Icma.az
close
up
RU
Əsl dövlət və xalq adamı

Əsl dövlət və xalq adamı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Görkəmli dövlət xadimi, ləyaqətli insan Artur Rasi-zadənin həyat və fəaliyyəti böyük bir məktəbdir. Adi mühəndislikdən ölkənin Baş naziri vəzifəsinədək şərəfli yol keçmişdir. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ “AzİNMAŞ”da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.

1973–1975-ci illərdə “Azneftsənayemaş” Birliyində baş mühəndis, 1975–1977-ci illərdə “İttifaqneftmaş” EİB rəisinin birinci müavini – baş mühəndis, 1977–1978-ci illərdə “AzİNMAŞ” Neft Maşınqayırması ETİ-nin direktoru olmuşdur.

1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə Azərbaycan KP Mərkəzi Komitəsində maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi, 1994-cü ildə “DEKA-B” şirkətində, 1994–1996-cı illərdə isə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifələrində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996–2003-cü illərdə Azərbaycan Respublikasının Baş naziri, 2003-cü ilin avqust–noyabr aylarında Azərbaycan Respublikası Baş nazirinın birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından 2018-ci il aprelin 21-dək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.

Ulu öndər Heydər Əliyev Artur Rasi-zadəni həm də peşəkar, bilikli, prinsipial mövqeyi olan bir insan kimi həmişə yüksək qiymətləndirmişdir. Bu prinsipial mövqe bütün məsələlərdə özünü göstərmiş, daim konkret nəticələr əldə olunmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Artur Rasi-zadənin 15 il Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışması ölkə iqtisadiyyatı, ordu quruculuğu, sənaye, kənd təsərrüfatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Artur Rasi-zadənin rəhbərliyi ilə Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını layiqincə yerinə yetirmişdir.

Artur Rasi-zadənin fəaliyyəti həm ulu öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmişdir.

2025-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Artur Rasi-zadəni respublikanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə ölkənin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etmişdir. Cənab Prezident elə həmin gün ali mükafatı Artur müəllimə şəxsən təqdim etmişdir.

Ümumiyyətlə, Artur Rasi-zadənin xidmətləri dövlət tərəfindən dəfələrlə qiymətləndirilmişdir. O, “İstiqlal” ordeni (2005-ci il), “Şərəf” ordeni (2010-cu il), “Şöhrət” ordeni (2015-ci il), 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2020-ci il) ilə təltif olunmuşdur. O, həmçinin Belarusun “Xalqlar dostluğu” ordeninə (2015-ci il), Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri legion” ordeninə, SSRİ-nin “Şərəf nişanı” ordeninə, habelə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Artur Rasi-zadə alicənab, sadə, sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insandır. Ölkəsini, millətini, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliyi sevən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimidir. Kadrların seçilməsi zamanı onların dövlətçiliyə sədaqətinə, biliyinə, peşəkarlığına və təcrübəsinə üstünlük verərdi. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatında çox münbit və sağlam mühit yarada bilmişdi.

O, həm də çox gözəl ailə başçısıdır. Yeganə qızı olan Nailə xanımı, kürəkəni Kamal Babayevi, nəvələri Tahir müəllimi və Rəna xanımı tanıyanlar onların necə səmimi, sadə, mehriban insan olduqlarını yaxşı bilirlər.

Artur Rasi-zadə Ermənistan–Azərbaycan münaqişəsinin həlli məsələlərini və ölkəmizdə olan 1 milyonadək qaçqın və məcburi köçkün problemini daim diqqət mərkəzində saxlayırdı. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edirdi.

Yanında keçirilən çoxsaylı yüksək səviyyəli görüşlərdə iştirak edərkən onun nə qədər cəsarətli, prinsipial, xalqını, dövlətini sevdiyinin şahidi olmuşam. Tapşırmışdı ki, bir qayda olaraq, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə keçirilən bütün görüşlərdə Xocalı soyqırımını və xalqımıza qarşı erməni vandalizmini, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, videoyazılar və mümkün olan bütün sübutlar nümayiş etdirilsin, onlara təqdim olunsun. O, ermənilərin, erməni ordusunun işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşilikləri, azərbaycanlılara verdikləri işgəncələri, doğma yurd-yuvalarından zorla köçürülmüş qaçqınların və məcburi köçkünlərin acınacaqlı və dözülməz vəziyyətini qonaqların diqqətinə çatdırarkən çox qətiyyətlə bildirirdi ki, sülh danışıqları heç bir nəticə verməyəcək. Biz iqtisadi gücümüzü və ölkəmizin müdafiə potensialını gücləndirməklə öz torpaqlarımızı hərbi yolla işğaldan təmizləyəcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyik.

Belə də oldu. 2016-cı ildə başlayan Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, həmin ərazilərdə hazırda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri sürətlə aparılır, bütün infrastrukturu ilə birlikdə yeni şəhər və qəsəbələr salınır, artıq keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bunlar Artur müəllimin ən ülvi arzularından idi. Nə yaxşı ki, 90 illik yubileyi ərəfəsində bu hadisələrin şahidi oldu.

Artur Rasi-zadə doğum günü Xocalı faciəsinə təsadüf etdiyinə görə həmin günü hədiyyə götürməz və tədbir keçirməzdi. Yalnız Nazirlər Kabineti Aparatının rəhbərliyi bir buket güllə onu təbrik edərdi.

Artur Rasi-zadə həmişə qeyd edir ki, mən ulu öndər Heydər Əliyevin şagirdiyəm. Mən də Artur müəllimin şagirdi olmağımdan daim qürur duyuram.

Bu məqaləmi ona görə yazdım ki, dövlət maraqlarının qorunmasında prinsipial mövqeyi, Ulu öndərə və dövlətimizin başçısına sədaqəti, insanlara təmənnasız xeyirxahlığı və yaxşılığı ilə həmişə seçilən Artur Rasi-zadəni gənc nəsil yaxından tanısın.

O, ləyaqətli insandır.

Artur müəllimin 90 illik yubileyini səmimi-qəlbdən təbrik edir, ona həmişə sağlam olmağı, əzizləri və doğmaları ilə birgə xoşbəxt ömür arzulayıram.

Qurban SADIQOV,
Nazirlər Kabineti Aparatının sektor müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri