Icma.az
close
up
RU
Fəsil dəyişikənliyində dəri quruluğuna DİQQƏT

Fəsil dəyişikənliyində dəri quruluğuna DİQQƏT

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Fəsil dəyişiklikləri yalnız havaya deyil, dəriyə də təsir edir. Xüsusilə bahar aylarında temperatur və rütubət səviyyəsindəki dəyişikliklər bir çox insanda dəri quruluğu, dartılma, qabıqlanma və qaşınma kimi şikayətlərin artmasına səbəb olur. Mütəxəssislər bu dövrdə dərinin nəmlik balansının pozulduğunu və düzgün tədbirlər görülmədikdə dəri sağlamlığının təhlükəyə düşə biləcəyini bildirirlər.

Bakıvaxtı.az xəbər verir ki, dərinizdə quruluq, qaşınma, dartılma və ya qabıqlanma hiss edirsinizsə, bu əlamətlər bir çox insanın yaşadığı, lakin əhəmiyyət vermədiyi dəri problemlərinin xəbərçisi ola bilər.

Dərinin qurumasının əsas səbəbinin nəmlik çatışmazlığıdır. Dəri xarici təsirlərə qarşı ilk müdafiə xəttimizdir. Nəmini itirdikdə bu baryer zəifləyir və nəticədə dəri dartılır, qaşınır, hətta çatlamalar əmələ gəlir. Tez-tez isti su ilə vanna qəbul etmək, sərt sabunlardan istifadə və kifayət qədər nəmləndirici tətbiq olunmaması dərinin təbii yağ balansını pozur. Bu amillər xüsusilə fəsil keçidlərində daha çox özünü göstərir.

Mütəxəssislər bildirirlər ki,  A, D, E və B qrupu vitaminlərinin çatışmazlığının da dəriyə ciddi ziyan vurur:

“Xüsusilə A vitamini dərinin yenilənməsi üçün çox vacibdir. D vitamini dəri hüceyrələrinin sağlam inkişafını dəstəkləyir. E vitamini antioksidant təsiri ilə dərini qoruyur, B qrupu vitaminləri isə nəmlik balansında rol oynayır. Bu vitaminlərlə zəngin qidalanma vacibdir”.

Dəri quruluğunun qarşısını almaq üçün nə etməli?

1. Dərinizə uyğun intensiv nəmləndiricilərdən istifadə edin və müntəzəm qulluq edin.

2. İsti su əvəzinə ilıq sudan istifadə edin, uzun müddətli vanna qəbulundan çəkinin.

3. Gündə ən az 8–10 stəkan su için. Bu, dərinin içdən nəmlənməsini təmin edir.

4. Dəri baryerini qoruyun. Zərif təmizləyicilər və baryer gücləndirici məhsullardan istifadə edin.

5. Həddindən artıq pilinq etməyin. Fəsil keçidlərində yumşaq qulluq kifayətdir.

6. Yuxunuzu alaraq dincəlin. Dəri gecə özünü yeniləyir.

7. Sağlam qidalanın. Omeqa-3, E və C vitamini ilə zəngin qidalar dərini qoruyur.

“Quruluq adi bir problem kimi görünsə də, vaxtında qarşısı alınmasa ciddi dəri problemlərinə yol aça bilər. Dərinizdəki dəyişiklikləri izləyin və lazım gələrsə mütəxəssisə müraciət edin”.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri