Fərid Qayıbov şad xəbəri açıqladı
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun mərhələ yarışlarına start verilib.
Futbolpress.az xəbər verir ki, turnirin təntənəli açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Nazir çıxışında Bakı mərhələsinin ölkə üçün yeni bir idman bayramı olduğunu vurğulayıb:
“Azərbaycanda ilk dəfədir ki, üzgüçülük üzrə Dünya Kubokunun mərhələsi təşkil olunur. Bu əlamətdar hadisə münasibətilə hər birinizi təbrik edirəm. Göstərilən etimada görə Beynəlxalq Üzgüçülük Federasiyasına, yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Üzgüçülük Federasiyasına və əlbəttə ki, idmançılara dəstək olan azarkeşlərimizə minnatdarlığımı bildirirəm”.
Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsində yürütdüyü məqsədyönlü dövlət siyasəti sayəsində ölkədə hər ay yeni uğurlara imza atıldığını diqqətə çatdırıb.
Bakının 2026-cı il üçün “Dünya idman paytaxtı” seçildiyini xatırladan nazir mübarizə aparacaq bütün üzgüçülərə uğurlar, paytaxtımızın qonaqlarına isə xoş istirahətlər arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 01 Oktyabr 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















