Icma.az
close
up
RU
Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Daily Mail”-də dərc olunan xəbərə görə,  hava çirkliliyi, müalicə olunmayan diş əti xəstəlikləri, həddindən artıq alkoqol qəbulu və çox işlənmiş qidalar  demans riskini artıran amillər arasındadır. Bu faktorların heç biri yalnız demansa səbəb olmasa da, hər biri beyni daha həssas vəziyyətə salır.


Sherg.az xəbər verir ki, professor June Andrevsun demans riskini azaltmaq üçün tövsiyə etdiyi 8 sadə vərdiş bunlardır:


1. Əzələ gücünü qoruyun

Mütəmadi idman çəkiyə və ürək sağlamlığına müsbət təsir göstərir, həm də demans riskini azaldır. Andrevs həftəlik fərdi məşqçi ilə idman etdiyini, xüsusən ağırlıq qaldırma və oturub-qalxma hərəkətlərinin menopoz sonrası qadınlar üçün sümük sıxlığı və əzələ gücünü qorumaqda vacib olduğunu bildirir.


2. Beyni aktiv saxlayın

Kitab oxumaq, yazmaq, stolüstü oyunlar oynamaq kimi fəaliyyətlər idrakı gücləndirir. Andrevs işarət dili öyrəndiyini, beyni stimullaşdıran hər cür məşğuliyyətin faydalı olduğunu qeyd edir.


3. Lif qəbulunu artırın

Ürək xəstəlikləri, yüksək təzyiq, piylənmə və şəkərli diabet demans riskini artırır. Lifle zəngin qidalanma isə bu riskləri azaldır. Andrevs: “Yüksək lifli pəhriz demansı tam qarşısını almaz, amma başlanğıcını gecikdirə bilər.”


4. Ağız sağlamlığına diqqət edin

Diş əti xəstəlikləri ilə Alzheimer arasında əlaqə getdikcə daha çox araşdırılır. Dişləri fırçalamaq, diş ipindən istifadə etmək və mütəmadi stomatoloq müayinəsi həm ağız sağlamlığını qoruyur, həm də demans riskini azaldır.


5. Sosial əlaqələri güclü saxlayın

Sosial təcrid depressiya, idrak zəifləməsi və erkən ölümə səbəb olur. Aktiv sosial həyat isə beyin sağlamlığına müsbət təsir göstərir. Pandemiya dövründə təcridin demans riskini artırmış ola biləcəyi vurğulanır.


6. Alkoqolu tərgidin

Alkoqol - şəkərli diabet, yüksək təzyiq, insult və yaddaş problemlərini artıraraq demans riskini yüksəldir. Andrevs: “Alkoqolu tamamilə buraxdım, sıfır faiz alkoqollu içkilərin artması bu keçidi asanlaşdırdı.”


7. Eşitmə testlərini gecikdirməyin

“The Lancet” jurnalında dərc olunan araşdırmaya görə, eşitmə pozuntuları sosial və idrak funksiyalarını çətinləşdirərək demans riskini artıra bilər. Andrevs hər il eşitmə testi etdirdiyini bildirir.


8. Siqareti buraxın

Siqaret tüstüsü, hava çirkliliyi ilə birlikdə demans riskini artırır. Yaş artdıqca orqanizm bu toksinlərə qarşı daha həssas olur. Andrevs də siqareti buraxandan sonra özünü çox daha yaxşı hiss etdiyini deyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri