Ev almaq istəyənlərin NƏZƏRİNƏ Bu ərazilərdə mənzillər BAHALAŞACAQ
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son vaxtlar Bakının nəqliyyat sistemində yeni dəyişikliklərin, layihələrin həyata keçiriləcəyi müzakirə olunur. Nümunə olaraq, Mehdiabaddan “28 May”- a çəkiləcək tramvay xəttini misal göstərmək olar. Həmçinin Yeni Günəşli, Zabrat, Masazır, Saray kimi ərazilərə metro xətlərinin çəkilməsi də müzakirə olunan məsələlərdəndir.
Nəzərə almaq lazımdır ki, metrostansiyalara yaxın ərazilərdə mənzillərin, evlərin qiyməti bir qədər yüksək olur. Hazırda Zabrat, Masazır, Saray, Yeni Günəşli kimi ərazilərdə evlərin qiyməti şəhərin mərkəzinə nisbətən daha münasibdir.
Bəs bu ərazilərə metro xətləri çəkilərsə, o zaman qiymətlər bahalaşa bilər? Ev almaq istəyənləri nələr gözləyir?
Bizim.Media mövzuyla bağlı əmlak eksperti Ramin Osmanlının fikirlərini öyrənib. O bildirib ki, sözügedən ərazilərdə daşınmaz əmlakın bahalaşması gözlənilir.
“Təbii ki, istənilən infrastruktur sağlamlaşdırılması, ictimai nəqliyyatın yaxşılaşdırılması daşınmaz əmlak qiymətlərinə birbaşa təsir göstərir”.
Ramin Osmanlı qeyd edib ki, bu layihələrin həyata keçirilməsi uzun müddət alacaq. Ancaq qiymət artımları daha tez ola bilər.
“Layihələr uzun müddətli layihələrdir. İlk mərhələdə isə ərazilər üzrə qiymət artımı psixoloji faktorlardan qaynaqlana bilər. Buna görə də əvvəl qiymət artımı az olacaq. Sonra isə layihələr başa çatdırıldıqda qiymət artımları daha çox müşahidə olunacaq”, - deyə Ramin Osmanlı qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media
Baxış sayı:29
Bu xəbər 04 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















