Icma.az
close
up
RU
Fermerlər çətin durumda: Dabaq xəstəliyi tüğyan edir

Fermerlər çətin durumda: Dabaq xəstəliyi tüğyan edir

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanda heyvanların kütləvi şəkildə dabaq xəstəliyinə yoluxması mal-qara saxlayan kəndliləri və fermerləri çətin vəziyyətə salıb.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı aparılan müzakirələrdə xəstəliyin son günlərdə tüğyan etdiyi vurğulanır.

"Neçə vaxtdır, heyvanlar dabağa yoluxur, demək olar ki, heç nə yeyə bilmirlər. Baytarlıq şöbələri isə problemlə ciddi maraqlanmır. Bununla bağlı nə etmək lazımdır, onu deyən də yoxdur", - şikayətçilərdən biri yazıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dabaq sürətlə yayılan yoluxucu virus xəstəliyidir və bütün cütdırnaqlı, əsasən, iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir.

Bildirilib ki, bu virus ağız boşluğunda, məmə uclarında və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarət və məhsuldarlığın kəskin azalması ilə müşayiət olunur.

"Yoluxma, əsasən, xəstə heyvanla birbaşa təmas, virusla çirklənmiş yem-su, inventar, personalın geyimləri və hava-damcı yolu ilə mümkündür. Virus torpaq və peyində həftələrlə aktiv qala bilir. Dabaq xəstəliyi respublikamız üçün endemik xəstəlikdir. Yəni bu xəstəliyin törədicisinin xəstəliyə həssas heyvanlar arasında və ətraf mühitdə dövr etməsi riskləri hər zaman mövcuddur.

Dabaq həm də transsərhəd xəstəlikdir, virus külək vasitəsilə quruda, hətta dənizlərin üzərindən belə kilometrlərlə məsafədən ətrafa yayıla və qonşu dövlətlərin ərazisindən ölkəyə keçə bilər. Həmçinin tranzit avtomobillərin üzərində də keçməsi mümkündür. Müxtəlif səbəblərdən peyvəndlənmədən yayındırılmış, vaksinasiya tədbirləri nəzərdə tutulmayan digər ölkələrdən idxal olunan heyvanlar arasında da müşahidə oluna bilər", - məlumatda bildirilib.

Açıqlamada o da vurğulanıb ki, fermerlər bu xəstəliklə bağlı şübhəli əlamətlərlə rastlaşdıqda, məsələn, ağızda, burun aynasında, dildə, məmə uclarında aftalara (suluqlara), dırnaq aralarında yaralara rast gəldikdə dərhal baytar həkimlərinə, ərazi üzrə Heyvan sağlamlığı və baytarlıq xidməti idarələrinə (HSBXİ), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinə məlumat verməlidirlər. Xəstəliyə yoluxma şübhəsi olan heyvanı isə digərlərindən ayırmalıdırlar:

"Baytarlıq xidməti əraziyə gələnə qədər heyvan sahibi özü sadə bir üsulla - adi çay sodası ilə dezinfeksiya işləri apara bilər, həmçinin heyvanın ağzını, məmə uclarını, dırnaq aralarını soda məhlulu ilə yuya bilər. Soda beynəlxalq təcrübədə tövsiyə olunan vasitədir. Ancaq sonunda mütləq rayon HSBX idarələrinin mütəxəssislərinin iştirakı ilə lazımi tədbirlər və simptomatik müalicə aparılmalıdır.

Fermerlərin nəzərinə çatdırmaq istəyirik ki, rayon HSBX idarələrinin mütəxəssisləri hər bir çağırışa diqqətlə yanaşır və fermerin yanında olaraq, lazımi köməyi göstərərək, tövsiyələr verirlər. Onlara çağırış edirik ki, heyvanlarını mütləq peyvəndləməyə cəlb etsinlər və baytar həkimlərinə peyvəndləmə aparmaq üçün şərait yaratsınlar. Əlavə olaraq bildiririk ki, hazırda bölgələrdə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri epizootik tədbirlər planına uyğun olaraq davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini tərəfindən ildə iki dəfə iri və xırdabuynuzlu heyvanlarda profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir", - deyə məlumatda qeyd edilir.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri