Icma.az
close
up
RU
F 35 düyünü yenidən açılır: Tramp Ərdoğan dialoqu dönüş nöqtəsi olacaqmı?

F 35 düyünü yenidən açılır: Tramp Ərdoğan dialoqu dönüş nöqtəsi olacaqmı?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ və Türkiyə arasında son illərin ən həssas hərbi-siyasi məsələlərindən biri yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Vaşinqtonun Ankaranı beşinci nəsil  F-35 qırıcıları proqramına qaytarmaq ehtimalı təkcə iki NATO müttəfiqi arasındakı münasibətlər baxımından deyil, həm də Yaxın Şərq, Qara dəniz və Şərqi Aralıq dənizi regionunda qüvvələr balansı kontekstində mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Əgər bu  ssenari reallaşarsa, bu, 2019-cu ildən sonra ABŞ-Türkiyə münasibətlərində yaranmış ən ciddi böhranın aradan qaldırılması istiqamətində ilk fundamental addım olacaq. 

Bununla yanaşı, belə bir qərar NATO daxilində strateji  əməkdaşlığın yeni mərhələyə keçməsi, Türkiyənin Qərb müdafiə sisteminə daha sıx inteqrasiyası və Rusiyanın regiondakı təsir imkanlarının məhdudlaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıya bilər. ABŞ-ın  nüfuzlu "The New York Times”ın qəzetinin yaydığı məlumata görə, Vaşinqtonun Ankaraya F-35 qırıcılarının satışına yaşıl işıq yandırmağa hazır olduğu barədə mesaj verə bilər. 

Məlumata görə, hüquqi mexanizmlər hələ tam  müəyyənləşdirilməsə də, prosesin dövlət başçıları arasında rəsmi məktub mübadiləsi ilə başlanması ehtimalı nəzərdən keçirilir. 


Türkiyə F-35 proqramının adi alıcısı deyildi. Ankara layihənin tamhüquqlu tərəfdaşlarından biri idi, proqramın maliyyələşdirilməsində iştirak etmiş, eyni zamanda, Türkiyə müdafiə sənayesinin onlarla müəssisəsi F-35 üçün 900-dən artıq müxtəlif detal istehsal edirdi. Türkiyə ümumilikdə 100-ə qədər F-35A qırıcısı almağı planlaşdırırdı. Lakin 2017-ci ildə Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri zenit-raket kompleksləri almaq barədə müqavilə imzalaması Vaşinqtonun ciddi etirazına  səbəb oldu. ABŞ hesab edirdi ki, eyni ölkədə həm F-35, həm də S-400 sistemlərinin yerləşdirilməsi beşinci nəsil qırıcının radar imkanları barədə məxfi məlumatların Rusiyanın əlinə keçməsi riskini yaradır. 

Nəticədə 2019-cu ildə Türkiyə F-35 proqramından çıxarıldı, daha sonra isə Ankaraya qarşı sanksiyalar tətbiq edildi. Bu qərar ABŞ-Türkiyə  münasibətlərində son onilliklərin ən ciddi böhranlarından biri hesab olunur.

Son aylarda Vaşinqtonun mövqeyində müşahidə olunan yumşalma  təsadüfi sayılmır. Bunun bir neçə əsas səbəbi var. Birincisi, NATO daxilində  təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Sonrasında Türkiyə Qara dənizdə balansın qorunmasında, taxıl dəhlizi danışıqlarında, eyni zamanda Alyansın cənub cinahının müdafiəsində mühüm rol oynayıb. İkincisi, Türkiyə son illərdə müdafiə sənayesində ciddi irəliləyiş əldə edib. 

Vaşinqton üçün Türkiyənin tamamilə alternativ hərbi bazarlara yönəlməsi strateji baxımdan arzuolunan  ssenari deyil. Üçüncüsü, Yaxın Şərqdə və Şərqi Aralıq dənizində artan geosiyasi rəqabət ABŞ-ı Ankara ilə münasibətləri normallaşdırmağa sövq edir. 


Müşahidəçilərin fikrincə, mümkün Tramp-Ərdoğan görüşü yalnız F-35 məsələsini deyil, ABŞ-Türkiyə münasibətlərində uzun müddətdir yığılıb qalmış problemlərin də müzakirə ediləcəyi platformaya çevrilə bilər. Gözlənilir ki, danışıqlar zamanı aşağıdakı istiqamətlər əsas müzakirə mövzuları olacaq - Türkiyənin F-35 proqramına mərhələli qaytarılması; S-400 sistemlərinin gələcək statusu və onların aktiv istifadəsinin məhdudlaşdırılması variantları; Suriyada ABŞ-ın kürd silahlı qrupları ilə əməkdaşlığı ətrafında fikir ayrılıqları; NATO daxilində müdafiə koordinasiyasının gücləndirilməsi; Qara dəniz təhlükəsizliyi, Ukrayna müharibəsi və Yaxın Şərqdə regional sabitlik. 

Bir sıra Qərb analitikləri hesab edirlər ki, Tramp administrasiyası Türkiyəni yenidən Qərb təhlükəsizlik sisteminin mərkəzinə yaxınlaşdırmaq niyyətindədir. Bu, həm Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq, həm də NATO daxilində strateji parçalanmanın qarşısını almaq məqsədi daşıya bilər. 

Bununla belə, yekun qərar yalnız Ağ Evin siyasi iradəsindən asılı deyil. ABŞ Konqresində həm demokratlar, həm də respublikaçıların bir hissəsi Türkiyəyə F-35 satışına ehtiyatla yanaşır. Konqres üzvlərinin əsas arqumentləri bunlardır - S-400 sistemləri ilə bağlı risklərin tam aradan qalxmaması; - Türkiyənin insan hüquqları və demokratik institutlarla bağlı tənqid olunması; - Ankara ilə Yunanıstan arasında davam edən gərginlik; - İsrailin bölgədə keyfiyyət üstünlüyünün qorunması siyasəti. ABŞ qanunvericiliyinə əsasən, belə böyük silah satışları Konqresin etirazı ilə də üzləşə bilər. Buna görə də Tramp administrasiyası hüquqi baxımdan kifayət qədər mürəkkəb prosesdən keçməli olacaq.

Mümkün qərarın ən ciddi tənqidçiləri arasında İsrail və Yunanıstanın olması təsadüfi deyil. Yunanıstan artıq F-35 təyyarələrinin alınmasına başlayıb və Afina hesab edir ki, Türkiyənin də eyni platformaya sahib olması Egey dənizi və Şərqi Aralıq dənizində mövcud hərbi balansı dəyişə bilər. İsrail isə uzun illərdir ABŞ-dan bölgədə "Keyfiyyətli  Hərbi Üstünlük" prinsipinin qorunmasını tələb edir. Bununla belə, hərbi ekspertlər qeyd edirlər ki, İsrailin istifadə etdiyi F-35I "Adir" versiyası xüsusi milli avadanlıqlarla təchiz olunduğundan, Tel-Əviv müəyyən texnoloji üstünlüyünü yenə də saxlayacaq. 


Ekspertlərin qiymətləndirməsinə görə, Türkiyənin proqrama qayıtması üçün ən real variantlardan biri S-400 komplekslərinin aktiv döyüş növbətçiliyinə çıxarılmaması, onların üçüncü ölkəyə verilməsi və ya ABŞ-ın qəbul edə biləcəyi texniki nəzarət mexanizminin yaradılmasıdır. Ankara isə indiyədək S-400-lərdən tam imtina etməyəcəyini dəfələrlə bəyan edib. Buna görə də kompromisin necə əldə olunacağı hələ də açıq qalır.

Əgər Tramp administrasiyası F-35 məsələsində siyasi qərar qəbul edə və Konqresdə bunun  üçün lazımi dəstəyi təmin edə bilsə, bu, yalnız bir silah  satışından ibarət olmayacaq. Belə bir addım ABŞ-Türkiyə münasibətlərində  etimadın bərpası, NATO daxilində yeni strateji balansın formalaşması və regionda təhlükəsizlik arxitekturasının  yenidən qurulması istiqamətində mühüm dönüş nöqtəsinə çevrilə bilər. Lakin prosesin qarşısında hələ də ciddi siyasi və hüquqi maneələr qalır. S-400 problemi tam həll edilmədən, Konqresin etirazları aradan qaldırılmadan və regional müttəfiqlərin narahatlıqları nəzərə alınmadan Ankaranın F-35 proqramına qayıdışı asan görünmür. 

Buna baxmayaraq, Tramp–Ərdoğan dialoqu göstərir ki, Vaşinqton və Ankara uzun illər davam edən qarşıdurmadan sonra münasibətləri yenidən strateji əməkdaşlıq müstəvisinə qaytarmağa çalışırlar. Bu cəhdin uğurlu olub-olmayacağı isə yalnız iki liderin siyasi iradəsindən deyil, həm də ABŞ daxilindəki qərarvermə mexanizmlərindən və Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi reallıqlardan asılı olacaq.

Siyasət şöbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyul 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri