Icma.az
close
up
RU
Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?

Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Hər gün səhər saat 08:30-da Bakı küçələrində eyni mənzərə təkrarlanır. Nəqliyyatın hərəkəti iflic olur, avtobus və metrolarda addım atmağa yer qalmır, siqnal səsləri isə şəhərin əsas ritminə çevrilir. İşə gecikənlər, ictimai nəqliyyata minə bilməməyin gərginliyi, hər gün nəqliyyatlardakı aqressiv davalar... Səbəb hər kəsə məlumdur. On minlərlə insan eyni dəqiqələrdə, eyni vaxt çərçivəsində iş yerinə, məktəbə, universitetə çatmağa çalışır. Bu gərginlik, xaos nəhayət tarixə qovuşa bilər. 

Belə ki, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər qabaqcıl beynəlxalq təcrübələrə əsasən, çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərti ilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən iş təşkili formasıdır. Bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında tarazlığın təmin edilməsinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir. Yeni qaydalar təkcə nəqliyyat sıxlığını seyrəltməyi deyil, həm də illərdir formalaşmış klassik əmək mədəniyyətini kökündən yeniləməyi hədəfləyir.

09:00-18:00 stereotipi qırılır?

Əgər əvvəllər iş saatlarının dəyişdirilməsi dedikdə yalnız müxtəlif dövlət qurumlarının işə başlama saatlarının diferensiallaşdırılması (məsələn, bir nazirliyin 08:00-da, digərinin 09:00-da başlaması) nəzərdə tutulurdusa, yeni model daha fərdi və modern yanaşma təklif edir. Artıq eyni idarə, təşkilat və ya şirkət daxilində çalışan işçilərin işə başlama saatları fərqləndiriləcək. Yəni eyni şöbədə yan-yana əyləşən iki həmkardan biri öz şəxsi və bioloji ritminə uyğun olaraq işə saat 08:00-da gəlib 17:00-da çıxacaqsa, digəri 10:00-da gəlib 19:00-da işini yekunlaşdıracaq.

"İdarəetmədə yeni dövr başlayır”

İnsan Resursları (HR) üzrə mütəxəssis İlkin Mirzəzadə deyir ki, iş saatlarının dəyişdirilməsi idarəetmə müstəvisində böyük imkanlar açsa da, bu prosesin uğuru düzgün tənzimləmədən asılıdır: "Xüsusilə dövlət orqanlarında və iri özəl şirkətlərdə bu sistemin tətbiqi həm şəhərdəki nəqliyyat yükünün azalmasına, həm də işçilərin produktivliyinə birbaşa müsbət təsir göstərəcək. Tıxacda saatlarla vaxt itirən işçinin enerjisi işə çatana qədər tükənir. Tıxacların azalması fonunda işçilər daha az streslə ofisə gəlir ki, bu da birbaşa məhsuldarlığı və işçi məmnuniyyətini artırır. İşçi məmnuniyyətini maksimuma çatdırmaq üçün çevik qrafiklə yanaşı, hibrid iş modelinin (bəzi günlər evdən, bəzi günlər ofisdən) tərtib olunması daha məqsədəuyğundur. Texniki baxımdan burada ciddi bir çətinlik yoxdur, dövlət orqanları və özəl şirkətlər bu keçidə hazır ola bilər”.

"Bəzi sahələrdə çevik iş qrafiki mümkün deyil”

Mütəxəssis vurğulayır ki,  çevik iş vaxtı bütün sektorlara şamil edilə bilməz: "Ofis, inzibati və masaarxası işlərdə fərqli qrafiklərin tətbiqi tam realdır. Lakin istehsalat, satış və müştəri xidmətləri kimi sahələrdə çevik qrafik qurmaq demək olar ki, imkansızdır”.

Texniki olaraq şirkətləri gözləyən əsas çətinliklərə gəlincə, mütəxəssis bildirir ki, vahid qrafikdən fərqli saatlara keçid zamanı əmək müqavilələrinə hüquqi dəyişikliklərin edilməsi, iş vaxtının uçotu sistemlərinin (giriş-çıxış kartları və davamiyyət proqramları) yenidən tənzimlənməsi tələb olunacaq. Böyük işçi heyətinə sahib olan şirkətlər bu keçiddə nisbətən çətinlik çəkə bilər.

"Tıxac stresi bitəndə emosional tükənmə də azalır”

İnsan faktoru olan yerdə məsələ yalnız hüquqi və texniki tərəfi həll etməklə bitmir. Bəs saatların sürüşdürülməsi işçinin daxili dünyasına, günün sonundakı əhvalına necə təsir göstərəcək?

Psixoloq Aysel Qafarova bildirir ki, iş saatlarının fərdi ehtiyaclara uyğunlaşdırılması işçilərin psixoloji rifahına müsbət təsir göstərir: "Düzgün tətbiq olunduqda çevik iş qrafiki ailə, şəxsi həyat və iş arasındakı balansı qorumaq üçün ən effekti alətə çevrilir. Vaxtın idarə olunmasında (Time management) ilk qayda məhz resursların düzgün bölünməsidir. Səhər saatlarında tıxacda itirilən hər dəqiqə insanda stres və narahatlıq səviyyəsini qaldırır. İşçi artıq masa arxasına əyləşəndə yorulmuş olur. İş saatlarının fərdi ehtiyaclara və bioloji ritmə uyğunlaşdırılması emosional tükənmişlik (burnout) riskini dəfələrlə azaldır”.

"Nahar, çay, yuxu fasiləsi”

Psixoloq bildirir ki, beynəlxalq təcrübədə xalqların milli və psixoloji xüsusiyyətləri nəzərə alınaraq iş rejimi təyin olunur. Məsələn, Yaponiyada iş vaxtı bölünərkən təkcə nahar və ya çay fasiləsi deyil, işçilərin enerjisini bərpa etməsi üçün rəsmi yuxu fasilələri də qrafikə daxil edilir: "Amma "çeviklik" anlayışı xaosla səhv salınmamalıdır. Daimi və proqnozlaşdırıla bilinməyən ani dəyişikliklər insanda adaptasiya dövrünə qədər yuxu, qidalanma pozuntularına və gərginliyə səbəb ola bilər. Çünki planlaşdırılmış və eyni tərzdə işləmə psixoloji hazırlığın və stresə davamlılığı tənzimləyir. Tez-tez dəyişən iş qrafiki gündəlik rutinin pozulmasına, diqqətin azalmasına, gərginliyə, şəxsiyyətlərarası münasibətlərdə problemlərə səbəb olur. Biz bunu ən çox növbəli işləyənlərdə və bir neçə işdə çalışan insanlarda daha çox müşahidə edirik. Bu səbəbdən qrafik çevik olsa da, müəyyən sabitlik və proqnozlaşdırılma mütləq saxlanılmalıdır”.

Psixoloji baxımdan yeni sistemin müsbət nəticə verməsi üçün müəyyən amillərin nəzərə alınması vacibdir. Həmsöhbətimiz vurğulayır ki, ilk növbədə əməkdaşlar üçün kifayət qədər istirahət və bərpa vaxtı təmin olunmalı, mümkün qədər sabit və proqnozlaşdırıla bilən iş qrafiki qurulmalıdır. Bununla yanaşı, hər bir işçinin yaş, sağlamlıq vəziyyəti, ailə məsuliyyətləri və bioloji ritm kimi fərdi xüsusiyyətləri diqqət mərkəzində saxlanılmalı, iş yükü ədalətli və balanslı şəkildə bölüşdürülməlidir. 

Dünya təcrübəsi necədir?

İş saatlarının diferensiallaşdırılması və çevik qrafik modeli dünya təcrübəsində yeni deyil. Böyük meqapolislərdə nəqliyyat yükünü azaltmaq və işçi effektivliyini qaldırmaq üçün bu sistem illərdir tətbiq olunur. Məsələn, dünyanın ən sıx meqapolislərindən olan Yaponiyada Tokio Bələdiyyəsi tıxaclara və metrodakı basabasa qarşı rəsmi "Smooth Biz" dövlət strategiyasını həyata keçirir. Şirkətlər və dövlət idarələri işçilərin işə gəlişini 3 fərqli saat dalğasına bölür. Nəticədə pik saatlarda nəqliyyat sisteminə düşən dözülməz yük nəzərəçarpan dərəcədə azalır. Almaniyada "Gleitzeit" (sürüşkən iş vaxtı) sistemi geniş yayılıb. Şirkətlər işçilər üçün mütləq "nüvə saatları" (məsələn, 10:00–14:00) müəyyən edir. İşçi bu saatlarda mütləq ofisdə və ya iş başında olmalıdır, günün qalan 3-4 saatını isə səhər tezdən və ya axşam gec çıxmaqla özü tənzimləyir.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Avqust 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri