

Bu təyinat Azərbaycanın müstəqilliyi dövründə Azərbaycan xalqı və hökuməti üçün ən layiqli təyinatlardan biri olmuşdur.

Ulu Öndər Heydər Əliyev Artur Rasi-zadəni həm də  peşəkar, bilikli, prinsipial mövqeyi olan bir insan kimi həmişə yüksək qiymətləndirmişdir. Bu prinsipial mövqe bütün məsələlərdə özünü göstərmiş, daim konkret nəticələr əldə olunmurşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Artur Rasi-zadənin 2003 - 2018-ci illərdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışması Azərbaycan iqtisadiyyatı, ordu quruculuğu, sənaye, kənd təsərrüfatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Artur Rasi-zadənin rəhbərliyi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirmişdir.  

Artur Rasi-zadənin fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmişdir.

20 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi‑zadəni Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif etdi. Həmin gün cənab prezident Artur Rasi-zadəni qəbul edərək ona “Heydər Əliyev” ordenini təqdim etdi.

Artur Rasi-zadə Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə “İstiqlal” ordeni (2005-ci il), Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə “Şərəf” ordeni (2010-cu il), Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə “Şöhrət” ordeni (2015-ci il), Belarusun “Xalqlar dostluğu” ordeni (2015-ci il),1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2020-ci il), “Heydər Əliyev” ordeni (2025-ci il), Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri legion” ordeni, SSRİ-nin “Şərəf nişanı” ordeni  ilə təltif edilmiş, SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Artur Rasi-zadə alicənab, olduqca sadə,  sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insandır. Ölkəsini, millətini, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliliyi sevən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimidir. Kadrların seçilməsi zamanı onların dövlətçiliyə sədaqətinə, biliyinə, peşəkarlığına və təcrübəsinə üstünlük verərdi. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatında çox münbit və sağlam  mühit yarada bilmişdi.

Artur Rasi-zadə həm də çox gözəl ailə başçısıdır. Yeganə qızı olan Nailə xanımı, kürəkəni-yaxın dostum, ziyalı ailəsində böyümüş, bir çox yüksək vəzifələrdə çalışmış Kamal Babayevi, nəvələri Tahir müəllimi və Rəna xanımı tanıyanlar onların necə səmimi, sadə, mehriban insan olduqlarını yaxşı bilirlər.

Artur Rasi-zadə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərini və ölkəmizdə olan 1 milyonadək qaçqın və məcburi köçkün problemini daim diqqət mərkəzində saxlayırdı. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edirdi.

  Yanında keçirilən çoxsaylı yüksək səviyyəli görüşlərdə iştirak edərkən onun nə qədər cəsarətli, prinsipial, xalqını, dövlətini sevdiyinin, əsl Azərbaycan vətəndaşı olmasının şahidi olmuşam. Tapşırmışdı ki, bir qayda olaraq, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə keçirilən bütün görüşlərdə Xocalı soyqırımını və xalqımıza qarşı erməni vandalizmini, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, videoyazılar və mümkün olan bütün sübutlar onlara nümayiş etdirilsin, təqdim olunsun.  O, ermənilərin, erməni ordusunun işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşilikləri, azərbaycanlılara verdikləri işgəncələri, doğma yurd-yuvalarından zorla köçürülmüş qaçqınların və didərgin düşmüş məcburi köçkünlərin acınacaqlı və dözülməz vəziyyətini qonaqların diqqətinə çatdırarkən çox qətiyyətlə bildirirdi ki, sülh danışıqları heç bir nəticə verməyəcək. Biz iqtisadi gücümüzü və ölkəmizin müdafiə potensialını gücləndirməklə öz torpaqlarımızı hərbi yolla işğaldan azad edəcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyik.             

Belə də oldu. 2016-cı ildə başlayan Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatları nəticəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na  uyğun olaraq işğaldan azad olunmuş bütün ərazilərdə hazırda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri sürətlə davam etdirilir, bütün infrastrukturu ilə birlikdə yeni şəhərlər və qəsəbələr salınır, artıq keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bunlar Artur Rasi-zadənin ən böyük arzularından idi. Nə yaxşı ki, 90 illik yubileyi ərəfəsində bu hadisələrin şahidi oldu

Artur Rasi-zadə 26 fevral doğum günündə Xocalı faciəsinə görə heç kimə onu həmin gün təbrik etməyə icazə verməzdi, Azərbaycan Respublikası Nazilər Kabineti Aparatının rəhbərliyi isə yalnız bir buket güllə onu təbrik edərdi.

Onu da qeyd edim ki, Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamlarına uyğun olaraq, mən 1993-cü il 17 iyun tarixdən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsində (şöbənin adında bir neçə dəfə dəyişiklik olunmuşdur) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışdım, 2001-ci il 27 iyun tarixdən isə Şöbə müdirinin vəzifəsi mənə  həvalə edildi. Artur Rasi-zadə 2004-cü il iyulun sonunda məni yanına dəvət etdi. Çox böyük səmimiyyətlə haqqımda və fəaliyyətimlə bağlı xoş sözlər dedi. Bildirdi ki, sənin şöbə müdiri vəzifəsinə təyin olunmağını möhtərəm cənab Prezident Heydər Əliyevlə razılaşdırmışam. 2004-cü il 2 avqust tarixdə məni Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin etdi. Mən həmin şöbədə işlədiyim müddət ərzində məcburi köçkünlərin  sosial, iqtisadi, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması  və  digər məsələləri ilə əlaqədar 400-dən çox normativ-hüquqi akt qəbul edilmiş, onların icrasının təmin olunması sahəsində aidiyyəti struktur bölmələri və dövlət orqanları (qurumları), habelə beynəlxalq təşkilatlarla birgə çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Artur Rasi-zadənin mənim irəli çəkilməyimdə xüsusi əməyi olmuş, onun rəhbərliyi altında Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatında ümumilikdə 22 ilin 17 ilini şöbə müdiri vəzifəsində çalışmışam. Onun təqdimatları ilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 965 nömrəli Sərəncamına əsasən mənə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi və 2013-cü il 24 iyun tarixli 2958 nömrəli Sərəncamına əsasən 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli 580 №-li Sərəncamına əsasən  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişəm.

Artur Rasi-zadə həmişə qeyd edir ki, mən Ulu Öndər Heydər Əliyevin şagirdiyəm. Mən də Artur Rasi-zadənin şagirdi olmağımdan daim qürur duyuram.

Fürsətdən istifadə edərək, mənim həyat və fəaliyyətimdə dəstəyi olan hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm.

Bütün bu yaxşılıqları heç vaxt unuda bilmərəm.

Bu məqaləmi ona görə yazdım ki, dövlət maraqlarının qorunmasında prinsipial mövqeyi, Ulu Öndərə və dövlətimizin başçısına möhkəm sadiqliyi, insanlara təmənnasız xeyirxahlığı və yaxşılığı ilə həmişə seçilən Artur Rasi-zadəni  gənc nəsil yaxından tanısın.

O, ləyaqətli İNSANDIR.

Çox dəyərli Artur müəllim, bir daha Sizi 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə həmişə sağlam olmağı, əzizləriniz və doğmalarınızla birgə uzun illər xoşbəxt ömür arzulayıram.

Qurban Sadıqov

Nazirlər Kabinetinin sektor müdiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see148

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see115

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri