Fernandu Santuş İsveçlə oyun barəsində: Qələbə üçün mübarizə aparmalıyıq İdman və Biz
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Güclü heyət qurmaq, hər oyunda qələbə qazanmaq istəyirik".
İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş İsveçlə oyundan əvvəl mətbuat konfransında deyib.
Potuqaliyalı mütəxəssis sabah İsveçə qarşı heyətdə bəzi dəyişikliklər edəcəyini bildirib: "Son üç matçda çıxışımızda müsbətə doğru böyük dəyişiklik var. Sabahkı rəqibimiz İsveç millisi hər oyuna xüsusi yanaşır. Biz də rəqibi təhlil edirik, buna uyğun taktika ilə çıxış edəcəyik. İsveçlilər Estoniya yığmasından tam fərqli oyun üslubuna malikdirlər. Keyfiyyətli futbolçulardan qurulan güclü rəqibə qarşı çıxış edəcəyik. Ancaq özümüzə inanmalı və qələbə üçün mübarizə aparmalıyıq. Ümumiyyətlə, elə heyət olmalıdır ki, müdafiə olunmaqla yanaşı, hücumlar qurmağı, təhlükəli vəziyyətlər yaratmağı da bacarmalıdır. Milli komanda üç gündən bir çıxış edir. Bunu nəzərə alsaq, heyətdə bəzi dəyişikliklər ola bilər”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Noyabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















