Icma.az
close
up
RU
Əsrlərlə sirri açılmayan möcüzə: Alimlər dünyanın yeddi möcüzəsindən birini hələ də aça bilmir

Əsrlərlə sirri açılmayan möcüzə: Alimlər dünyanın yeddi möcüzəsindən birini hələ də aça bilmir

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qədim dünyanın yeddi möcüzəsindən yalnız Misirdəki Böyük Giza Piramidası günümüzə qədər gəlib çatıb. Arxeoloqlar və alimlər bu möhtəşəm abidələrin altısının yerləşdiyi yerləri müəyyən ediblər, lakin biri hələ də əsrlərdir naməlum olaraq qalır – bu da Babilin Asma Bağları və ya Semiramida Bağlarıdır.

Qaynarifo xəbər verir ki, bu barədə "IFLScience" yazır.

Tarixi mənbələrə görə, Asma Bağlar eramızdan əvvəl VI əsrdə Yeni Babil imperiyasının ikinci hökmdarı II Navuxodonosorun əmri ilə inşa edilib. O, imperiyasının əzəmətini göstərmək və eyni zamanda vətəninin yaşıllıqlarını darıxan həyat yoldaşına hədiyyə etmək üçün bu bağları tikdirmək istəyib.

"Bağlar çoxpilləli, məbədə bənzər mürəkkəb bir quruluş kimi təsvir edilir. Burada imperiyanın müxtəlif guşələrindən və onun hüdudlarından kənardan gətirilmiş ekzotik bitkilər və ağaclar əkilmişdi. Qədim dövrdə bu, planetdəki heç bir tikiliyə bənzəməyən möhtəşəm bir mənzərə idi. Lakin bu yerə aid heç bir arxeoloji qalıq tapılmadığından, bütün məlumatlar qədim və çox vaxt etibarsız olan mənbələrə əsaslanır", – məqalədə bildirilir.

Maraqlıdır ki, bəzi əsas tarixi mənbələrdə bu möcüzədən ümumiyyətlə bəhs edilmir. Məsələn, tanınmış yunan tarixçisi Herodot eramızdan əvvəl V əsrin ortalarında Babil haqqında geniş məlumat verib, lakin imperiyanın möhtəşəm bağlarından heç bir iz buraxmayıb.

"Coğrafi baxımdan Asma Bağlar digər altı möcüzədən fərqlənirdi. Babil Dəclə və Fərat çaylarının qovşağında yerləşirdi, lakin qalan altı möcüzə Aralıq dənizinin sahilinə daha yaxın idi, bu da onların qədim səyyahlar tərəfindən daha asan sənədləşdirilməsinə imkan verirdi", – nəşr qeyd edir.

Bununla belə, alimlər bağların məhz qədim Babil şəhərinin yaxınlığında, yəni müasir İraqın paytaxtı Bağdadın cənubunda yerləşdiyinə əmindirlər.

1899-1917-ci illər arasında alman arxeoloqu Robert Koldovey bu bölgədə geniş qazıntılar aparıb və Cənub sarayının şimal-şərq küncündə tağlı bir tikilinin xarabalıqlarını aşkarlayıb. O, bunun məşhur Asma Bağlarının təməli olduğunu iddia edirdi.

"Tikilinin qalın və möhkəm divarları onun üzərində böyük bir quruluşun yerləşdiyini göstərirdi. Həmçinin, aşkar edilmiş su quyuları burada bitkilərin suvarılması üçün inkişaf etmiş bir irriqasiya sisteminin olduğunu sübut edirdi", – IFLScience yazır.

Lakin müasir alimlərin əksəriyyəti Koldoveyin nəzəriyyəsini dəstəkləmir və tapılan tikilinin sadəcə bir anbar olduğunu düşünürlər. XX əsr boyunca Babildə geniş arxeoloji qazıntılar aparılsa da, heç bir nəhəng bağın izinə rast gəlinməyib.

Bəzi alimlər isə ümumiyyətlə Asma Bağların Babildə deyil, Mesopotamiyanın şimalında, yəni Ninəvi şəhərində salındığını iddia edirlər. Oksford Universitetinin keçmiş assiriologiya professoru Stefani Dalli bu fikri irəli sürərək, bağların əslində müasir İraqın Mosul şəhəri yaxınlığında yerləşdiyini bildirir.

Nəticədə, Asma Bağların fiziki qalıqları hələ də tapılmadığı üçün bu qədim dünyanın ən sirli möcüzəsi naməlum olaraq qalır.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri