Icma.az
close
up
RU
“Ətraf mühiti çirkləndirmək insan sağlamlığına qəsddir” Xaçmazda ictimai müzakirə keçirilib

“Ətraf mühiti çirkləndirmək insan sağlamlığına qəsddir” Xaçmazda ictimai müzakirə keçirilib

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi “Ətraf mühiti qoru: 

Maarifləndirmə aksiyaları” adlı layihənin icrası davam edir. Mayın 30-da layihə çərçicəsində Xaçmaz şəhərində Çingiz Abdullayev adına Xaçmaz şəhər 2 №-li tam orta məktəbdə  “Yaşıl sərvətimiz:meşələri qoruyaq” adlı ictimai müzakirə keçirilib. 

İctimai müzakirədə “Yaşıl Dünya” EMİB sədri Elman Cəfərli, vətəndaş cəmiyyəti fəalı Xəzər Teyyublu, ictimai fəallar, könüllü təiətsevərlər, pedaqoqlar, məktəblilər iştirak edib.“Yaşıl Dünya” EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli layihə haqqında məlumat verib və mövzu ilə bağlı məruzə edib. 

“Son illər planetimizdə baş təbii fəlakətlər, qlobal istiləşmə, sel və daşqınlar, torpaq sürüşmələri ciddi narahatlıq yaradıb. Təbii ehtiyatlardan israfçılıqla istifadə üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Meşələr təmiz hava, sağlamlıq və gözəllik deməkdir. Meşələrsiz nəfəs almaq çətinləşər”. 

Layihə rəhbəri qeyd edib ki, meşələrin əhəmiyyətindən danışıb: 

“Meşələr nəfəs aldığımız havanı tozdan, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən buraxılmış küllü miqdarda zəhərli qazlardan təmizləyir, saflaşdırır, insanın tənəffüsü üçün vacib olan oksigen ilə zənginləşdirir. Həmçinin meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır”. 

Son illər qlobal miqyasda meşə sahələrinin azaldğını vurğulayan QHT sədri bildirib ki, müxtəlif səbəblərdən meydana gələn yanğınlar da yaşıllıqları sıradan çıxarır: 

“Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Dünyada ən böyük meşə yanğını 1825-ci ildə Kanadanın Nyu-Brunsvik əyalətində baş verib. Nəticədə 1 milyon 2 yüz min hektar ərazi tamamilə məhv olub. 2007-ci ildə Yunanıstanda 271.350 hektar, 2009-cu ildə Avstraliyada 450.000 hektar, 2010-cu ildə Rusiyada 500.000, Boliviyada 25.000 hektar yanaraq, külə dönüb”.

Meşə yanğınlarının səbəblərindən danışan E.Cəfərli qeyd edib ki, meşələrdə təhlükəsizlik tədbirləri gücləndirilməli, “pik-nik” məkanlarına istirahətə gələn insanlar mümkün qədər diqqətli olmalıdırlar: 

“Yanğınların əsas səbəbi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalanması, qalanan oçağın söndürülmədən tərk edilməsidir. Söndürülməmiş siqaret və ya kibriti meşəyə atmaq, meşədə gecə gəzintisi zamanı, fakeldən istifadə etmək, şüşə qırıqlarını meşəyə tullamaq da yanğın törədə bilər. Şüşə qırıntılarından çıxan şüaların meşədə əks olunması ilə yanğın törədə bilir”. 

Meşələrin bəzi hallarda şəhərsalma, sənayeləşmə və kənd təsərrüfatına qurban verildiyini vurğulayan vətəndaş cəmiyyəti fəalı Xəzər Teyyublu “yaşıl soyqırımı”n ekoloji fəlakətə səbəb olduğunu bildirib:  

“Meşələrin qırılması və ətraf mühitin çirklənməsi bitki aləminə zərbələr vurur, nəticə etibarı ilə insanların sağlamlığına, hətta həyatına təhlükə yaradır. Bu səbəblərə görə təbiətin qorunması günümüzün ən vacib məsələlərindən biridir. 

Ağacların qırılması minlərlə heyvan və bitkilərin, əkilmiş kənd təsərüffatı məhsullarının məhv olmasına, iqlimin dəyişməsi və s. bəlalarla nəticələnir”.X.Teyyublu son 30 ildə erməni işğalçıları tərəfindən Qarabağ və Şərqi Zəngəzurda minlərlə hektar meşə sahəsinin məhv edildiyini vurğulayıb: 

Ermənilərin törətdiyi ekosid bir sıra bitki növlərin tamamilə məhvinə gətirib çıxarıb. Dünyada məşhur olan Şərq çinarı məhv edilib. Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələr qırılıb.  Ağdamda təxminən 100 hektardan çox püstə meşələri vandal hücumuna məruz qalıb. Laçın rayonun Kamallı kəndi ərazisində 100 yaşı olan 30 hektara yaxın aqromeşə var idi. 

Laçında Şəlvə, Həkəri, Minkənd, Hoçaz çayları ətrafında yerli əhalinin qızıl palıd adlandırdığı-qiymətli qırmızı palıd növləri var idi. Bu dünyada ən qiymətli ağac növlərindən sayılırdı. Bu ağaclar qırılaraq Ermənistana daşınıb, orada taxta email zavodlarında istifadə olunub, oradan da Avropaya aparılıb. 

Təqribi hesablamalara görə, işğal dönəmində ermənilər tərəfindən Azərbaycanın 54 min 328 hektar meşə sahəsi məhv edilib”. Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğalda olan torpaqlarımız azad olunduğunu və artıq bölgədə böyük quruculuq işlərinin başlandığını vurğulayan X.Teyyublu gəncləri canlı aləmi sevməyə, ona qayğı göstərməyə çağırıb: “Gələcəyi quran siz gənclər olacaqsız. Ətraf mühitin qorunmasına laqeyd qalmayın və “yaşıl Azərbaycan”ın qurulmasına dəstək olun”.

Çingiz Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Sevinc Sədullayeva canlı aləmi gənc nəslə sevdirmək üçün tətbiq olunan metodlardan danışıb:

“Məktəbdə “Təbiətə qayğı”, “Təbiəti sevənlər” dərnəkləri fəaliyyət göstərir. Müəllimlər fəal şagirdləri həmin dərnəklərə cəlb edirlər. İl ərzində mütəmadi olaraq ətraf mühitin mühafizəsini təşviq edən tədbirlər, mövsüm zamanı tez-tez ağacəkmə aksiyaları keçiririrk. Uşaqlarla birlikdə ağac əkir, suvarır, aqrotexniki qulluq göstəririk. İlboyu məktəblilərin iştirakı ilə ətraf mühitin məişət tullanatılarından təmizlənməsi aksiyaları təşkil edirik”.

Məktəbin biologiya müəllimi Fatimə Məmmədova məktəbliləri ətraf mühitə, canlılara qarşı duyarlı olmağa çağırıb: 

“Ətraf mühiti qorumaq üçün ekoloq olmağa ehtiyac yoxdur, elə yaşadığın yerdə təmizliyə riayət etmək, suya qənaət etməklə başlanır təbiətə qayğı. Təbiət nə versək, onu da götürəcəyik. Ətraf mühiti çirkləndirmək insan sağlamlığına qəsddir”.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavablar verilib.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 May 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri