Əziz Əliyev: Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 18 may, AZƏRTAC
Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib. Bizim universitet ən müasir avadanlıqlarla təchiz olunub, 30-dan çox xəstəxana ilə əməkdaşlıq edir. Tələbələrimiz bu xəstəxanalarda təlim keçirlər. Universitetimizdə 720 tələbə və 109 rezident oxuyur, professor-müəllim heyəti Moskvadan gəlir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının (Seçenov Universiteti) rektoru, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, professor Əziz Əliyev "Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” beynəlxalq elmi-praktik konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Tədris-Simulyasiya Mərkəzində Seçenov və Azərbaycan universitetlərinin tələbələri üçün praktik vərdişlərin tədrisi aparılır. "Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzi Avropa Simulyasiya Tədrisi sertifikatı alıb", - deyə Əziz Əliyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















