Icma.az
close
up
RU
“Fəxri adlar ləğv olunacaqsa, əvəzində sənət adamlarına nə veriləcək?” Nürəddin Mehdixanlı

“Fəxri adlar ləğv olunacaqsa, əvəzində sənət adamlarına nə veriləcək?” Nürəddin Mehdixanlı

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Fəxri adlar ləğv olunmalıdırmı?” - bu sual bu gün təkcə mədəniyyət adamlarının deyil, cəmiyyətin də gündəmindədir. Mədəniyyət Nazirliyinin müşaviri Oleq Əmirbəyovun son açıqlaması isə bu mövzunu yenidən aktuallaşdırıb. O deyir ki, Gürcüstanda artıq 90-cı illərin əvvəllərindən fəxri adlar mövcud deyil və teatrlarda işləyən yeni nəsil, ümumiyyətlə, fəxri adın nə olduğunu bilmir. Bildiyiniz kimi, fəxri adlar daha çox postsovet məkanında mövcuddur: “Bu gün, XXI əsrdə bu adların verilməsi nə dərəcədə aktualdır, yaxud tam aradan qaldırılacaqsa, hansı formada aradan qaldırılacaq? İndiyə qədər fəxri ad alanlar üçün o adlar qüvvədə qalacaqmı? Bu kimi açıq suallar var və müzakirə mövzusudur. Mən bir daha təkrar edirəm, hesab edirəm ki, incəsənət adamı bu şeyləri düşünməməlidir”.

Mövzu ilə bağlı Ölkə.az-a danışan  xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, mədəniyyət nazirinin müşaviri onu bilməlidir ki, keçmiş sovet respublikaları ərazisində hələ fəxri adların verilməsi davam edir:

“Çünki keçmiş SSRİ ərazisində olan respublikalar ümumi qaydalar içərisində yaşayırlar. Fəxri adlar ondan ötrü verilirdi ki, motivasiya, həvəsləndirmə olsun, sənət adamları arasında yaxşı mənada rəqabət yaransın və bu şəkildə gördükləri işlərə görə dəyər verirdilər.

Çox qəribədir ki, o fəxri adları alanlar, onun dadını, duzunu çıxardanlar, o mükafatların ləzzətini yaşayanlar bu günləri daha çox hay-həşir qoparırlar ki, fəxri adlar verilməsin. Verilməsin. Amma əvəzində bu sənət adamlarına nə verilir? Bəzən deyirlər ki, Amerikada nə xalq artisti, nə əməkdar artist, nə əməkdar müəllim, nə əməkdar mühəndis var. Mən də deyirəm ki, Yaponiyada yapon müəllimi cəmiyyətin ən üstün təminatı olan vətəndaşıdır. Orada ən yüksək dərəcədə hörmət sahibi olan müəllimlər və mədəniyyət işçiləridir.  Amerikada bir aktyor bir filmə çəkilməkdən ötəri 8-10 milyon dollar qonorar alır.

Bu günləri dövlətin bütün qayğılarına, yəni maaşların qaldırılması, böyük mükafatların verilməsi, fərdi prezident təqaüdlərinin verilməsinə rəğmən sənət adamlarının həyatı bazarın tələblərinə uyğun deyil. Bu, reallıqdır. Sənət adamları iş, biznes adamları deyillər. Ona görə də bu gün götürüb Azərbaycanı tutaq ki, Gürcüstan, Rusiya, Ukrayna, Amerika, Avropa ölkələri ilə kimsə müqayisə etməsin. Yanaşma yanlışdır. Həmin o Gürcüstanda hər bir bank teatrın sponsorudur. Onun xarici ölkələrə qastrol səfərini, tamaşaların hazırlanmasını, maddi təminatını edirlər və verirlər. Bizdə varmı belə bir ənənə? Bizdə təklif etmişik ki, belə bir ənənə olsun. Mən onun qatı tərəfdarı deyiləm ki, bu gün fəxri adlar verilməsin. Amma bunun əvəzində bu sənət adamlarının həyat təminatı yaxşılaşdırılsın. Yəni onlar o fəxri adlar vasitəsilə təsəlli tapmasınlar, onlar həyat şəraiti ilə təsəlli tapsınlar. Heç onların yadlarına o fəxri adlar düşməsin”.

Aktyor qeyd edib ki, dövlət başçısının imzası ilə verilən fəxri adlar sənət adamına yaşamaq, yaratmaq həvəsi, motivasiya verir: “Cəmiyyət içərisində çəkdiyi əziyyətə, zəhmətə görə müəyyən mənada seçilmək halı yaradır. Niyə bunu etməyək? Əgər bu günləri biz sənət adamlarımızı bu cür yaşada biliriksə, onlara yaratmağa sövq edə biliriksə, bu davam eləsin. Yox, əgər bunun əvəzində biz onlara bundan daha yaxşı bir şey təqdim edə biləcəyiksə, o olsun, amma yoxdursa, bu, hələlik davam etməlidir.

Fəxri adların verilməsi qanunlarla tənzimlənir, bunlarla bağlı normativ aktlar var. Bunların ləğvi də qanunlarla həyata keçirilməlidir. Qanunlarda dəyişiklik olmalıdır.

Biz niyə islahatlar aparıb yeniləşdirmirik? Zamanın şərtlərinə uyğun, zamanın çağırışlarına uyğun şəkildə bu məsələləri niyə həll etmirik? Məgər keçmişdən bizə qalan bütün hər şey pisdirmi? Çox yaxşı şeylər var. Çox gözəl ənənələrimiz var idi. Məsələn gözəl təhsil sistemimiz var idi. Dünyanı öyrədən bir təhsil sistemi. Amma indi əzbərçi təhsil sistemi var. Reallıqdır. Ona görə də mənə belə gəlir ki, məsələ haqqında bu işin içərisini bilən adamlar danışsalar, daha doğru olar.

Mən deyirəm ki, əgər biz bir evi köhnəlmiş hesab ediriksə, müasir zamanın tələblərinə cavab vermirsə, yaxşısını tikək, sonra insanları köçürək. Köhnəni uçurdaq, yerində başqa bir şey inşa edək. Məsələ bu şəkildə həll olunmalıdır”.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 May 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see383

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see133

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see133

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see120

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri