FƏRİD ZƏKƏRİYYƏNİN AMERİKASI VƏ OPTİMİST OLMAĞA DƏYƏR... Etibar Əliyevin YAZISI
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Etibar ƏLİYEV
Amerika Birləşmiş Ştatlarının xarici siyasəti haqqında yüzlərlə kitab yazılıb. Böyük fransız filosofu Jak Derridanın “Amerika – dekonstruksiyadır” paradiqması özünü doğruldur. Venesuela hadisələri Birləşmiş Ştatların xarici siyasətində və beynəlxalq hüquqda yeni bir müstəvi yaratdı. Bir sıra ekspertlər beynəlxalq hüququn ayaqlar altına atılmasından gileylənirlər. Sovet dövründə dünya ölkələrini öyrənən institutlar fəaliyyət göstərirdi. Oxuduqlarımızdan və gördüklərimizdən belə qənaətə gəlmək olar ki, dünyanın bu nəhəng ölkəsini öyrənmək elə də asan deyil. Çünki o, dekonstruksiyadır.
İrlandiyalı kommentator Fintan O’Tulun maraqlı fikri diqqət çəkir: “Son 200 il ərzində Birləşmiş Ştatlar dünya ölkələrinə sevgi və nifrət, qorxu və ümid, sitayiş və hirs, həsəd və qəzəb kimi müxtəlif hisslər yaşadıb. Lakin bir emosiya da var ki, indiyə kimi bu ölkəyə münasibətdə sınaqdan çıxmayıb. Bu – mərhəmətdir”. Mərhəmət hissi demək olar ki, yoxa çıxmaq üzrədir.
Fərid Zəkəriyyə Amerika politoloqu, yazıçı və teleaparıcıdır. O, ABŞ-ın xarici siyasəti, qloballaşma məsələləri və beynəlxalq münasibətlər üzrə aparıcı ekspertlərdəndir. Onun yazdığı sonuncu kitab – “Yarasa effekti” bestsellerdir. Bu kitabda o, ABŞ-ın dünya siyasətində rolunu tədqiq etmişdir.
Zəkəriyyə yazır: “Amerika – zəif və güclü tərəfləri ilə mürəkkəb, yekcins olmayan, qeyri-bərabər hüquqlu bir ölkədir. Amerika alimi Con Nayın irəli sürdüyü ‘yumşaq güc’ konsepsiyasına görə artıq dünya dövlətlərinin ABŞ-yə münasibəti pisləşir”.
Sorğular nə deyir? Məşhur Pew Survey-in 2018-ci ildə apardığı tədqiqatlara görə 25 ölkədə keçirilən sorğularda bu nəhəng ölkəyə müsbət münasibət bəsləyənlərin payı 50 faiz civarındadır. Rəyi soruşulanların 43 faizinin münasibəti mənfidir. Yalnız 28 faiz hesab edir ki, ABŞ digər ölkələrin maraqlarını müdafiə edir. Əslində, bu kontent ABŞ prezidentlərinə olan dəstəyin kəskin şəkildə aşağı düşməsi ilə birbaşa bağlıdır. Bu mühüm göstərici 64 faizdən (Obama dövründə) 29 faizə (Tramp dövründə) enib. Bu eniş əsasən Amerikadan kənarda baş verən proseslərlə bağlıdır. Daxili məsələ deyil.
Fərid Zəkəriyyə haqlı olaraq Türkiyə nümunəsinə üstünlük verir: “1980-ci illərdə Türkiyə Birləşmiş Ştatların ən sözəbaxan müttəfiqi olmuşdu. Çünki bu ölkənin iqtisadi, siyasi və hərbi həyatı Vaşinqtondan asılı idi. Lakin soyuq müharibə artıq çoxdan başa çatıb. Türkiyənin təhlükəsizliyi diferensial xarakter alıb və artıq bu ölkə qlobal təhlükələrlə üzləşməkdən yayına bilir. Bununla yanaşı, 1990-cı ildən başlayaraq Türkiyənin iqtisadi istehsalı 5 dəfə, adambaşına düşən ÜDM isə 3 dəfə artıb. Siyasi sistem stabil və dayanıqlıdır. Bir neçə dəfə prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan ölkəni böyük inamla idarə edir. Hərbçilərin siyasətə müdaxiləsi zəifləyib. Ərəb ölkələrindən fərqli olaraq, Ərdoğan öz ölkəsində çevriliş cəhdinin qarşısını qətiyyətlə ala bildi”.
Azərbaycanın sürətli inkişafı sayəsində 30 ildən çox müddətdə erməni tapdağında qalan torpaqlarımız işğaldan azad olundu. Xarici siyasət üzrə nüfuzlu ekspertlərin də gəldiyi qənaət bundan ibarətdir ki, hansı ölkə müstəqil siyasət aparırsa və xalq–rəhbər birliyi sarsılmazdırsa, böyük güclərin həmin ölkənin daxili işlərinə qarışması qeyri-mümkündür. Belə olan halda söhbət yalnız qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıqdan gedə bilər.
Zəkəriyyənin seçdiyi Türkiyə modelinin analoqu Azərbaycandır. Yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara verdiyi geniş müsahibə bir daha onu göstərdi ki, optimist olmağa dəyər.
Bəli, biz optimistik…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















