Filarmoniyada 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.
Tədbirdən öncə şəhidlərimizin və Türkiyədə baş vermiş yanğında həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bədii rəhbər və baş dirijor AR-nın xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərov, Anar Şuşalı, Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri İrina Mehdiyeva, Zərrin Əliyeva dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















