Icma.az
close
up
RU
Faktlar forumun mühüm beynəlxalq platforma olduğunun bariz sübutudur ŞƏRH EDİLDİ

Faktlar forumun mühüm beynəlxalq platforma olduğunun bariz sübutudur ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Məlumdur ki, Antalya Diplomatiya Forumu ilk dəfə 2021-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və hər il keçirilir. Forum, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur və diplomatiya, beynəlxalq əlaqələr və qlobal çağırışlar üzrə fikir mübadiləsi aparmaq üçün yüksək səviyyəli beynəlxalq platforma hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu forumun əsas məqsədi qlobal diplomatik dialoqa töhfə vermək, çoxtərəfli əməkdaşlıq formatını təşviq etmək, yeni qlobal problemlərə diplomatik cavablar tapmaq və Türkiyənin diplomatik təşəbbüslərini qlobal platformada tanıtmaqdan ibarətdir: "Bu dəfə keçirilən sayca dördüncü forumda dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı, 50-dən çox xarici işlər nazirləri olmaqla 70-dən artıq nazir və 60 yüksək səviyyəli beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Bu faktlar Antalya Diplomatiya Forumunun mühüm beynəlxalq platforma olduğunun bariz sübutudur.

Bu dəfəki forumda geosiyasi bloklaşma və yeni güc mərkəzləri, qlobal ədalət və beynəlxalq hüququn bərpası, iqlim böhranı və humanitar fəlakətlər, süni intellektin diplomatiyaya və qərarverməyə təsiri, Qəzza, Ukrayna, Sudan kimi münaqişə ocaqları, diplomatiyada qadınların və gənclərin rolu mövzularında 50 sessiya keçirildi.
Təbii ki, belə bir yüksəksəviyyəli forumda Azərbaycan Prezidentinin də iştirakı və çıxışı ölkəmiz haqqında həqiqətlərin çatdırılması və dünyada baş verən prosseslərə dair mövqeyimizin bəyan edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə başçısı çıxışında postmünaqişə dövründə Cənubi Qafqazda sülh təşəbbüsləri, Zəngəzur dəhlizinin regional inteqrasiyaya təsiri, Türk dünyasının vahid diplomatik strateqiyasına ehtiyac, multikulturalizm və Bakı prosesinə toxunaraq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, ölkəmizin Ermənistanla sülh müqaviləsinə hazır olduğunu bəyan etdi. Prezident sülh sazişinin beynəlxalq hüququn prinsiplərinə əsaslanmasının vacibliyinə toxundu.

Prezident Əliyev çıxışında həmçinin Zəngəzur dəhlizinin yalnız Azərbaycan-Ermənistan əlaqələri üçün deyil, həm də Türk dünyasının inteqrasiyası üçün vacib əhəmiyyət daşıdığını bildirdi. Prezident Türk Dövlətləri Təşkilatının diplomatik koordinasiyasının gücləndirilməsi ilə bağlı da çağırış edərək ortaq mövqelərlə çıxış edən, qlobal təhlükələr və regional çağırışlara birlikdə cavab verən diplomatik sistemin zəruriliyini vurğuladı.
Son olaraq qeyd edim ki, keçirilən forum qlobal diplomatik nizamda ölkəmizin rolunu bir daha ortaya qoymağa və eləcə də Azərbaycanın etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanınmasına imkan yaratdı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri