“Fənərbaxça” “Qalatasaray”ın istədiyi futbolçuya sərvət təklif etdi
Icma.az bildirir, Metbuat portalına istinadən.
“Fənərbaxça” “Atalanta”nın futbolçusu Ademola Lookman üçün irəli sürdüyü təklifin detalları məlum olub.
Metbuat.az xəbər verir ki, “Fənərbaxça” “Qalatasaray”ın da transfer siyahısında olan Ademola Lookman üçün danışıqlara başlayıb. Bildirilir ki, “Fənərbaxça” rəhbərliyi İtaliyada Lookmanın agenti ilə görüşüb və “Atalanta”dan ayrılmaq istəyən Lookmana təklif irəli sürülüb. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, "Fənərbaxça" Ademola Lookmana bonuslar da daxil olmaqla illik 10 milyon avro təklif edib. Bildirilir ki, Lookman hazırda "Atalanta"da ildə 1,8 milyon avro qazanır. Məlumata görə, əgər Lookman təklifi qəbul edərsə, “Fənərbaxça” “Atalanta” ilə transfer haqqı danışıqlarına başlayacaq.
İtaliya komandası müqaviləsinin bitməsinə 1,5 il qalmış Lookman üçün 50 milyon avro tələb edə biləcəyi irəli sürülür. “Fənərbaxça”nın transferi təxminən 30 milyon avroya yekunlaşdırmağa çalışdığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 24 Dekabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















