Icma.az
close
up
RU
Ev tikdirmək istəyənlərə XƏBƏRDARLIQ Daha da bahalaşacaq...

Ev tikdirmək istəyənlərə XƏBƏRDARLIQ Daha da bahalaşacaq...

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə Azərbaycanda tikinti sektoru iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilib.
Dövlətin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də əhalinin şəxsi ev tikintisinə marağı tikinti bazarında aktivliyi artırıb. Bu proses isə birbaşa olaraq inşaat materiallarına olan tələbat və onların qiymətlərinə təsir göstərir. 2025-ci ilin ilk yarısına nəzər saldıqda, inşaat materiallarının qiymətlərində müxtəlif istiqamətlərdə dəyişikliklərin baş verdiyi müşahidə olunur.
Hazırki qiymətlər
Azərbaycan Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.
Nəzər salsaq görərik ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.
Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir.
Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton
Sex istehsalı armaturlar: 800-900 AZN/ton
Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir. Taxta məhsullar, xüsusən rütubətli və quru taxtalar, tikintidə geniş istifadə olunur.
Qiymətlərdə bahalaşma mövcuddur:
1 m³ yaş taxta: 380-420 AZN
Quru taxta isə daha yüksək qiymətlərlə təklif olunur.
Dam örtükləri və diktlər
Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub:
0.45 mm qalınlığında dam örtüyü: 10.5 AZN → 9.5 AZN
15-lik dikt: 28 AZN → 19 AZN
17-lik dikt: 34 AZN → 21 AZN
Azalmanın səbəbi bazarda təklifin artması və bəzi məhsulların daxili istehsalla əvəzlənməsi göstərilir.
Qiymətlər niyə yüksəlir?
Qiymət artımının əsas səbəbləri kimi logistika və daşınma xərclərini göstərmək olar.
Belə ki, 2025-ci ilin ilk üç ayında daşınma xərclərinin 15-20% artdığı bildirilir. Bu, xüsusilə bölgələrə məhsul çatdırılmasında qiymətlərə təsir edir.
Bundan başqa yaz-yay aylarında tikinti mövsümünün canlanması qiymət artımına səbəb olur. İdxal asılılığı da qiymətə təsir edən ən böyük amillərdəndir.
Bahalaşma nə vaxtadək davam edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, yay aylarında tikinti materiallarının bahalaşması normaldır:
“Çünki yay aylarında tikinti bumu olur. Bu ildə istisna deyil. Hazırda ölkəmizin hər yerində fərdi evlərin və iri miqyası obyektlərin tikintisi aparılır. Təbii ki, son illərdə Qarabağda və Şərqi Zəngəzurda aparılan iri miqyaslı tikinti işləri də bazara öz təsirini göstərir. Nəzərə alaq ki, bu il Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard dövlət vəsaiti xərclənəcək. Bu vəsaitin böyük hissəsi də tikinti materiallarına xərclənəcək. Bütün bunlarsa bahalaşmaya səbəb yaradır”.
Müsahibimiz hesab edir ki, bahalaşma bir müddət davam edəcək:
“Bunun da bir sıra səbəbləri var. Əvvəla ona görə ki, dövlət sifarişi ilə olan tikinti işlərinə vəsait əsasən ikinci-üçüncü rübdə verilir. Bu da bazara daha çox vəsaitin daxil olması deməkdir.
Bundan əlavə, 2025-ci ilin dövlət büdcəsində 3 milyardan artıq ehtiyat vəsait yaranıb. Yəqin ki, bu vəsaitin böyük hissəsi üçüncü və dördüncü rübdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına xərclənəcək. Bazara daha çox vəsaitin daxil olması isə təbii ki, bahalaşmaya zəmin yaradacaq. Hesab edirəm ki, oktyabrın sonlarına qədər tikinti materialları bazarında bahalaşma davam edəcək”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyun 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri