Icma.az
close
up
RU
Əsrin layihəsi: elm adamları mamont və Tasmaniya pələngini canlandıracaq

Əsrin layihəsi: elm adamları mamont və Tasmaniya pələngini canlandıracaq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər qrupu ən son texnoloji nailiyyətlərdən istifadə edərək nəsli kəsilmiş heyvan növlərini həyata qaytarmağa çalışır. Onlar xüsusilə, yunlu mamontu, dodonu (uça bilməyən böyük quş) və Tasmaniya pələngini canlandırmaq istəyirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Rutgers Universitetindən amerikalı təkamülçü bioloq Skott Travers "Forbes" üçün məqaləsində yazıb.

Dallasda (Texas, ABŞ) yerləşən "Colossal Biosciences" şirkəti cəsarətli elmi layihə həyata keçirməyə çalışır. Şirkət ideyasını maliyyələşdirmək üçün artıq təxminən 200 milyon dollar toplayıb.

Alimlər qrupunun əsas məqsədi təxminən 4000 il əvvəl nəsli kəsilmiş yunlu mamontu dirçəltməkdir. Şirkətin təsisçiləri iqlim dəyişikliyi ilə mübarizə yollarını tapmaq istədikləri üçün əsasən tarixdən əvvəlki dünyaya nəzər yetirie. Mamontları Arktika mühitinə qaytarmaqla, onlar tundra çəmənliklərini cavanlaşdırmağa və bununla da qlobal istiləşməni sürətləndirən metan emissiyalarının əsas mənbəyi olan daimi donların əriməsini azaltmağa ümid edirlər.

Mamontların tundrada qar təbəqələrini sıxlaşdıracağına, torpağa istilik ötürülməsini azaldacağına və əbədi donun əriməsini yavaşladacağına inanılır. Bundan əlavə, onlar qaranlıq meşə örtüyündən daha çox günəş işığını əks etdirən çəmənliklərin böyüməsini təşviq edə bilər, beləliklə, yer səthinin günəş işığını kosmosa əks etdirmə qabiliyyətini azaldır.

Ancaq bu, çoxlu skeptikləri olan bir nəzəriyyədir. İdeyanın əleyhdarları xəbərdarlıq edirlər ki, ekosistemə bu cür müdaxilə gözlənilməz nəticələrə, o cümlədən mövcud növlərlə rəqabətə və digər gözlənilməz dinamikaya səbəb ola bilər.

Bu və ya digər şəkildə "Colossal Bioscience"in mamontları canlandırmaq strategiyası gen mühəndisliyi və sintetik biologiyada qabaqcıl nailiyyətlərə əsaslanır. Elm adamları mamont və onun ən yaxın müasir qohumu olan Asiya fili arasındakı genetik fərqləri müəyyən etmək üçün bu heyvanların donmuş qalıqlarından DNT-ni təhlil etmək istəyirlər.

Daha sonra, ən son gen redaktə vasitələrindən istifadə edərək, tədqiqatçılar hibrid embrion yaratmaq üçün Asiya filinin genomunu dəyişdirmək istəyirlər. Bu embrion ya surroqat fil anada, ya da sintetik ana bətnində inkişaf edəcək - bu, "Colossal"ın inkişaf etdirdiyi başqa bir texnologiyadır.

Eyni prinsipdən istifadə edərək Tasmaniya pələngini və dodonu diriltmək, həmçinin onların ən yaxın qohumlarından - müvafiq olaraq, numbat və Nikobar göyərçinindən başlanğıc nöqtəsi kimi istifadə edilməsi planlaşdırılır.

Dodo quşu Hind okeanındakı Mavrikiy adasında yaşayan və 1600-cü illərin sonlarında həddindən artıq ov və yaşayış mühitinin məhv olması səbəbindən nəsli kəsilmiş uça bilməyən bir quş olub. Onun canlanması xüsusilə növ itkisinə həssas olan ada ekosistemlərinin bərpası üçün nümunə ola bilər.

Tasmaniya pələngi və ya thylacine, demək olar ki, "dünən" - 1930-cu illərdə nəsli kəsilmiş yırtıcı bir marsupialdır. Onun canlanması Avstraliyanın cənubundakı böyük bir ada olan Tasmaniyada invaziv növlərə nəzarət etməyə kömək edə bilər.

Ümumiyyətlə, "Colossal Bioscience"in planları çoxlu tənqidlərə səbəb olub. Skeptiklər, gen mühəndisliyi yolu ilə dirçəldilmiş növlərin bir zamanlar nəsli kəsilmiş növlərin eyni olacağına şübhə edirlər. Bəlkə çox oxşar olsa da, fərqli bir şey olacaq. Bundan əlavə, canlanan növlərin ekosistemə necə təsir edəcəyi və müasir xəstəliklərə necə müqavimət göstərə biləcəyi ilə bağlı suallar var.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Yanvar 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri