Icma.az
close
up
RU
Ev temperaturu: Sağlamlıq üçün hansı dərəcə UYĞUNDUR?

Ev temperaturu: Sağlamlıq üçün hansı dərəcə UYĞUNDUR?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Soyuqda üşüyən, istidə boğulan insanlarımız üçün “termostat müharibəsi” yay və qış aylarında tez-tez yaşanır. Bəs ev şəraitində sağlam və rahat qalmaq üçün ideal otaq temperaturu nə olmalıdır?

Bu barədə News24.az BCC-yə istinadən xəbər verir. 

Araşdırmalara görə, insan bədən istiliyi fərqlidir – yaş, cinsiyyət, hormonlar, metabolizma və sağlamlıq vəziyyəti bu göstəriciyə təsir edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə soyuq iqlimdə ev temperaturunun ən azı 18°C olmasını tövsiyə edir. Bu, astma, ürək-damar xəstəlikləri, depressiya və soyuqla əlaqəli digər risklərin qarşısını almağa kömək edir.

Xüsusi qruplar daha çox təsirlənir:

Uşaqlar, yaşlılar və əlilliyi olan şəxslər bədən istiliyini tənzimləməkdə çətinlik çəkir.

Körpələr üçün otaq temperaturu 16-20°C olmalıdır, çünki artıq istilik qəfil körpə ölümü sindromu riskini artırır.

Yaşlılar isə daha aşağı metabolik faəliyyətə görə daha isti mühitə ehtiyac duyurlar.

İsti iqlimdə yaşayanlar üçün də risklər mövcuddur. Yüksək temperatur istilik vurması, ürək və böyrək problemləri, eyni zamanda yuxusuzluq və psixoloji gərginlik yarada bilər. Gecə yuxusu üçün 16-18°C arası temperatur ideal hesab edilir.

Cinsiyyət fərqləri də mühümdür. Araşdırmalara əsasən, qadınlar daha çox üşüyə bilər, çünki bədənlərinin istiliyi dərinin səthinə daha az çatır. Menstruasiya və hamiləlik də bədən istiliyinə təsir edir. İş mühitində isə qadınlar, kişilərə nisbətən temperaturdan daha çox narazı olur.

Sonda isə məlum olur ki, hər kəs üçün ideal temperatur müəyyən etmək çətindir. Lakin evdə təhlükəsiz və sabit istilik yaratmaq sağlamlığımız üçün əsas faktorlardandır.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri