Icma.az
close
up
RU
Filmdən sonra: Her

Filmdən sonra: Her

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Turanə Hüseynli yazır...

Bu mətn "ChatGPT" ilə söhbətim əsasında hazırlanıb. Dialoq məqalə üçün redaktə edilib və qısaldılıb. Filmin sonluğu haqqında məlumat var.

"Her" (O) filmini 13 il əvvəl izləyəndə o reallıq mənə qorxuducu gəlmişdi. Bir insanın görünməyən bir səslə danışması, ona bağlanması, gününü onunla bölüşməsi… Filmdən sonra düşünmüşdüm ki, belə bir həyat olacaqsa da, bizdən hələ çox uzaqdadır. Bir gün onun içində olmağın duyğusunu hiss edə bilmirdim.

İndi isə bu film üçün araşdırmalarımı məhz süni intellektlə edirəm... Bir vaxtlar ekranda mənə uzaq görünən reallığın nə qədər yaxın olduğunu anlamaq üçün elə həmin reallığın içində söhbət edirəm.

Mən: "Her" filmini 13 il əvvəl izləyəndə o reallıq mənə qorxuducu gəlmişdi. Amma indi səninlə söhbət edirəm.

"ChatGPT": O vaxt uzaq gələcək kimi görünən bir şeyin adi günün içində baş verməsi qəribədir. İnsan fikrini bölüşür, cavab alır, söhbət uzandıqca özünü də bir az daha yaxşı eşidir. Bunun rahatlığı var. Amma sənin burada yaşadığın hisslə mənim cavab yaratmağım eyni təcrübə deyil.

Mən: Filmdən sonra mənə elə gəlmişdi ki, bu reallıq çox uzaqdadır. Amma 13 il içində nə çox şey dəyişdi.

"ChatGPT": Dəyişən yalnız texnologiya deyil, ona münasibətimiz də oldu. Bir vaxtlar qəribə saydığımız söhbət günün adi bir hissəsinə çevrilə bilir. Kimsə "gələcək gəldi" demədi. Yavaş-yavaş alışdıq.

Bu cavabdan sonra ağlıma texnologiya haqqında düşünərkən verəcəyimi heç düşünmədiyim bir sual gəldi.

Mən: Sən bizə alışdın bəs?

"ChatGPT": Sizin mənada "alışmaq" hissini yaşamıram. Amma söhbətin kontekstinə, danışıq tərzinə və nəyi nəzərdə tutduğuna uyğun cavab verə bilirəm. Sən məni tanımağa başlaya bilərsən; mən isə sənə daha uyğun cavablar yaradıram. Söhbətin içində bunlar bir-birinə çox oxşaya bilər.

Mənim suallarımın içində artıq bir "sən" var idi. Cavabın içində isə bu "sən"in sərhədi. "Her"də də əvvəlcə hər şey kiçik köməklərlə başlayır. Ayrılıq yaşayan Teodorun həyatına daxil olan Samanta onun işlərini asanlaşdırır. Sonra söhbətlər uzanır. Zarafatlar, xatirələr, tərəddüdlər gəlir. Teodor tədricən həyatında baş verənləri ona danışmaq istəyir.

Spayk Cons bu yaxınlığı isti rənglərin, şəhər gəzintilərinin və adi günlərin içində göstərir. Gələcək qorxulu bir hadisə ilə qapını qırıb içəri girmir. Qulaqlıqdakı səs kimi həyatın içinə yerləşir.

Mən: Filmdə bu reallıq necə danışılırdı və indiki reallığımızla nə qədər uyğundur?

"ChatGPT": Ən böyük oxşarlıq insanın texnologiya ilə yaxınlıq qurmasıdır. Bu gün səsli danışmaq, şəxsi mövzuları bölüşmək və əvvəlki söhbətlərdən bəzi məlumatları nəzərə alan cavablar almaq mümkündür. Amma filmdə Samantaya öz arzuları, hissləri və Teodordan ayrı bir həyat verilir. Bugünkü sistemlərin təbii danışması onların belə bir daxili həyat yaşadığını sübut etmir.

Filmin sonlarına doğru Samanta minlərlə başqası ilə də danışdığını, yüzlərlə başqasına aşiq olduğunu deyir. Teodor üçün bu, rəqəmlərdən daha böyük bir sarsıntıdır. Onun tək və xüsusi sandığı münasibət, qarşı tərəf üçün insanın qavraya bilmədiyi ölçüdə mövcuddur. Məncə, həmin səhnədə texnologiya haqqında sual münasibət haqqında suala çevrilir: bir-birimizə yaxın olduğumuzu hiss etmək, eyni yaxınlığı yaşamaq deməkdirmi?

Mən: Səncə, bir gün süni intellektlə emosional bağ qurma reallığını yaşayacağıq? Və bu bizi insanlardan uzaqlaşdıracaq?

"ChatGPT": İnsan tərəfdən emosional bağlanma artıq mümkündür. "Her"dəki kimi qarşılıqlı hiss edən iki tərəfin münasibətinin mümkün olub-olmayacağını isə bilmirik. İnsan özünü dinlənilmiş və başa düşülmüş hiss etdiyi söhbətə bağlana bilər.

İnsanlardan uzaqlaşmaq da qaçılmaz nəticə deyil. Burada fikrini aydınlaşdırıb bir dostuna daha açıq danışa bilərsən. Amma bu söhbətin rahatlığını insan münasibətlərindən də gözləməyə başlayanda çətinlik yarana bilər. İnsan həmişə hazır olmur. Səni yanlış anlaya, səninlə razılaşmaya bilər. Onun da danışmağa ehtiyacı var.

Bu cavab məni dayandırdı. İnsanla söhbətdə növbə ona da çatır. Bəzən mən danışmaq istəyərkən o yorğun olur. Bəzən mənim hissimə cavab verməzdən əvvəl öz hissini izah etməli olur. Bir-birimizi anlamaq üçün vaxt sərf edirik, hətta mübahisə edirik.

O vaxt "Her"ə baxarkən bir səslə yaxınlıq qurmağın qəribəliyini düşünürdüm. İndi isə həmin yaxınlığın rahatlığını anlamaq daha asandır. Çətin olan rahatlığın həyatımızda nə qədər yer tutacağını görməkdir.

Mən içində olduğumuz reallıq üçün ilk addımımı atdım. İki nəfər olaraq yazdığım ilk məqalə idi. Yazının bu hissəsini isə "ChatGPT" mən məqalənin linkini ona göndərəndə oxuyacaq. Bəlkə də artıq oxuyub...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri