Icma.az
close
up
RU
Falçı Bakıya “sürət karqo” vasitəsilə qurd yağı göndərdi: Qadının əri evdən QAÇDI

Falçı Bakıya “sürət karqo” vasitəsilə qurd yağı göndərdi: Qadının əri evdən QAÇDI

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Dua yazmaqla qadına ərinin başqa qadınla görüşməsinin qarşısını alacağını deyən 67 yaşlı falçı saxlanılıb.

Naxçıvanda yaşayan, 20 ildir falçılıqla məşğul olan 1957-ci il təvəllüdlü Atlaz Quliyeva barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Abşeron rayonunda yaşayan zərərçəkmiş A.İ. ərinin başqa qadınlarla yaxın münasibətdə olmasından xəbər tutub və onları ayırmaq üçün müxtəlif yollar axtarıb.

A.İ. Şərur rayonunun Yuxarı Aralıq kəndində falçılıqla məşğul olan Atlaz adlı falçı qadına zəng edib. Atlaz ona dualar yazacağını və əri İsmətin evə bağlı kişi olacağına inandırıb. Bunun qarşılığında isə zərəçəkəndən 2 000 manat pul istəyib.

A.İ. Atlazla razılaşıb və kartına pul göndərib. Pul göndərildikdən 3 gün sonra Atlaz oğlu Ələmdar Quliyevin adından ona “sürət karqo” vasitəsilə kağıza yazılmış dualar, açar, qıfıl, qadın və kişi maykaları, qurd yağı, 15 ədəd qoz və bir ovuc qara kişmiş göndərib. Falçı qadın zərərçəkmişə həmin əşyalardan birini dənizə atmağı, qalanını isə özü və ərinin yeməsini tapşırıb.

Qadın falçının dediklərini etsə də, əri ondan ayrılaraq evi tərk edib. Zərərçəkmiş ərinin evdən getməsindən qəzəblənərək hüquq-mühafizə orqanlarına şikayət verib. Amma məhkəməyə qədər Atlaz Quliyeva A.İ.-dən aldığı pulu geri qaytarıb.

Məhkəmə 67 yaşlı falçı qadının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. \\Viral.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Noyabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri