Icma.az
close
up
RU
Fələstin liderindən İsraillə bağlı ilginc addım Zuhri yalandır dedi, anons verildi

Fələstin liderindən İsraillə bağlı ilginc addım Zuhri yalandır dedi, anons verildi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

HƏMAS nümayəndəsi Sami Əbu Zuhri İsraillə barışmaq və bir qrup fələstinli məhbusun sərbəst buraxılması müqabilində Qəzzada saxlanılan 7-9 girovu azad etməyə razılıq verdiyinə dair məlumatları təkzib edib. O, İsrail tərəfini yalan xəbərlər yaymaqda günahlandırıb.

Belə ki, bir müddət öncə qruplaşmanın Təl-Əvivlə razılaşma əldə etməyə çalışdığı və bunun üçün ilkin şərtləri açıqladığına dair məlumatlar yayılmışdı. İddialara görə, HƏMAS anklavda iki aylıq atəşkəs və İsrailin həbsdə olan 300 fələstinlini azad etməsi müqabilində Qəzzada saxlanılan 9 girovu sərbəst buracaqdı. Bütün proseslər fonunda Fələstin Prezidenti Mahmud Abbasın susqunluğu, gözlənilən səviyyədə münasibət bildirməməsi isə xüsusi diqqət çəkir.

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, HƏMAS-ın bu xəbərləri təkzib etməsi, eyni zamanda razılaşmanın pozulması və ya danışıqların nəticə verməməsi Təl-Əvivin Qəzzada yeni hərbi əməliyyatlara başlamasına səbəb ola bilər:

“Bu cür xəbərlərin dərhal təkzib olunması gərginliyin artmasına, qarşılıqlı etimadsızlığın dərinləşməsinə və hər iki tərəfin yenidən silahlı qarşıdurmaya yönəlməsinə zəmin yaradır. Xüsusilə İsrail cəmiyyətində girovların geri qaytarılması məsələsi çox həssas qəbul olunur və bu istiqamətdə nəticə əldə edilmədikdə hökumət hərbi təzyiq yolunu seçə bilər. Necə ki, daha əvvəl biz dəfələrlə bunun şahidi olmuşuq.  Belə bir vəziyyət regional və beynəlxalq səviyyədə də narahatlıq doğurur.

Fələstin rəhbəri Mahmud Abbasın susqunluğu isə bir neçə səbəblə izah oluna bilər. Bu, ilk növbədə onunla əlaqədardır ki, Abbasın rəhbərlik etdiyi FƏTH təşkilatı və Fələstin Muxtariyyəti Qəzzada faktiki nüfuza malik deyil. HƏMAS hələ də bölgədə güclüdür, öz nüfuzunu və təsirini saxlayır. Qəzza HƏMAS-ın nəzarətindədir və ona görə də Abbasın bu məsələlərə birbaşa təsiri məhduddur”.


Vüqar Zifəroğlu

V.Zifəroğlu əlavə edib ki, Fələstin daxilində gedən proseslər də diqqət çəkir:

“Abbas uzun müddətdir yaş faktoru və demokratik legitimliyin olmaması (2006-cı ildən bəri ümumi seçkilər keçirilməyib) səbəbindən tənqid edilir. Ona etimad tam deyil və burada HƏMAS-ın da rolunu xüsusi qeyd etmək yerinə düşər.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, FƏTH və HƏMAS münasibətləri Fələstinin daxili siyasətində uzun illərdir davam edən dərin parçalanmanı və rəqabəti təmsil edir. Hər iki təşkilat Fələstin xalqının maraqlarını təmsil etdiyi fikrini müdafiə etsə də, ideoloji, siyasi və taktiki baxımdan bir-birindən fərqli mövqelərə malikdirlər”.

Ekspertin sözlərinə görə, M.Abbas HƏMAS-ın silahlı müqavimət strategiyasından uzaq durmağa çalışır:

“İsrailə qarşı sərt ritorikadan çəkinir ki, Qərbin dəstəyini itirməsin. Bir çox ərəb ölkələri isə HƏMAS-ı dəstəkləmir və Abbas bu ölkələrlə münasibətləri pozmamaq üçün də ehtiyatlı davranır.

Nəticə etibarilə, Qəzzada hərbi əməliyyatların yenidən başlaması ehtimalı realdır və bu, regionda humanitar vəziyyəti daha da pisləşdirəcək. Abbas isə mövcud balansı pozmamaq üçün səssizliyə üstünlük verir, lakin bu, onun siyasi çəkisinin daha da azalması ilə nəticələnə bilər.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri