Icma.az
close
up
RU
“Fənnlərin çoxluğu şagirdləri repetitor fəaliyyətinə asılı vəziyyətə gətirib” ELÇİN ƏFƏNDİ

“Fənnlərin çoxluğu şagirdləri repetitor fəaliyyətinə asılı vəziyyətə gətirib” ELÇİN ƏFƏNDİ

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Repetitorluğun ləğvi məsələsi xeyli müddətdir ki, müzakirəyə çıxarılıb. Düşünürəm ki, bu, yerində olan müzakirə mövzusudur və hər hansı qanun layihəsində bu istiqamətdə qərar qəbul oluna bilər.

Çünki hal-hazırda belə bir proses yaşanır ki, bəzi təhsil verənlər konkret olaraq təhsilin məsələsinə “balıq-ovu” prinsipi ilə yanaşır. Yəni, dərs saatı az olur, lakin orada təhsil alan şagirlərdən bir neçəsini öz repertor hazırlığına cəlb etməyə çalışırlar”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi vurğulayıb:

“Müəllim saat 12-yə, 1-ə, maksimum 2-yə qədər təhsil müəssisəsində olur, amma 2-dən axşam saat 10-a qədər repetitorlıqla məşğul olur. Həmin uşaqlara dərs dedikdən sonra yenidən onun yanına, hazırlığa üz tutur.

Təbii ki, bu da prosesdə valideyn-müəllim və şagird-müəllim münasibətlərinin pozulmasına, bir-birindən asılılığın yaranmasına gətirib çıxarır və nəticədə müəyyən fəsadlara səbəb olur. Ona görə düşünürəm ki, bu istiqamətdə qanun layihəsinə ehtiyac var”.

Elçin Əfəndinin sözlərinə görə, əgər bu qanun layihəsi qəbul olunarsa və təhsil müəssisələrində iş saatları tətbiq edilərək əmək haqqı da iş saatına görə müəyyənləşdirilərsə, təhsil verənlər artıq saat 5-6-ya qədər müəssisədə olmaq məcburiyyətində qalacaqlar.

Onun fikrincə, bu da müəyyən qədər repetitor fəaliyyətinin qarşısını alacaq.

“Amma ümumiyyətlə, repetitor fəaliyyətindən tamamilə asılılığı aradan qaldırmaq üçün bəzi əlavə islahatlar aparmaq lazımdır. Məsələn, qəbul imtahanlarının modelini dəyişmək, şagirdin 6-7 fənn yerinə yalnız 2-3 fənn üzrə imtahan verməsini təmin etmək və ali təhsil müəssisəsinə qəbul prosesini buna uyğun tənzimləmək.

Fənnlərin çoxluğu şagirdləri repetitor fəaliyyətinə asılı vəziyyətə gətirib çıxarıb. Fərqli istiqamətlərdə isə şagirdlərin dərsliyini və ev tapşırıqlarını müəyyən qədər azaltmaq lazımdır ki, ibtidai təhsil pilləsindən belə repetitorlara müraciətin qarşısı alınsın”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri